Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

SOS: Bunlardan istifadə etməyin – orqanizmi məhv edir

 

 

Qarşısı alınmasa, 10 milyon insan antibiotikdən istifadə etdiyinə görə öləcək

Yenixeber.org: Bu fikirləri Türkiyədə keçirilən “Antibiotikdən istifadə” adlı dəyirmi masada professor həkim Özləm Kürt Azap deyib. Həkim bildirib ki, antibiotiklərdən istifadənin qarşısı təcili şəkildə alınmalıdır.

Antibiotiklərin insan orqanizminə dağıdıcı təsiri ilə bağlı ilk dəfə deyil ki, mötəbər qurumlardan xəbərdarlıq edilir. Maraqlıdır ki, bütün bu xəbərdarlıqlara baxmayaraq, Azərbaycanda həkimlərin ən çox üstünlük verdiyi müalicə metodları sırasında antibiotiklər yenə də birinci sırada yer alır.

Professor Adil Qeybulla məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycanda abtibiotikdən həddən artıq və bəzən həkim təyinatı olmadan istifadə edilir:

“Azərbaycanda antibiotikdən həddən artıq çox istifadə edilir. Bu keçmiş sovet dönəmindən qalma bir “ənənədir”. Antibiotiklərdən yersiz istifadə nəticəsində orqanizmdə antibiotiklərə qarşı həssaslıq itir və yeni nəsil antibiotiklərin yaranmasına ehtiyac yaranır. Əgər xəstədə konkret infeksiya varsa, həmin virus tapılmalı və ona uyğun antibiotik təyin olunmalıdır. Bizdə bir az qızdırması və ya soyuqdəyməsi olan adamlar da dərhal antibiotikdən istifadə edirlər. Antibiotikə meyillilik immun sistemini aşağı salır. Bu da zamanla qulaqda, böyrəkdə problem yaradır”.

A.Qeybulla bildirib ki, buna qarşı tədbirlər görülməlidir:

“Qərb ölkələrində abtibiotiklər protokolla tətbiq edilir. Həkim məsləhəti olmadan antibiotik satılmır. Bir çox Asiya və keçmiş sovet ölkələrində isə abtibiotikdən istifadə pərakəndə və qeyri-protokol şəklindədir. Bunun qarşısı alınmlıdır”.

Qeyd edək ki, bakteriyaların törətdiyi xəstəlikləri sağaltmaq üçün istifadə olunan dərmanlar arasında birinci sırada antibiotiklər dayanır. Onlardan istifadəyə 1940-cı ildən etibarən başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam