Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Almaniya Rusiyaya qarşı hücuma keçdi

 

Almaniya kansleri Angela Merkel Rusiya əleyhinə iqtisadi sanksiyaların, tezliklə, tətbiq olunmasını təkid edir.
"Xeberinfo.com": Bu barədə hökumətin rəsmi nümayəndəsi Georq Ştrayter məlumat verib. Ştrayterin dediyinə görə, kanslerin bu mövqeyi Rusiyanın,  Malayziya təyyarəsinə qarşı terror aktının geniş miqyasda araşdırılmasına və Ukraynada vəziyyətin sabitləşməsinə heç bir maraq göstərməməsi ilə bağlı olub.
 Ştrayter onu da deyib ki, Merkel  faciə baş verən ərazidə  cəsədlərin tanınması, xarici ekspetlərin hadisə yerinə getməsi ilə əlaqədar problemlərin olduğunu da qeyd edib. 
Almaniya kansleri   Putini, Rusiya xüsusi xidmət orqanlarının rəhbərlik etdiyi Ukraynadakı rusiyameyilli  qüvvələrə ciddi təsir göstərməməkdə günahlandırıb.
Bütün bunlara görə də, Merkel  Avropa Birliyi Xarici İşlər nazirlərinin  Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi və genişləndirilməsi ilə bağlı son qərarını dəstəklədiyini bəyan edib .
Xatırladırıq ki, Ukrayna hadisələrindən təyyarə faciəsinə qədər olan müddətdə  Merkel  həmişə rəsmi Moskvaya, başqa  dövlət və hökumət başçılarından fərqli olaraq, daha loyal münasibəti ilə seçilib. Görünür, Malayziya təyyarəsinin faciəsi siyasi mənzərəyə və münasibətlərə daha çox aydınlıq gətirib

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam