Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Rəsul Quliyevdən Milli Şuraya və Müsavata sərt ismarışlar– “Müxalifətçiliyi beşikdə boğdular”

“Azərbaycanda nəinki ana, heç körpə müxalifət də qalmayıb”

Rəsul Quliyev: “Milli Şura və Müsavat liderlərindən heç birini dəstəkləmərəm”

Yenixeber.org: Komandamın kimlərdən ibarət olacağını 80 faiz bilirəm”ABŞ-da mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev son günlər özünün açıqlamalı ilə yenidən gündəmə gəlib. O, bu yaxınlarda 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində namizəd olacağını bəyan edəndən sonra, xeyli ittihamla üzləşdi. Sabiq spikerin həmin açıqlamasının müzakirəsi hələ də davam edir.

R.Quliyevlə haqqında gəzən söz-söhbətlərlə bağlı söhbət etdik.

- Açıqlamanızdan sonra müxalifətin vahid namizədi olacağınız barədə məlumatlar yayılıb. Müxalif kəsimin böyük bir hissəsi bunun əleyhinədilər. Sizin bu barədə düşüncələriniz nədir?

- Mənim vahid namizəd olmaqla bağlı nə planım var, nə də niyyətim. Seçkidə iştirak etmək istəyirəm, amma vahid namizəd kimi deyil. Azərbaycanın hamıya məlum olan problemləri var. Torpaqların işğal olunmasından tutmuş, iqtisadi-maliyyə tənəzzülünə qədər kifayət qədər ciddi problemlərin həlli yollarını bilirəm. Bu problemləri səthi bilən, özünü təbliğ şüarı kimi işlədənlərin necə vahid namizədi ola bilərəm? Vahid namizəd komanda deməkdir. Yəni müəyyən bir komandanın dəstəyi ilə seçilmiş prezident o komandanın üzvlərinə müəyyən vəzifələr verib, onlarla birlikdə ölkəni düşdüyü vəziyyətdən çıxarmağı bacarmalıdır. Mənim proqramım var və bu proqramı qəbul edənlərlə işləyə bilərəm. Ona görə də vahid namizəddən heç söhbət gedə bilməz. Mənimlə vəzifə alveri nəticəsində heç kim əməkdaşlıq edə bilməz və buna özüm yol vermərəm. Problemləri həll etmək üçün bu seçkidə iştirak edirəm, prezident olub heç bir şey etməmək üçün yox.

- Barənizdə belə bir iddia da var ki, bütöv müxalifətin olmasa da, demokratik düşərgənin bir hissəsinin namizəd ola bilərsiniz. Bu istiqamətdə danışıqlar gedirmi və namizəd olacağınız təqdirdə dəstək alacağınıza inanırsınız?

- Mən tərəfdən heç kimlə heç vaxt heç bir danışıqlar aparılmayacaq. Siz jurnalistlər, mənim tərəfdarlarım öz təşəbbüsləri ilə müəyyən bir birlik ətrafında ajiotaj yarada bilərlər. Dəstək verənlərin qarşısında əvvəlcədən heç bir öhdəlik götürmək fikrim yoxdur. Xaraktercə verdiyim sözə həmişə əməl etmişəm. Öhdəlik götürüb sonradan yerinə yetirməmək mənlik deyil. Hər halda Azərbaycanda gedən prosesləri izləyirəm və hər şeydən məlumatlıyam. Ona görə də mənim komandamın kimlərdən ibarət olacağının 80%-ə yaxınını bilirəm. Xalqın içərisində bir faizdən tutmuş maksimum 10 faizə qədər gücü olanlara vahid namizəd olsan nə dəyişə bilər, əgər özünün ən azı 40 faiz dəstəyin yoxdursa.

- Haqqınızda deyilir ki, hakimiyyətin “vurulmuş” məmurlarından sayılan Rəsul Quliyev onun kimi tale yaşayan şəxslərin bilavasitə dəstəyi ilə bu açıqlamanı verib və seçkilərə qoşulacaq. Bir növ sabiqlərdən olan sabiq spikerin sabiqlərin dəstəyini ala biləcəyi deyilir. Hətta hazırda hakimiyyətin yüksək pillələrində təmsil olunan şəxslərin də dəstəyini alacağı və onların gizli sifarişi ilə seçkilərə qoşulacağınız bildirilir...

- Birincisi, mən özümü vurulmuş məmur hesab etmirəm. O dövrdə kiminsə məni vurmağa gücü yetməzdi, əgər özüm istəməsəydim. Və bu addımın mənim buraxdığım ən böyük səhv olduğunu bir neçə dəfə qeyd etmişəm. Gərək istefa verməzdim. Yazdıqlarınızın hamısı şayiədir. İstənilən qərarı özüm qəbul edirəm, hansısa sabiqlərin dəstəyinə ehtiyacım yoxdur. İkincisi, daima qorxu içərisində yaşayan yüksək pillədə dayananlardan kiminsə bir gizli sifarişdə bulunması daha çox anektoda oxşayır. Ancaq hakimiyyətdə qərar qəbul edənlərin mənim gəlib seçkilərdə iştirak etməyimin həm xalq, həm də onlar üçün nə qədər vacib və xeyirli olacağını başa düşəcəklərinə ümid edirəm.

- Bu ayın sonunda namizədliyinizin elan olunacağı deyilir. Hansı zərurətdən doğdu bu qərar? Sizcə, tez deyilmi? Oktyabrın sonunda keçiriləcək toplantıda çıxışınız olacaq. Sensasion açıqlamaların şahidi ola bilərikmi?

- Bu ayın sonunda mənimlə görüşmək istəyən bir sıra insanlarla konfransda fikir mübadiləsi aparılacaq. Düşünmürəm ki, o iclasda namizədliyim irəli sürülsün. Çıxış edənlər arasında kimlərsə bu ideyanı ortaya ata bilər, ancaq namizədlik irəli sürmək ideyası mənim tərəfimdən verilməyib və təbii ki, namizədliyini namizəd özü irəli sürə bilər, iclas iştirakçıları yox. Ona görə də dediyiniz sensasiya olmayacaq.

- Bəzi siyasi liderlər artıq sizin açıqlamanıza münasibətlərini ifadə ediblər. Bunun ardı gələcəkmi? Əsas ana müxalifət sayılan qurumların dəstəyini alacağınız inanırsız? Milli Şura və Müsavatın dəstəyinin olmayacağı göz önündədir. Bu istiqamətdə də fəaliyyət olacaqmı?

- Azərbaycanda nəinki ana, heç bala müxalifət də qalmayıb. Dediyiniz Milli Şura və Müsavat liderləri müxalifəti, demokratiyanı inkişaf etməyə imkan vermədi, elə beşiyində öldürdülər. Ona görə də o qurumların dəstəyinə ehtiyacım yoxdur.

- Əksəriyyət uzun müddət ölkə kənarında olduğunuz üçün namizədlik hüququnuzun olmadığını deyir. Əsas da 10 ildən çox ölkə kənarında olmağınız önə çəkilir. Bunları bilməmiş olan Rəsul bəy nə düşünür? Hüququnuz varmı?

- Sonradan sizlərin referendumlarla məhv etdiyiniz, konstitusion diktaturaya çevirdiyiniz konstitusiyanın 1995-ci variantı birbaşa rəhbərliyim altında yazılıb. O konstitusiyanın müddəalarında demokratiya istiqamətində yüzlərlə dəyişikliklər etmişəm. Sonradan bu müddəaların demək olar ki, hamısı dəyişilib, ancaq mənim iştirakıma icazə verən müddəa yerindədir. Əgər yeni referendum keçirib o müddəanı dəyişməsələr, seçkidə iştirak etmək mənim konstitusion hüququmdur.

- Ölkəyə əminliklə qayıdacağınızı deyirsiz. Bu inam haradan çıxdı? Saakaşvili nümunəsindən sonramı yarandı bu istək sizdə? Gəlsəniz hansı təhlükələrin sizi gözlədiyinin fərqindəsiz? Bunları göz altına almısınız? Bəzi şəxslər hesab edirlər ki, hakimiyyətin xüsusi razılığı ilə gələcəksiniz və bu da qələbə şanslarınızı sıfıra endirəcək.

- Ölkəyə əminliklə qayıdacağam bəyanatım olmayıb. Sizdən soruşmaq lazımdır bu təsdiqləmə nəyə əsaslanır. Saakaşvilinin gəlməsi tamamilə başqa bir məsələdir. Ukraynanın sərhədində yerləşən ölkələrin Rusiya və Belarusiyadan başqa hamısı demokratik ölkələrdir. Və Saakaşvilinin quru yolla gəlməsi və onun sərhəddə qarşılanması mənim üçün müşküldür. Saakaşvilini hökumət rüsvay etmək üçün ölkəyə buraxdı. İndi heç bir vətəndaşlığı olmayan o, Ukraynaya siyasi sığınacaq almaq üçün müraciət edib. Mən hakimiyyətdə olanlardan da fərqli olaraq heç vaxt heç bir ölkənin - nə sovet dövründə nə də sonradan - vətəndaşı olmamışam, ancaq bir ölkənin - Azərbaycanın vətəndaşıyam. Mənim ancaq təyyarə ilə gəlmək şansım var. Hakimiyyətin xüsusi razılığı deyəndə siz nə demək istəyirsiniz, yəni Mütəllibov, Hüseynov və başqaları kimi? Əgər belə düşünürsünüzsə, təəssüflər olsun ki, məni heç tanıya bilmədiniz.

- Əgər namizəd kimi qeydə alınmasınız, yaxud namizədliyiniz mümkün olmasa, namizəd şəxslərdən kimisə dəstəkləyəcəskiniz? 2003 nümunəsi...Yaxud namizəd kimi qeydə alınsanız, kiminsə xeyrinə geri götürə bilərsiniz?

- İndiki Milli Şura və Müsavatdan (yəni liderlərindən) heç kimi heç vaxt dəstəkləmərəm. Milli Şuranı dəstəkləməyə dəyməz, çox ehtimal onlardan kimsə (böyük ehtimalla “professor’’ 2018-də də hakimiyyətin sparring partnyoru olacaq) prezidentliyə namizəd olacaq. Onlar düşünür ki, bu dəfə heç kimə qoşulmayıb meydanda tək qalsalar, hökumət onlara bir və ya iki deputat yeri verəcək. Mən yeganə parlaq intellektli, müxalifət düşərgəsində qartallaşmamış cavanlardan birini dəstəkləyə bilərəm.

- Azərbaycana gələ bilməyəcəyiniz deyilir. Sizcə ölkə daxilində, yoxsa xaricində olsanız çox səs yığarsız?

- Ölkəyə mənim buraxılmamağım realdır, çünki hakimiyyətin yeganə qorxduğu şəxs mənəm. Ancaq mən çox demişəm və bir daha təkrarlamaq istəyirəm. Əgər hakimiyyət Azərbaycan və azərbaycanlıların problemlərini həll etmək istəyirsə, nəhayət azad, demokratik seçkilərə başlamalıdır. Hakimiyyət seçkidə iştirak etmək istəyən namizədləri, xüsusilə məni - əsas rəqibini seçkilərə buraxmaqla bu prosesə start verildiyini dünyaya çatdıra bilər. Əks halda qeyri-demokratik seçkilərin davam etməsi presedentini yaradacaq. 2013-cü ildə belə bir presedentin yaranmasına nail ola bilmədik. Çünki heç kimin tanımadığı birisinin guya bütün müxalifətin adından vahid namizədliyi irəli sürüldü.

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam