Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xalq artisti Türkiyənin məşhur mükafatından imtina etdi

Xalq artisti Türkiyənin məşhur mükafatından imtina etdi

 

Aygün Kazımova "Altın Kelebek Ödülleri 2017"də iştirakdan imtina edib

 

Yenixeber.org: Bunu açıqlamasında Xalq artistinin prodüseri Şahin Qurbanov bildirib.
Onun sözlərinə görə, mükafatlandırma mərasimindən imtinanın səbəbi yoğun iş qrafikidir:

"Aygün Kazımovanın bu il təşkil olunacaq "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak etməyə vaxtı yoxdur. Bizim qrafikimiz ilin əvvəlindən müəyyənləşib. Bilirsiniz ki, səkkiz ay "Crystal Hall" konsertinə hazırlıq gedib. Və sentyabr ayında möhtəşəm konsert baş tutdu. Noyabr ayında isə "DAF BAMA MUSİC AWARDS" üçün hazırlıq gedir. Bu mükafatlandırma mərasimində də Aygün xanım Azərbaycanı təmsil edəcək. Aygün xanımın demək olar ki, istirahətə vaxtı yoxdur.

"Altın Kelebek" mükafatlandırması isə dekabr ayında olacaq. Həmin tarixə də imzalanmış müqavilələrimiz, eyni zamanda Həmrəylik Günü və Yeni İl ilə əlaqədar bir sıra çıxışlarımız var. Bu səbəbdən təklifi rədd etməli olduq. Əlbəttə ki, çox istərdik bu mükafatlandırma mərasimində istirak edək. Azərbaycanı hansı sənətçimiz təmsil edəcəksə, ona uğur arzu edirik"

Xatırladaq ki, Aygün Kazımova 2012-ci ildə Türkiyədə təşkil olunan "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam