Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

ABŞ bu addımla Qarabağın işğal olunduğunu təsdiqləyir

ABŞ bu addımla Qarabağın işğal olunduğunu təsdiqləyir

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu həftə Xaçmaz rayonunda olarkən belə bir açıqlama verdi ki, son vaxtlar ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunur. Robert Sekuta əlaqələrin inkişafına misal kimi neft müqaviləsinin müddətinin uzadılmasını göstərdi. Bu müqavilədə ABŞ şirkətləri də yaxından iştirak edir. Bundan başqa, amerikalı səfir iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələrin olduğunu və onları diqqətdə saxladıqlarını bildirdi. Görəsən, ABŞ-ın Azərbaycandakı səfiri əməkdaşlığın inkişafı üçün daha hansı sahələri nəzərdə tutur?

Yenixeber.org: Bu sözləri amerikalı səfirin son açıqlamasını şərh edən Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Robert Sekuta özündən əvvəlki səfirlər kimi ABŞ-la Azərbaycan arasındakı əməkdaşlığın bir neçə istiqamətini göstərib:

“Bunlar enerji, təhlükəsizlik və iqtisadi sahədəki əməkdaşlıqlardır. Sekuta iki ölkə arasında birinci sahədəki əməkdaşlığı yüksək qiymətləndirir. Təhlükəsizlik sahəsindəki əməkdaşlığın ən böyük nümunəsi Əfqanıstandır. ABŞ-ın istəyi ilə Azərbaycan Əfqanıstanda sülhyaratma missiyasında iştirak edir. İqtisadi sahədəki əməkdaşlıqda iki ölkə arasında böyük ticari münasibətlər olmasa da, hər halda, bu sahədəki münasibətlərdə problemlər də yoxdur.

Ancaq Azərbaycanın siyasi və ictimai dairələrinə aydın deyil ki, Vaşinqton Azərbaycanı strateji tərəfdaş adlandırarkən Konqres niyə müxtəlif məqsədlərlə Dağlıq Qarabağ separatçılarına yardım ayırır və ya amerikalı konqresmenlər işğal altındakı bölgələrə niyə qeyri-qanuni səfərlər edirlər? Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frenk Pallone və Tulsi Qebrdin bir neçə gün əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. Aydındır ki, Konqresdə erməni lobbisinin təsiri altında olan konqresmenlər var və Pallone onların ən parlaq nümayəndəsidir. Ancaq Pallone və digərləri işğal altındakı torpaqlara səfər etməklə ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirirlər və Dövlət Departamenti bu haqda onları bilgiləndirməlidir”.

Politoloq buna baxmayaraq, ABŞ-Azərbaycan əməkdaşlığının alternativinin olmadığını qeyd edib:

“Məsələn, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Cocuq Mərcanlı kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqram həyata keçirməyə başlayıb. ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə səfərindən sonra mümkün olub. USAİD-ın işğaldan azad olunan Cocuq Mərcanlıda sosial proqram həyata keçirməsi Azərbaycan üçün olduqca vacibdir. Bundan iki mühüm nəticə çıxır:

Birincisi, USAİD-nin Cocuq Mərcanlıda sosial proqramlar həyata keçirməsi o deməkdir ki, ABŞ bu kəndin vaxtilə separatçılar tərəfindən işğal edildiyini və dağıdıldığı faktını təsdiq edir və indi kəndin yenidən qurulmasında iştirak edir.

İkincisi, USAİD-nin Cocuq Mərcanlıda sosial proqramlar həyata keçirməsi o deməkdir ki, gələcəkdə ABŞ işğaldan azad olunan digər torpaqlarda da sosial proqramların həyata keçirilməsində iştirak edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam