Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Problemli kreditlərin həcmi rekord səviyyəyə çatıb

Problemli kreditlərin həcmi rekord səviyyəyə çatıb

 

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cari ilin sentyabr ayının 1-nə iqtisadiyyata kredit qoyuluşu 12 mlrd. 376,6 mln. manat təşkil edib

 

Yenixeber.org: Mərkəzi Bankın statistik göstəricilərinə istinadən xəbər verir ki, verilmiş kreditlərin 19,6 faizi dövlət banklarının payına düşüb. Kreditlərin 76.7 faizi özəl banklar tərəfindən təqdim edilib. 

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşu 4 mlrd. 463,1 mln. manat azalıb. 

Vaxtı keçmiş kreditlərin həcminə gəlincə, sentyabrın 1-nə 1,824 mlrd. manat təşkil edib. Avqustun 1-i ilə müqayisədə problemli kreditlər 11,2 mln. manat artıb. İlin əvvəlinə nisbətən problemli kreditlər 351,4 mln. manat,  yaxud 23,86 faiz artım nümayiş metdirib. Son 1 ildə isə bu rəqəm 231,1 mln. manat - 14,51 faiz yüksəlib.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,74% olub. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam