Redaktor seçimi
“Akademik” ayrıseçkilik-
Azərbaycan Texnologiya Universitetinin rektorunun yeni oyunları:
Bədən tərbiyəsi və idmanın tədrisində “bir kabus dolanır”
Təhsil Nazirliyi saxta diploma “yaşıl işıq yandırıb”?!
Ağdam səhiyyəsində müəmma dolu maliyyə əməliyyatları
“Azərsu”ASC-də daxili çəkişmə və
“Kimdir axı bu Barzani?”
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Günün xəbəri

Bədən tərbiyəsi və idmanın tədrisində “bir kabus dolanır”-şərabçı rektor müəmması

 

 

 

 

 

 

 

 

 

   Rektor Fuad Hacıyevin yeni komandasının fəaliyyəti kütləvi narazılıq doğurur

 

Yenixeber.org: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) son illər medianın gündəmindən düşməyən ali təhsil müəssisələri sırasında yer alır. Ona görə yox ki, hansısa uğurlar silsiləsi həmkarlarımın diqqətini bu akademiyaya yənləndirib. Əsla, google üzərindən bir axtarış kifayətdir ki, ADBTİA haqqında faktlarla zəngin saysız oxuyasınız.

Bu yazılarda peşəkar şərabçı olan rektor Fuad Hacıyevin yarıtmaz kadr siyasətindən tutmuş korrupsiya faktları, tədrisdəki naşılıq və s. əməllər yer alır.  Bir müddət əvvəl mediatv.az saytı da bu problemlərə toxunmuşdur:  Ələlxüsus da təzə rektorun kadr siyasəti yarıtmaz hesab olunur. Məsələ burasındadır ki, Fuad Hacıyevin yeni təyin etdiyi kadrlar da özü kimi idmana dəxli olmayan şəxslərdir. Misal üçün Tibb Universitetinin məzunu olan tədris işləri üzrə prorektor Təhminə  xanım Tağızadə, beynalxalq əlaqələr üzrə müşavir Şəms Mustafayeva adlı xanım belələrindəndir. Bundan başqa, vaxtilə Füzuli Ələkbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində işlədiyi dönəmdə həmin nazirliyin aparat rəhbəri olmuş və sonradan müəmmalı şəkildə oradan uzaqlaşdırılmış Rizvan Əliyev də Fuad Hacıyevin ADBTİA-ya özü ilə birgə gətirdiyi və idmana, elmə aidiyyatı olmadığı halda prorektor vəzifəsini etibar etdiyi kadrlardandır. F. Hacıyev təkcə özünə sadiq adamları prorektor vəzifələrinə yerləşdirməklə kifayətlənməyib, dekanatlıqlarda da "məqsədəuyğun" yerdəyişmələr həyata keçirib.  F. Hacıyev çoxillik pedaqoji təcrübəyə malik Sabir Vahidovu tədris şöbə müdiri vəzifəsindən çıxararaq yerinə özünə yaxın bildiyi naşı adamı təyin edib. Oqtay müəllimi də fakültə dekanı vəzifəsindən alan rektor onun yerinə ƏƏSMN-dən dəvət etdiyi, elmə aidiyyatı olmayan Rəfail adlı şəxsi gətirib. Rektor uzun müddətdi ki, Elmi Şuranın və Rektoratlığın iclasını keçirmir. Bu da onunla izah olunur ki, F. Hacıyev özü elm və təhsil adamı olmadığı üçün onu ifşa edə biləcək bu cür elmi tədbirlərə meylli deyildir. Xeyli vaxtdı çağırılmayan rektorluğun iclasını da yalnız bu ərəfələrdə keçirib ki, o da mürtəceliyi ilə yadda qalıb. Rektor həmin iclasda köhnə hesab etdiyi müəllimləri hədələyərək, hamısını attestasiya ələyindən keçirəcəyini bildirib. Nədənsə, təzə təyin etdiyi müəllimlərə və texniki işçilərə, yeni yaratdığı komandanın üzvlərinə isə bu attestasiyanın aidiyyatı olacağını deməyib. Qəribədir, görəsən uzun illər elmdə can qoymuş ziyalılarla, belə uyğunsuz rəftar etməyə F. Hacıyevin mənəvi haqqı çatırmı? Görün, işin harasıdır ki, qiyabilər üçün imtahanın sualları açıqlansa da, cavablar gizli saxlanılıb.

Fuad Hacıyevin birbaşa rəhbərliyi ilə ADBTİA-da baş alıb gedə korrupsiya faktları da medianın diqqətindən yayınmayıb. Politika.az saytında yer alan bir yazı da bu mövzudadır: yeni rektor qısa müddətdə dövlət büdcəsindən ayrılmış pulları elə şeylərə sərf edib ki, bu gün həmin işləri görməyə bir o qədər gərək yoxdur. Xüsusən də ayrılan vəsaitin həcmi onu deməyə əsas verir ki, məqsəd təkcə təmir deyil, həm də pul qazanmaq niyyəti güdüb. Məsələn, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanasının təmir edilməsi üçün 3 dəfə pulun ayrılması kifayət qədər şübhəlidir. Birinci dəfə 119768 manat vəsait yeməkxananın təmiri üçün ayrılıb. Və prosesi «Kleon» MMC adlı şirkət həyata keçirib. Bunun ardından yeməkxananın təmiri üçün ikinci tranş ayrılıb. «Sapfir» MMC-nin qalibi olduğu tender üçün ayrılmış vəsait 117229 manat təşkil edib. 
Amma Fuad Fuad Hacıyevin ürəyi bununla da soymayıb. Üçüncü dəfə eyni məqsədlər üçün pul ayrılmasına nail olub. «Puta-2015» MMC tərəfindən həyata keçirilən yeməkxananın təmir işlərinə 103479 manat ayrılıb. Aydın məsələdir ki, bir yeməkxananın təmiri üçün 340 min manatın ayrılması kifayət qədər şübhəlidir. Və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanası nə boydadır ki, bu qədər vəsaitə təmir olunub? 
Akademiyada oxuyanlardan imtahanpulu yığılmasından əldə edilən gəlirlər görünür, rektora az gəlib. Ona görə də, belə bir varianta əl ataraq, daha böyük gəlir əldə etməyə çalışıb. Əks təqdirdə, həcmi elə də böyük olmayan yeməkxana üçün 340 min manata yaxın pulun ayrılmasına rəvac verməzdi. 
Bəzi mənbələr isə bildirirlər ki, Fuad Hacıyevin belə bir addım atması ilk nağdlaşdırma əməliyyatıdır. Yəni, o, pul qazanmaq üçün yeməkxana təmiri adı altında büdcədən pul çıxarıb. 

ADBTİA-da rüşvətxorluqla bağlı jurnalist Taleh Şahsuvarlı da mediada çıxış etmişdir.Onun sözlərinə görə, o özü də qabiliyyət imtahanı verərkən qardaşını tək qoymayıb: “Mən digər valideynlərlə yanaşı Akademiyanın həyətində gözləyirdim. Orada açıq bazar söhbətləri gedirdi.

İndi o “açıq bazarı rektor Fuad Hacıyevin başına uçurtmaq mənə borc olsun”.

Bütün bunlar bir yana, yaxınlarda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ADBTİA-nın rektoruna yönəli kifayət qədər ciddi ittihamlarla çıxış etdi. Qarşı tərəfin bu ittihamları cavabsız qoyması isə ciddi şübhələrə yol açdı... (Bu haqda sonra yazacağıq.)

 

                                     Rektorun “turniket əməliyyatı”

 

ADBTİA-da yaşanan son yeniliklərlə bağlı yenixeber.org-a yeni məlumatlar daxil olub. Məlumata görə təhsil haqqnın iki dəfə artırılması və rektorun əməkhaqqı ilə bağlı ayrı-seçkiliyi geniş narazılıqla müşahidə olunmaqdadır. Bu arada təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrin akademiyaya buraxılmaması üçün bir “yeniliy”ə də imza atılıb. Mənbəmiz bildirir ki, rektor akademiyanın girişində quraşdırdığı turniketlərin köməkliyi ilə tələbələri sözün hər bir mənasında sıxır. Təhsil haqqı ilə bağlı problemi olan tələbələrin kartlarına blok qoyulur və beləliklə də onlar nəinki akademiyanın auditoriyalarına, heç koridorlarına da daxil ola bilmirlər. (Baxmayaraq ki, tədrisin başlanması bir ay olsa da, hələ ki, nə jurnallar var, nə də dərs yükü bölünüb (?)) 

Bəs bu nə dərəcədə qanunauyğundur, nə dərəcədə ədalətlidir? Bu metodlarla tələbənin təhsil haqqı və hüququ ayaqlar altına alınmırmı? Və s. Bu sualları qarşıdakı günlərdə cavablandırmağa çalışacağıq.

Rektorun digər “yeniliy”i kollektivdə maaşların müəyyənləşməsindəki ayr-seçkiliyidir. Məlumata görə “Fuad Hacıyevin kadrı” sayılanlarla “köhnələr”in əməkhaqqında iki dəfədən çox fərq var. Təbii ki, “Fuad Hacıyevin kadrları”nın xeyrinə. Hörmətli rektorun bu “yenilik”ləri necə əsaslandırması hələ ki, bizə məlum deyil. Təəssüf ki, bu və digər məlumatlarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

Hələlik məlum olan bu “yenilik”lər səbəbindən meydana çıxan narazılıqlardır. Hansı ki, sabah bunun açıq və kütləvi olmayacağı da mümkünsüz deyil... 

Mövzunun davamı olacaq.

Sirac      

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr