Şimali İraq Kürdüstan Muxtariyyətinin baş naziri Nəçirvan Bərzaninin həyat yoldaşı Nəbilə Bərzaninin referenduma gələrkən geyindiyi geyim müzakirələrə səbəb olub.

Yenixeber.org xarici mediaya istinadən xəbər verir ki, müzakirənin səbəbi xanım Bərzaninin əvvəllər qapalı geyimlərdən istifadə etməsi, seçkiyə gələrkən isə başını bağlamaması olub. Bölgədə müzafizəkar ailə ənənələri ilə tanınan Bərzani nəslinin qadınları əsasən milli və qapalı geyimlərdən istifadə edir. Nəbilə Bərzaninin geyimi isə "Bərzani ailəsi dəyişir" iddialarına səbəb olub. Baş nazir və həyat yoldaşının müasir geyiminə baxmayaraq, onların övladları peşməgə geyimi ilə mətbuat qarşısına çıxıblar.

Qeyd edək ki, dünən Şimali İraqda İran, İraq, Türkiyə, ABŞ və bir çox ölkənin etirazına baxmayaraq müstəqil Kürdüstan dövləti yaratmaq məqsədilə referendum keçirilib.