Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Deputatın oğlu avtomobillə adam vurdu– TƏFƏRRÜAT + YENİLƏNİB

Deputatın oğlu avtomobillə adam vurdu

 

Bakının Nəsimi rayonu ərazisində deputat oğlunun piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Yenixeber.org: Report-a istinadən xəbər verir ki, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Fəzail İbrahimlinin oğlu 1987-ci təvəllüdlü Tural İbrahimli “Jeep Wrangler” markalı “90-BJ-555” dövlət nömrə nişanlı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş vermiş hadisə zamanı piyada xəsarət alıb. O, sürücünün köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) çatdırılıb.

Xəstəxananın həkimləri yaralının vəziyyətini ilkin olaraq orta-ağır kimi qiymətləndirib.

Xəsarət almış tələbənin atası Şakir Nurullayev oğlunun orta-ağır dərəcəli xəsarət aldığını təsdiqləyib: “Lakin hadisə piyadanın vurulması ilə olmayıb. Deputat Fəzail İbrahimlinin oğlu Tural İbrahimli yolda yıxılaraq xəsarət almış oğlumu xəstəxanaya çatdırmaqda kömək edib”.

Deputat Fəzail İbrahimli isə açıqlamasında oğlunun heç kimi avtomobillə vurmadığını deyib. O, “Oktyabrın 2-də oğlunuz Tural İbrahimli xəsarət almış tələbəyə yardım edərək onu xəstəxanaya aparıbmı” sualına isə belə cavab verib: “Vurmaq ayrı şeydir, kömək etmək ayrı. Qısa və aydın şəkildə deyirəm ki, mənim oğlum heç bir qəza törətməyib”.

 

Qeyd edək ki, T.İbrahimli nazirliklərdən birində çalışır.

Xatırladaq ki, ötən gün xəbər hazırlanarkən deputat Fəzail İbrahimli əvəzinə, onun həmkarı Fəzail Ağamalının adı hallandırılıb.

03.10.2017 (08:45)

Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Azərbaycan Tibb Universitetinin qabağında idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.

Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam