Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Azərbaycanda Məhərrəm ayı ilə bağlı körpələrə verilən adlar açıqlanıb

 

Azərbaycanda övladlarına İslam aləmində müqəddəs hesab edilən Məhərrəm ayı ilə ad verənlər var.


Yenixeber.org: Ölkədə son beş ildə 7 körpəyə (bu il 1 körpəyə) Aşura adı qoyulub.
Belə ki, son beş ildə 382-i körpəyə Məhərrəm (bu il 31), 11-nə Məhərrəməli (bu il 1), 1-nə Məhərrəmnur, 1-nə Məhərəmməhdi, 1-nə Məhərrəm Xəzər adı verilib.
İmam Hüseynin adı uşaqlara daha çox verilir. 
Son beş ildə ölkədə 12356 körpəyə Hüseyn (bu il 1314) adı verilib. 
Həmin müddətdə 138 körpəyə Hüseynəli, 98-nə Hüseynağa adı qoyulub.
Uşaqlara verilən adlar arasında Hüseynbala, Hüseynqulu, Hüseynxan, Hüseynalı, Hüseyncan, Hüseynbala, Hüseynabbas, Hüseyncihad adları yer alıb. 
İmam Hüseynin oğlu Əli Əkbərin adı son beş ildə 4, qardaşı Həsənin oğlu Qasımın adı 142 körpəyə verilib. Körpələrə verilən adlar arasında Qasim, Qasımcan, Qasımbala, Qasım Rəfael adları var.
İmam Hüseynin Kərbəla döyüşündə ölən 6 aylıq oğlu Əli Əsgərin adı son beş ildə bir körpəyə verilib.
Bundan başqa, son beş ildə 72 körpəyə İmaməli, 20-nə İmamverdi, 19-na İmam, 19-na İmaməddin, 6-na İmamrza adı verilib. 
Bu qəbildən verilən adlar arasında İmamqulu, İmamhüseyn, İmamət, İmamə, İmamanəzər, İmamazadə adları da mövcuddur. 
Hicri-qəməri ayının ikinci ayı Səfər də uşaqlara verilən adların siyahısında yer alır.
Belə ki, son beş ildə 188 körpəyə Səfər, 21-nə Səfərəli adları verilib.
Verilən adlar arasında Səfəralı, Səfərxan, Səfərov, Səfərmurad, Səfərağa adları da var. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam