Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanlı "O səs Türkiyə"ni heyran etdi- Video

Azərbaycanlı "O səs Türkiyə"ni heyran etdi

 

Ötən gün “O səs Türkiyə” mahnı müsahibəqinin növbəti mövsümünə start verilib. Müsabiqədə azərbaycanlı iştirakçı Adil Baxışlı “Unchained Melody” mahnısını səsləndirib və münsiflərdən Hadisə ilə Gökhanı özünə tərəf döndürə bilib. Hadisə onun səsinə valeh olduğunu bildirib və ifa tərzini Elnur Hüseynova bənzədib. A. Baxışlı isə Hüseynovla eyni müəllimdən dərs aldığını deyib. Gökhan Öztürk də Adilin səsini bəyəndiyini deyib. Həmyerlimiz sonda Hadisənin komandasında yarışmaq istədiyini deyərək onu seçib

 

Yenixeber.org: Sosial şəbəkədə də tamaşaçıların dəstəyini alan A. Baxşıyev Musavat.com-un suallarına cavab verib.

- Adil Baxışlı kimdir? Özünüzü oxuculara necə təqdim edərdiniz?

- Masallı rayonunda anadan olmuşam. 28 yaşım var. Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyyət göstərən musiqi kollecini bitirmişəm. Restoranlarda səhnəyə çıxıram. Eyni zamanda avtomobil kirayəsi şirkətim var.

- Necə oldu ki, “O səs Türkiyə”yə qatılmağa qərar verdiniz?

- İzlədiyim müsabiqədir. Orada şansımın çox olduğunu düşündüm. Eyni zamanda “O səs Türkiyə” tanınmaq üçün gözəl yoldur. Səsimə də çox güvənirdim. Beləliklə, müsabiqəyə qatıldım. İstədiyim nəticəni də əldə etdim.

- Niyə Gökhan yox, Hadisə...?

- Hadisə məni komandasında daha çox istəyirdi. Həm də ifa tərzimiz bir-birinə yaxındır.

- “O səs Türkiyə” müsabiqəsində birinci ola biləcəyinizə inanırsınız?

- Səsimə güvənirəm. Əlbəttə, inanıram. Birinci olmaq üçün qatılmışam.

- Müsabiqəyə seçilməyinizə ailənizin reaksiyası necə oldu?

- Ailəm həmişə uğurlarıma sevinirlər. Hər zaman mənə dayaqdırlar. Mənim müsabiqəyə seçilməyimə çox sevindilər. Mənə hər zaman dəstək olduqları üçün təşəkkür edirəm.

- Sosial şəbəkədə tamaşaçılar öz dəstəklərini sizə bildirdilər.

- Səsimi bəyənənlər mənə dəstək olur. Sosial şəbəkə vasitəsi ilə insanlar ürək sözlərini yazır, uğurlar arzulayırlar. Bizim xalq musiqini yaxşı duyur, gözəl səs sahibinə dəstək olurlar. Onlara minnətdaram.

- Avrovoziya-2012 mahnı müsabiqəsinin milli seçim turunun yarımfinalçılarından birisiz. Yenidən o müsabiqədə iştirak etmək üçün hər hansı addım atmaq və ölkəmizi təmsil etmək istəyirsiniz?

- Azərbaycanı təmsil etmək ən böyük arzularımdan biridir. Müsabiqədə iştirak etməyi çox istəyirəm. Qismət olsa, mən də o səhnədə çıxış edərəm.

- Gələcək hədəfləriniz nələrdir?

- Musiqi sahəsində böyük işlər görmək istəyirəm. İlk hədəfim Türkiyədə albom buraxmaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam