Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

SOS Bakıda bu villalar, ərazilər su altında qalacaq

Bakıda bu villalar, ərazilər su altında qalacaq

 

Xəzərdə suyun səviyyəsinin qalxması nəticəsində Azərbaycanın Aran zonasının bir hissəsi su altında qalacaq.

Yenixeber.org: Bunu Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Xəzərdə suyun qalxması xəbərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sahilboyu hardasa 50-100 kilometrə qədər ərazi suyun altında qala bilər:

"Mən bunu hələ 7 il qabaq demişdim. Xəzərin səviyyəsi 2040-cı ilə kimi yox, 2030-cu ilə kimi 2 metrə qədər qalxacaq. Xəzəryanı sahillərdə tikilən hündürmərtəbəli binalar, villalar suyun altında qalacaq. Mən qışın sərt keçəcəyini də söyləmişdim. İndi Bakıda 13-14 dərəcə istidir. Hərçənd ki, 40-50 il bundan qabaq oktyabrda hardasa 25-26 dərəcə olurdu. Bunlar iqlim dəyişikliyinin nəticəsidir. Hazırda yağışlar yağır, dağlara qar tökülür. Bu da qışın sərt keçəcəyinin xəbərdarlığıdır".

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metrədək qalxacağının proqnozlaşdırıldığını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam