Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Türkiyə XİN bəyanat yayıb-İraq Kürdüstanda referendum keçirilməsi ilə bağlı

 

barzanTürkiyə Xarici İşlər Nazirliyi bu gün İraq Kürdüstanda keçirilməsi planlaşdırılan referenduma dair bəyanat yayıb.

Yenixeber.org:  “Milliyyət”-ə istinadən xəbərə görə, bəyanatda milli təhlükəsizliyinin pozulacağı halda Türkiyənin hərəkətə keçəcəyi bir daha vurğulanıb.

Bəyanatda deyilir ki, İraq Kürdüstanda bu gün keçiriləcək referendumun nəticələri bütün hallarda əsassız sayılır: “Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq.

Türkiyənin və beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, referendum keçirtməkdə israr edən və sadəcə İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan İraq Kürdüstanının bu təşəbbüsünü təəssüflə qarşılayırıq.

Bütün beynəlxalq ictimaiyyətin, xüsusilə də region ölkələrinin referenduma ardıcıl yanaşması davam etdirilməlidir. Bu qeyri-qanuni cəhdin nəticələrinin qarşısını almaq vacibdir. Məsud Bərzaninin qısamüddətli siyasi maraqların arxasınca qaçmaq yerinə bütün İraq xalqının uzunmüddətli dincliyini və rifahını təmin edən siyasət yürütməsi lazımdır. Bir daha vurğulayırıq ki, referendumla bağlı milli təhlükəsizliyimizə yönələcək hər cür təhlükələrə qarşı bütün tədbirləri görəcəyik”.

Qeyd edək ki, İraq Kürdüstanı Yerli Müxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar.

M. Bərzani isə geri addım atmayacaqlarını deyib. O bildirib ki, sonunda ölüm də olsa, buna hazırdırlar: “Artıq öz müqəddəratımızı təyin etməyin vaxtı gəldi. Heç kimin bizə yol göstərməsini istəmirik”.

M. Bərzani Türkiyə başda olmaqla, qonşu dövlətlərə yaxşı əlaqələrə malik olmaq istədiklərini söyləyib: “Ümid edirəm ki, referendum Türkiyə ilə olan münasibətlərimizə təsir etməz. Ancaq heç kimin təhdidini də qəbul etmirik”.

M. Bərzani rəsmi Bağdadla beynəlxalq qarantiya altında anlaşmaq istədiklərini vurğulayıb.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam