Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda zeytunçuluğun inkişafına dair proqram layihəsi hazırlandı

Azərbaycanda zeytunçuluğun inkişafına dair proqram layihəsi hazırlandı

 

Azərbaycanda zeytunçuluğun inkişafına dair proqram layihəsi hazırlanıb

 

Yenixeber.org: Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, cari ildə istehsalçılar tərəfindən becərilən əsas yağlı bitkilərdən olan günəbaxanın əkin sahəsi artırılaraq 13.0 min hektara çatdırılıb, 35 min hektardan artıq sahədə isə qarğıdalı əkilib.

Eyni zamanda emal sənayesinin xammala və heyvandarlığın yemə olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə cari ilin əkinləri üçün 16 rayonda dünyada əsas yağlı bitkilərdən sayılan soya əkinlərinin aparılmasının təşkili üçün hazırlıq işləri görülüb. Hesabat dövrü üçün 9 min hektardan artıq sahədə soya səpilib, sahələrdə normal çıxış alınıb və vegetasiya becərmələri davam etdirilir. Cari ildə təkrar əkinlərdə də soyanın tətbiq edilməsi istiqamətində izahat və maarifləndirmə işləri aparılır.

Soya istehsalçılarının növbəti illərdə toxum materialına tələbatının yaxşılaşdırılması məqsədilə Əkinçilik Elmi Tədqiqat İnstitutunda onun toxumçuluğunun təşkili istiqamətində tədbirlərin görülməsinə başlanılıb.

Hesabatda bildirilir ki, respublikada zeytunçuluğun inkişaf etdirilməsi, bu sahədə ölkənin tələbatının yerli məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması istiqamətində təhlillər aparılıb və müvafiq dövlət orqanları ilə birlikdə yaxın 10 il üçün ölkədə zeytunçuluğun inkişafına dair proqram layihəsi hazırlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam