Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Cəbrayılsu” dövlətin milyonlarını necə yuyur?

 

Qorxmaz Hüseynov və həmkəndliləri Prezidentin ayırdığı vəsaitləri nəyə xərcləyir? 

Yenixeber.org: Bu günlərdə Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il və 17 mart 2017-ci il tarixli sərəncamlarına əsasən "Azərsu" ASC-yə müvafiq olaraq 149,5 mln. manat və 14 mln. manat məbləğində subsidiyalar ayrılıb. 

Bu barədə "Azərsu" ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında deyilir. 

Sənəddə vurğulanıb ki, subsidiyalar cari infrastruktur layihələrinin tikintisi və su təchizatı sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. 

Bundan başqa, Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli sərəncamına uyğun olaraq cari infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün "Azərsu" ASC-yə 14,7 mln. məbləğində maddi yardım ayrılıb (lent.az). 

Maraqlıdır ki, bu milyonlar davamlı olaraq ayrılır, amma “Azərsu”dan nəsə xahiş edən vətəndaşlara da eyni cavablar verilir: “Pul yoxdur, yeni ildə vəsait ayrılmalıdır, gözləyirik”. Vətəndaşlar isə hər il boyunca “yeni il”i gözləyir. Və yeni ildə növbəti “yeni il”lərlə təsəlli tapmalı olurlar. Başqa variant da yoxdur. Çünki Qorxmaz Hüseynov və onun ətrafında açar vəzifələr tutan həmkəndliləri illərdir “köhnə il”i eyni qaydada yola salır, eyni qayda ilə də “yeni il”i qarşılayır. 

Ölkə mətbuatında da qeyd olunur ki, “Azərsu” öz hesabatında Azərbaycan Prezidentinin sayğaclar üçün ayırdığı 12 milyon manat vəsaitin hara və necə xərcləndiyini “açıqlayıb”. 

Belə ki, qurum bu məqsədlə ümumi dəyəri 11 milyon 586.3 min manat olan 5 müqavilə imzalayıb. Bir su sayğacının alınıb quraşdırılması dövlət büdcəsinə orta hesabla 231 manat 72 qəpiyə başa gəlmişdi. 

Azərbaycan istehsalı olan sayğacların hər biri isə Gürcüstanın dövlət büdcəsinə cəmi 15 manata başa gəlib.
 

Maraqlıdır, “Azərsu” ASC mənzillərə quraşdırdığı sayğacların içinə qızıl, gümüş, platin və yaxud da bahalı daş-qaşlar yerləşdirib ki, bir sayğac dövlət büdcəsinə təxminən 232 manata “oturub”? 

Bu yaxınlarda musavat.com-da dərc olunan ““Azərsu”dakı korrupsiya Bakını çökdürür” başlıqlı məqalə cəmiyyətdə birmənalı qarşılanmadı. 

Lakin çox maraqlıdır ki, “Azərsu”nun məqalədə qeyd olunan arqumentlərə, habelə, “Azəravtoyol” rəsmisi Anar Nəcəfova tutarlı cavabını da müşahidə etmədik. 

Bir sözlə, qaranlıq məqamlara aydınlıq gətirilmədi…
 

Yazıdan xatırlatma verək: ““Azərsu” ASC-dəki korrupsiya oyunları bu gün növbəti “bəhrəsini” verdi. Oktyabrın 4-də səhər saatlarında Bakıda yeni istifadəyə verilmiş yol çökdü, xoşbəxtlikdən həmin vaxt yolda avtomobil olmadığından can itkisi yaşanmadı. Lakin yeni təmir olunan Nizami rayonu, Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolda dərinliyi iki metrə çatan çuxur əmələ gəldi ki, bunun təmiri həm xeyli vaxt, həm də vəsait tələb edir. 

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun çökməsinə səbəb kanalizasiya kollektorunun partlaması olub: “Bu gün (dünən-red.) səhər saatlarında Mehdi Abbasov küçəsində yolun asfalt örtüyünün çökməsi qeydə alınıb, təxminən iki metr dərinliyində bir quyu əmələ gəlib. Əməkdaşlarımız hadisə yerinə cəlb olunub və məlum olub ki, yerin altından kanalizasiya kollektoru keçir. Bu kollektorun istismar müddəti bitdiyi üçün dağılıb partlayıb, oradan axan çirkab sular yol yatağını yuyub, nəticədə yolda çökmə baş verib. Dərhal aidiyyəti üzrə məlumat verilib və ”Azərsu" ASC-nin əməkdaşları əraziyə gəliblər. Hazırda kollektorun bərpası istiqamətində işlər aparılır. Yol müvəqqəti olaraq bağlanıb, sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər. Bu kollektorun bərpası yekunlaşan kimi yolun bərpası istiqamətində tərəfimizdən addımlar atılacaq". 

Son illər “Azərsu” ASC-yə dövlət büdcəsindən ayrılan milyonları, o cümlədən beynəlxalq təşkilatlardan verilən kreditləri göz önünə gətirsək, indi Bakının mərkəzi prospektində istismar müddəti bitmiş kollektor qalmamalı idi. Lakin yağan hər yağış ciddi problemlərlə yadda qalır və göyə sovrulan pulların məbləğindən xəbər verir. 

Paytaxt Bakıda kommunal problemlərin baş alıb getməsi ilə paralel olaraq bu qurum zərərlə işləyir. 2016-cı ildə “Azərsu” ASC-nin beynəlxalq maliyyə institutlarına borcu 167, 434 mln. manat olub. Bu qurumun Maliyyə Nazirliyindən aldığı kreditlərin həcmi 38,939 mln. manat, yerli banklara borcu 215,555 mln. manat (2015-ci ildə 193,116 manat) olub. Qurumun cəmi faiz kreditləri və borc öhdəlikləri 2016-cı ildə 421,929 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 66,724 mln. manat artım deməkdir.

“Azərsu ”ASC-nin ötən il üzrə zərəri 612,921 mln. manat olub. 2015-ci ildə bu rəqəm 550,660 mln. manat təşkil edib. 

Qeyd edək ki, bu quruma dövlət ayırmaları da kifayət qədər ciddi məbləğlərlə ifadə olunur. Təkcə bu il “Azərsu”ya bir neçə istiqamətdə su və kanalizasiya xətlərinin çəkilişi üçün milyonlarla manat pul ayrılıb. 

Belə ki, prezident İlham Əliyevin Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon 780 min manat ayrılıb”. 

Abşeron rayonunun Saray qəsəbəsində də eyni vəziyyət müşahidə olunur.
 

Belə ki, LEGİON-un əldə etdiyi məlumata görə, Saray qəsəbəsində bir çox məmurların və imkanlı şəxslərin bağlarına Şollar suyu çəkilib, lakin digər vətəndaşlara isə “gələn il layihə hazırlanacaq, büdcə təsdiqlənəcək, onda çəkərik” deyə bildirilir. 

Anlamaq olmur ki, milyonçular üçün layihəni və büdcəni kim hazırlayır, kim təsdiqləyir…
 

“Azərsu” ASC-nin ənənəvi tender qaliblərindən olan “Hidro İnşaat Servis” barəsində də mətbuatda bir çox məlumatlara rast gəlmək olar. 

LEGİON 
2015-ci ildə arqument.az-da dərc olunmuş bir məqalədən çıxarışı oxuculara təqdim edir: 

“"Azərsu” ASC-nin podratçı şirkətlərindən sayılan biri "Hidro İnşaat Servis” MMC-ni artıq qurumun özündə də Qormaz Hüseynovun "ailə şirkəti" hesab edirlər. Bu da təsadüfi deyil, çünki böyük "tenderlər oyunları"nın kiçik oyunçusu olan bu şirkətə Hüseynovun yaxın adamı Yavər Miriyev rəhbərlik edir, təsisçisi isə qaynıdır. "Hidro İnşaat Servis” MMC-nin rəhbəri Yavər Miriyevlə bağlı isə şikayətlər səngimir. Onun tenderlər zamanı və şirkətin gördüyü işlərin reallaşması zamanı yol verdiyi maxinasiya və korrupsiya halları məhz Qorxmaz Hüseynovun göstərişi ilə gizlədilir. Çünki bu şirkətin maliyyə maxinasiyaları və korrupsiya hallarının deşifrə olunması məhz Hüseynovun hədəfə gəlməsi deməkdir. Heç kəsə sirr deyil ki, "Azərsu” ASC-nin tenderləri Q.Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən üç şəxsin adı çəkilir. Onlardan biri - Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı və şirkətin təsisçisi Namiq Cəbrayılovdur. Bu klanın başında da məhz o dayanır... 

Bundan başqa, Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədov da Q.Hüseynovla yaxın dostluq münasibətləri ilə seçilirlər. Belə ki, bu iki vəzifə sahibi İstanbulun "zənginlər məhəlləsi” kimi tanınan ərazisində (Floriya səmtində) də qonşudurlar. 

Bundan başqa isə bu gün Azərbaycanın bir çox rayonunda Qorxmaz Hüseynova məxsus 2 hektar torpaq sahəsi var ki, bu ərazilər həmin rayonda "Azərsu” ASC tərəfindən hər hansı bir irimiqyaslı (dövlət sifarişli) layihənin həyata keçirilməsi zamanı Etibar Məmmədovun təşəbbüsü ilə yerli su-kanal idarə rəhbərliyi tərəfindən ASC sədrinə hədiyyə olunur. Yeri gəlmişkən, E.Məmmədov özü də vaxtaşırı Qorxmaz Hüseynova bu kimi "hədiyyə”lərdən təqdim etməyi unutmur. 

Buna misal olaraq Bakının Saray qəsəbəsində, Xətai rayonunda və digər ərazilərində inşa olunaraq ASC sədrinə təqdim edilmiş villaları göstərmək olar. 

Əldə etdiyimiz bu məlumatlardan çıxan məntiqi nəticə odur ki, Hüseynov "hakimiyyət daxilində hakimiyyət" quraraq öz klanını formalaşdırıb. Bu hələ onun yaxın qohumlarının bir hissəsidir. 

Mənbə bildirir ki, Hüseynovun "Azərsu"da çalışan qohum-əqrabasının sayı 100-ə çatır. Bir sözlə, dövlət qurumu "zümrə həmrəyliyi"nin girovuna çevrilib”. 

Xatırladaq ki, yuxarıda qeyd etdiyimiz, dövlətə 231 manat 72 qəpiyə satılan “daş-qaşlı” sayğcların quraşdırılması prosesində podratçılardan biri “Hidro İnşaat Servis” şirkətidir. 

Görünür ki, Qorxmaz Hüseynov və həmkəndliləri dövlətə və xalqa “ən yüksək səviyyədə” xidmət etməyə çalışırlar. 

Araşdırmamız davam edir…


Tamerlan Zeynallı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam