Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

TÜRK DÜNYASI ƏDƏBİ ƏLAQƏLƏRİN İNKİŞAFINA TÖHFƏ

TÜRK DÜNYASI ƏDƏBİ ƏLAQƏLƏRİN İNKİŞAFINA TÖHFƏ

 

Yenixeber.org: Sovet dönəmində yaşamış adamlarının yaxşı yadında olar. Hər il bir respublikada 15 "qardaş" respublikadan birinin ədəbiyyat və incəsənət günləri keçirilərdi. Bu günlərdə iştirakçı ölkənin kino-teatrlarda kinoları yayımlanır, rəssamlarının rəsm əsərləri sərgilənir, müğənniləri kənd və şəhərlərin mədəniyyət evlərində konsertləri olur, şair və yazıçılarla orta və ali məktəblərdə, zavod, fabriklərdə, mədəniyyət ocaqlarında geniş oxucu kütləsilə görüşləri olurdu, nəşiryyatlarda yüksək tirajla və nəfis tərtibatla kitablar, kitabçalar, praşuralar buraxılırdı. Bir sözlə iştirakcı ölkənin hər sahədə geniş təbliğatı aparılırdı. Orta məktəbin dərsliklərində bəzi "qardaş" respublikaların şair və yazıçılarının həyat və yaradıcılığı uşaqlara öyrədilirdi. Bu, da müxtəlif millətlərin bir-birini yaxşı tanımasına, ədəbiyyatının, mədəniyyətinin geniş yayılmasına şərait yaradırdı.

Yetmiş ilə yaxın yaşayan, höküm sürən " dostluğumuz", " qardaşlığımız" bir anda sabun köpüyü kimi dağıldı. Dünən bir-birindən zorən asılı olan respublikalar müstəqill,suverən demokratik respublikalar oldular. Dünənki bağlar qırıldı. Hər respublikanın başı özünə qarışdı. Köhnə dostlar unuduldu, yeniləri tapıldı. Və beləcə tarixən dini, dili, ortaq tarixi, ədəbiyyatı, mədəniyyəti, adət- ənənəsi bir olan millətlər bir- birindən uzun müddət aralı düşdü. Bir- birinin ədəbiyyatından, mədəniyyətindən xəbərləri olmadı. Bunun yerini qonşu ölkələr tutdu. Onlarla gediş- gəliş oldu, zorən yox, könüllü dostluq, qardaşlıq yarandı.

Çox şükürlər olsun ki, bu durğunluq, bəlkə də zorən yaranan biganəlik uzun sürmədi. Türk dünyası möhkəm, parlaq gələcəyini, dünyada söz sahibi olmağını türk respublikalarının birliyini, bütövlüyünü daha da yaxın, doğma olmağında gördü. Heç kimə sirr deyil ki, türk dünyası ən qədim tarixə, dövlətçiliyə, mədəniyyətə, ədəbiyyata malikdir. Bu qədimliyi dünyaya çatdırmaq üçün bizə möhkəm, sarsılmaz birlik, bütövlük lazımdır. Bu gün bu yöndə gənclər (şairlər, yazıçılar, ədəbiyyatşünaslar, araşdırıcılar və.s) daha fəyal çalışıb iş görürlər. Mütamadi olaraq müxtəlif ölkələrdə Türk dünyası yazarlarının görüşləri keçirilir, kitabları (istər fərdi, istər toplu şəkilində) nəşr olunub yayılır. Bu kitablardan biri- "Şeir çələngi"(Türk Dünyası (yeni nəsil) şeir antologiyası) yazı masamın üstündədir. Antologiya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr olunub. Kitabdakı şeirləri ilə təmsil olunan gənc şairlərin bəzilərinin şeirləri öz ana dilində, bəzilərininki də Azərbaycan dilində verilmişdir. Azərbaycan dilində verilmiş şeirləri şairlər Əkbər Qoşalı, İntiqam Yaşar, Oqtay Hacımusalı, Afaq Şıxlı, Şəfəq Sahibli, Nigar Rəhimova, Faiq Balabəyli, Həyat Şəmi, Ülkər Piri, Turan Teymur, Elşad Barat və başqaları tərəfindən çevrilib və uyğunlaşdırılıb.

Onu da deməyi özümə borc bilirəm ki, Bu "Şeir çələngi"ni mənə dəyərli dostum Əkbər Qoşalı hədiyyə edib. Söz adamı üçün kitab ən böyük hədiyyədir. Bu böyük hədiyyəyə görə Əkbər müəllimə dərin təşəkkürümü bildirirəm.

Kitab Millət vəkili,dr. Cavanşir Feyziyevin "Türk dünyası: kök(lər)dən budaq(lar)a... Budaq(lar)dan kök(lər)ə..." adlı gözəl ön sözüylə açılır. Müəllif yazısında qədim Türk Dünyasının zəngin ədəbiyyatından danışır, onun çağdaş dövürdə yeni məzmunda, yeni formada inkişaf edib yaşamasını təqdir edir. Cavanşir müəllim sevinclə yazır: "Saxadan tutmuş Türküstüna, Qafqazdan tutmuş Balkanlara qədər böyük coğrafiyada hər bir xalqın çağdaş ədəbi mühitinin yetirmələri, özəlliklə də, gənc yazıçıları arasında ədəbi ilişkilərin olması sevindirici haldır".

Haqlı olaraq Türk Dünyası Gənc Yazarlarının üçüncü Bakı toplantısında qeyd olunub ki, Türk Dünyası ədəbiyyatını öyrənmək, zənginləşdirmək, təbliğ etmək indiki nəsilin üzərinə düşür. Məhz bu baxımdan gənclər əsərlərinin toplularda nəşr olunmasını, müxtəlif türk ölkələrində çıxan kitabların təqdimatını keçirmək yönündə uğurlu işlər görürlər. Bunun da nəticəsində yazarların həm ölkə daxilində, həm də

ölkələr arası ədəbi mühitdə tanınırlar. Mənə elə gəlir ki,Türk xalqları ədəbiyyatının tanıdılması, ədəbi əlaqələrin bir-birinə yaxınlaşması türk milli birliyinə uğur gətirəcək.

Vətənin, millətin mənafeyini öz mənafeyindən üstün tutan, ona sevgisini, məhəbbətini bildirən, onun xeyrinə işlər görən, içdən vətənpərvər olan insanlar əslində böyük və əvəzsiz insanlardır. Biz də öz növbəmizdə gərək belə insanlara dəyər verməyi bacaraq.

Şair ürəyinin çırpıntıları , harayı hər bir qələm adamına tanışdır. Mənə elə gəlir ki, bütün yazıçı və şairlərin dərdi bir-birinə oxşayır. Sanki bu dərd və ağrılar bir yerdə yaranıb.

"Şeir çələngi"ni nəşr etməklə Dünya Gənc Türk Yazarlar Birliyinin ən böyük missiyası, xidməti odur ki, Türk respublikalarının qədim mədəniyyətini, ədəbiyyatını bir-birinə tanıtmaqda, anlatmaqda yardımçı olacaqdır. By antologiyanın nəşri türk millətlərinin birliyinə, bir araya gəlməsinə, bütövləşməsinə, ən nahayət bir əlifbadan istifadə etməsinə gətirib çıxaracaq. Kitabda verilmiş hər bir şairin şeiri onun iç dünyasıdır, mənəvi ailəmidir. Bu iç dünyada, mənəvi ailəmdə müəlliflərin duyğuları, dəst- xətti aydın görünür. Həyatın əsil üzünü olduğu kimi- bəzəksiz-düzəksiz görmək, dərk etmək gənc şairlərin şeirlərində aydın sezilir.

Ana. O müqəddəsdir, təmizdir, ülvüdir. Ana elə bir varlıqdır ki, səadəti, xoşbəxtliyi hər kəsdən yaxşı anlayır, tez anlayır. O, ani bir xoşbəxtliyi dünyanın var- dövlətinə dəyişmir. Ona görə də insanlıq ona- Anaya baş əyir, təzim edir. Tatarıstanlı gənc şair Aydar Camalın "Anama" şeirinə nəzər salaq. Şair son nəfəsini anasına saxlayır, ürəyi son dəfə anası üçün döyünür. Bütün varlığı ilə anasına bağlı olan şair sonda deyir:

Ömrümü sənə verim,

Təşəkkür borcum olsun!

Ömrünü mənə verdin,

Kişi dözümüm olsun!

Məncə gözəl, kövrək misralardır. Şeiri Əkbər Qoşalı Tatar dilindən Azərbaycan dilinə çevrib.

Başqa bir gənc tatar şairi Gülnaz Vəlinin "Kazan qızı" şeirini oxudum və yadıma Gülhüseyin Hüseyinoğlunun "Tatar qızları" mənsur şeiri düşdü. Və mən anladım ki, Üzeyryn, Müslümün baldızları olan hər bir tatar qızı, eləcə də Kazan qızları gözəldir. Sovet dönəmində iki tanıdığım tatar şairi var idi, Abdulla Tukay və Sovet İttifaqı Qəhramanı, şair Musa Cəlil və onun hər bir məktəblinin əzbər bildiyi "Quşcuğaz" şeiri. "Şeir çələngi" kitabı yaddaşıma daha iki gənc tatar şairini əlavə etdi. Bunlar, Aydar Camal və Gülnaz Vəlidir. Mənim iki gənc şairin adını çəkib, heç də o biriləri kölgədə qoymaq fikirim yoxdur. Onların da özlərinə məxsus deyim və düşüncə tərzi var. Hər birinə ayrı- ayrılıqda yaradıcılıq uğurları diləyirəm.

Kitabda Türküyəli gənc yazar Feryat Erolun iki şeiri verilib. Şeirin hər ikisi Bakıya, onun dünəninə, bu gününə və gözəlliyinə həsr olunub. Birinci şeirdə müəllif Bakıya ilk gəlişini və keçirdiyi sıxıntı və həyacanı qələmə alıb. Erol Bakıya ayaq basanda azərbaycanlılardan özünə qarşı böyük sevgi və şəfqət görür. Ulu Öndər Heydər Əliyevin dahiyaə dediyi "Bir millət iki dövlət" kəlamının həqiqətə nə qədər yaxın olduğunu duyur və özünü vətəni Türkiyədəki kimi hiss edir. Və şeirin sonunda türk əskərlərinin azərbaycan uğurunda tökülən qanlarını Azərbaycana halal edir. İkinci şeir "Güzel Bakü" adlanır. Birinci şeirdə olduğu kimi ikinci şeirdə də Bakının gözəlliyi, mənzərəli yerləri, tarixi abidələri, çıraqban gecələri böyük ilhamla nəzmə çəkilir. Erol:

" Hey, güzel Bakü,

Unudulmaz aşklar ülkesi!.."

"Hey, gözəl Bakü,

Yaşnmışlıklarla dolu sevgi ülkesi..!"

"Hey, güzel Bakü,

Gerçək dostluklar ülkəsi..!"- deyir.

Bu misralar şeirin ayrı-ayrı yerlərindən verilmişdir. Görürsünüzmü, Erolun Bakıya sevgisi nə qədər böyükdür. Məhz bu sevgilərlə türk dövlətləri bir-biri ilə qaynayıb qarışmalıdır.

Antologiyada Azərbaycan bir neçə nəfər gənc şairlə təmsil olunub. "Nurunu çöllərə ələr təbiət", "bullur bulaqlara gülər təbiət", "Bir gül qoparmağa qorxdum doğrusu, mən elə bildim ki, bilər təbiət..." misraları Şəkidən olan gənc şair Tural Adışirinin "Təbiət" şeirindəndir. Müəllif sərbəstdir, təbiətə özünün özəl baxışı, düşüncəsi var. Və biz də təbiətə onun kimi yanaşmaq istəyəndə ani olaraq baxışımız dəyişir, poetikləşirik. Müəllifin "Nə gözəlmiş", "Var" şeirlərində də yeni fikir, yeni deyim var.

Kitabda başqa bir Tural adlı gənc şair də təmsil olunub. Bu, Tural o Tural deyil.Bu Tural Turandır. T. Turan Şəmkirin Alabaşlı kəndində doğulub. İki şeir kitabının müəllifidir. Onun şeirlərində iradə möhkəmliyi, ruhun işıqlılığı, nurluluğu var. Görün "Bizim daxma papaq qanı götürməz" şeirindəki poetik müraciət nə gözəl alınıb.

Bir də bu uşaqla çıxma qarşıma,

enmə üzsüzlüyün qazmaq dibinə.

Ayıbdı, məni də sizə daşıma,

onsuz da ayağım sizə sarıdı.

Turalın başqa bir şeiri- "Bəzən qırat kimi göz işığı düşməyən tövləyə bağlanmaq istərsən..." də müraciətlə başlanır. Hər iki şeirdəki müraciət qadınadır.

Saçların misra-misra ağarırmı yenə?

Bətnində boş qəbir,

Yataq otağında sinədaşsız beşiyi görüncə...

Üşüyürsənmi bu axşam da,

Bir qarabuğdayı kişi,

Bir sarışın qızcığazı geyirsənmi əyninə?!

Gənc şair fərdlərin ömrünü yaşayır. Və buna görə də şeirləri oxunaqlı və düşündürücüdür. Axı, bədi söz hissilərin oyanışından yaranıb ruhu qidalandırır. Turalın şeirlərində beynin qidalanması üçün çox şey var. Poeziya yolunda gənc dostumuza uğurlar diləyib, uğurun xeyir olsun deyirəm.

Sevgi ilahi bir hissdir. Bu hissi yaşamayan insan yoxdur. Əsrlər boyu şairlər bu mövzuya müraciət etmiş, yadda qalan şeirlər, sevgi dastanları yaratmışlar. Sevgidən, məhəbbətdən yazmaq neçə ki, insanlıq var, o da davam edəcək. Bu mövzuda "Şeir çələngi"ndə gənc şairlərin xeyli şeirləri verilmişdir. Hər bir poetik parçada elə bir hiss, duyğu var ki, oxucunu özünə cəlb edir. Bəzən sevgi şeirləri haqqında deyirlər, sonu vüsalla bitən sevgi şeirləri ruhun ehtiyacından yaranmır. Amma əksinə vüsalın da, hicranın da öz gözəlliyi, ağrıları, əzabları var. Çəkilən əzabın da, ağrının da, lap elə sevincin də öz gözəlliyi, ləzzəti var. Hər biri ruhun istəyindən yaranır. Həyat, yaşam sevgi və məhəbbət üzərində qurulub. Bu da şərq klassik şairlərindən gələn bir ənənəçilikdir. Çağdaş dövrümüzün şairləri də bu ənənəyə sadiqdirlər.

Gənc şairlərin poeziya nümunələrində tükənməzlik, davamçılıq var, yəni həyatda yaşamaq üçün ancaq sevib, sevilməyin olduğu qənaəti var.

Doğma vətənimiz haqqında, Qarabağ dərdimiz haqqında başqa millətlərin gənc şairlərinin yazdığı şeirlər də yer alıb bu kitabda. Tatarıstan Respublikasından olan başqa bir gənc şair Rifat Salah "Qarabağ" şeiri ilə dünyada ədalətin, haqqın yoxluğundan şikayətlənir və əminliklə bildirir ki, torpaqların geri qaytarılması, ədalətin zəfər çalması üçün yeganə yol ürəyin təpərində, qolun gücündədir. İmasız dünyadan iman gözləmək sadəlövhlükdür. Şair Rifat Qarabağ torpaqlarının geri qaytarılmasına nikbin yanaşır. Şerin sonunda "Qiyamət qopacaq yaxın zamanda..!"deyir qardaş millətin gənc şairi.

Mən inamla deyə bilərəm ki,"Seir çələngi" antologiyası türk xalqlarının ədəbi inkişafına müsbət təsir göstərəcək, onların yaxınlaşmasına, birliyinə xidmət edəcək.

Məhərrəm Şəmkirli

AYB-nin və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam