Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rəsmi Vaşinqton Ərdoğanın səfirlə bağlı ittihamını rədd etdi:"Qərar Departament və Ağ Evlə koordinasiyalı şəkildə alınıb"

Dövlət Departamenti ABŞ-la Türkiyə arasında yaranmış viza böhranına rəsmi münasibət bildirib.

Yenixeber.org:  ABŞ Dövlət Departamenti iki günlük səssizlikdən sonra bu gün mətbuat konfransı təşkil edib.

Mətbuat konfransında departamentin sözçüsü Hiza Nauert Türkiyəyə və Ərdoğana çox açıq mesajlar verib.

Nauert prezident Ərdoğanın hədəfə aldığı ABŞ-ın Ankaradakı səfri Con Bassın arxasında durduqlarını bəyan edərək, Türkiyəyə qarşı qərarın məsləhətləşmədən sonra verildiyini bildirib:  "Ankaradakı səfirimiz Con Bass ölkəmizin ən yaxşı diplomatlarından biridir. Səfir Bassın Türkiyədə vəzifə tutmasından qürur duyuruq. Türkiyəyə qarşı viza qərarına gəldikdə isə, bu qərar Departament və Ağ Evlə koordinasiyalı şəkildə alınıb". 

Departament sözçüsü konsulluq əməkdaşının həbsindən "rahatsız" olduqlarını qeyd edərək, Türkiyə iqtidarının niyə belə addım atmasının bəzi suallar yaratdığını vurğulayıb.

O, artan gərginiyin və münasibətlərin düzəlməsinin ABŞ-dan deyil, Türkiyədən aslı olduğunu bəyan edib: "Bundan sonrakı vəziyyət Türkiyənin atacağı addımlara bağlıdır".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ABŞ-a çox ciddi mesajlar verib:  "Əvvəlcə deyim ki, bu böhranı biz başlatmadıq. Bu problemin günahkarı ABŞ-ın özüdür. Baxın, ABŞ-ın yüskək çinli məmurları bizim Xarici işlər naziri ilə görüşmür, belə görüşmələri artıq yadırğamışıq. ABŞ-ın Ankaradaki bir səfirinin belə bir qərar alması və daha sonra "bunu dövlətim adına aldım" deməsi düşündürücüdür. 

Vəziyyət belədirsə, ABŞ-dakı üst qurumlarla danışacaq bir şeyimiz yoxdur. Yox, əgər vəziyyət əksinədirsə, bu qərar səfir tərəfindən özbaşına alınıbsa, onda həmin səfir bir dəqiqə belə saxlanılmamalıdır. Sən necə Türkiyə-ABŞ münasibətlərini pozarsan? ABŞ konsulluğundakı bir türk vətəndaşının FETÖ ilə bağlantısı aşkarlanıb və tutulub. Ardından isə daha bir FETÖ əlaqəlisinin orada olduğu üzə çıxdı. Görünür, bu konsulluqda nələrsə dönür. Bu agentlər ABŞ-ın konsulluğuna necə sızıb və ya kim onları ora soxub?

Yenə deyirəm, Türkiyə bir qəbilə dövləti deyil. Əsrlərə söykənən bir dövlət ənənəmiz var. Bu səfir (ABŞ-ın Ankaradakı səfirini nəzərdə tutur- red.) vida ziyarətlərinə başlayıb. Nazirlərimiz və mən o səfiri qəbul etmirik, onu Amerikanın təmsilcisi olaraq görmürük".

Xatırladaq ki, ABŞ-ın Ankaradakı səfriliyi bir neçə gün əvvəl Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M.Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək, həbs edilib. 

Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Və konsulluğun daha bir əməkdaşını FETÖ şübhəsi ittihamı ilə həbs etmək istəyib. Bu da gərginliyi daha da artırıb…(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam