Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ağdamın işğal günü aksiya ilə anıldı

 

"Xeberinfo.com": İyulun 23-də Qarabağ Azadlıq Təşkilatının (QAT)  üzvləri Ağdamın işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı torpaqlarımızın və müstəqilliyimizin uğrunda şəhid olan bacı və qardaşlarımızın ruhlarına dualar oxunub, məzarlarının üstünə güllər qoyulub. Tədbir iştirakçıları həmçinin Türk Şəhidliyi abidəsini ziyarət ediblər. Sonra işğalçı Ermənistana nifrətin, qəzəbin bildirilməsi məqsədilə Ermənistanın bayrağı yandırılıb və tapdalanıb. Ziyarət iştirakçıları düşmənə nifrətlərini  bir daha dilə gətirib, düşməni lənətləyiblər. Daha sonra QAT-çılar İkinci Fəxri Xiyabana gedərək orada uyuyan şəhidlərin, o cümlədən Asif Məhərrəmov, Mübariz İbrahimov, Famil Məmmədli və digərlərinin məzarlarını ziyarət ediblər, ruhlarına dualar oxunub, məzarlarının üstünə güllər qoyublar. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam