Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ürək xəstəliyi olanlar, peyvəndin vaxtıdır- həkim məsləhəti

 

 

Hər il Azərbaycanda minlərlə ürək xəstəsi peyvəndlərlə qarşısı alınabiləcək xəstəliklər ucbatından xəstəxanaya yatmalı olur, bir hissəsi ölür. Adi xəstəlik kimi bildiyimiz qrip (flu), eləcə də sətəlcəm (pnevmoniya) ürək xəstələrində ağır keçər, bir sıra fəsadlar verə bilər. 

 

Yenixeber.org: Qrip İnfluenza virusları tərəfindən törədilən yoluxucu tənəffüs yolları xəstəliyidir. ABŞ “Xəstəliklərə Nəzarət və Qorunma Mərkəzi (CDC)”nin faktlarına görə hər il ABŞ-da 9,2-60,8 milyon insan qrip virusuna yoluxur, 140 000-710 000 nəfər xəstəxanaya yatırılır, 12 000-56 000 nəfər fəsadlaşmalardan ölür. Ürək xəstəliyi olanlarda ciddi fəsadlaşmalar daha çox olur.

Qrip virusu ürək xəstəliklərinin gedişatına müxtəlif yollarla təsir edər. Ürək çatışmazlığı xəstələrinin vəziyyəti stabil gedərkən qripə yoluxandan sonra qəflətən durum dəyişər, şikayətləri birdən- birə çoxalar. Ayaqları təkrar şişməyə başlar, ağciyərlərə su yığılar. Belə hallar evdə müalicəyə çətin tabe olar, “ürək çatışmazlığının kəskinləşməsi” diaqnozu qoyularaq xəstəxanada müalicə başlanar. Yüksək təzyiqdən əziyyət çəkən xəstələrdə təzyiqin qəflətən yüksəlməsi halları baş verə bilər. Eyni təzyiq dərmanlarını hər gün eyni qaydada içməklərinə baxmayaraq, təzyiq oynayar, enib çıxar. Əlavə olaraq soyuqdəymə dərmanlarının tərkibindəki bəzi maddələr təzyiqi yüksəldib krizisə səbəb ola bilər. Qrip virusunun ürək infarktı törətdiyi haqda dəlillər var. Bu virus müxtəlif yollarla iltihab prosesi başladaraq qan dövranına müxtəlif maddələr ifraz edər, tac damarlarını büzər, ürəyin metabolizmasını pozar, ürək damarlarında tromb əmələ gətirər, beləliklə ürək infarktı törədər. Qrip peyvəndi 15-45 % ürək infarktının qarşısını alar.

Qripdən qorunmağın ən yaxşı yolu peyvənddir. CDC hər il bir əvvəlki il yayılan qrip viruslarına qarşı peyvənd hazırlayır. Qrip mövsümü oktyabr ayında başlayır, may ayına qədər davam edir. Qrip peyvəndi hər il qrip mövsümü başlamadan vurulmalıdır. 50 ildir amerikalılar qrip peyvəndi ilə qorunurlar. Dünya Səhiyyə Təşkilatı (WHO) və CDC 6 aydan böyük hamıya qrip peyvəndi vurdurmağı məsləhət görür. Əgər peyvənd qıtlığı varsa əvvəlcə yüksək riskli qrupda olanlar, yəni qripə bağlı ağırlaşma ehtimalı yüksək olanlar ilk növbədə peyvənd olmalıdır. Yüksək riskli qrupda olanlar bunlardır; 6 ay- 5 yaş arasındakı uşaqlar, hamilələr, yaşı 65-dən çox olanlar, xroniki xəstəliyi olanlar (ürək, ağciyər, böyrək, qaraciyər xəstəlikləri, şəkər xəstəliyi, nevrolojik xəstəliklər, immuniteti zəif olanlar və s.), tibb işçiləri. CDC 2017-2018 sezonu üçün qola vurulan iynə şəklində olan peyvəndləri məsləhət görür. Qrip peyvəndinin yaş qrupları üçün növləri var. Qrip peyvəndi vurulandan 2 həftə sonra xəstəlikdən qorumağa başlayır. Effektivliyi ortalama 40-60%-dir. Kimsə peyvənd vurulmasına baxmayaraq qrip olubsa, xəstəliyi yüngül keçirir. Qrip peyvəndi yalnız İnfluenza virusuna qarşı qoruyucudur. Digər viruslar var ki, onlar qrip bənzəri xəstəlik törədə bilir.

Ürək çatışmazlığı olan xəstələrə qrip peyvəndindən savayı pnevmokok peyvəndi də məsləhət görülür. Bu peyvənd isə sətəlcəm, meningit, sinuzit kimi xəstəliklərə yol açan Pnevmokok bakteriyalarına qarşı qoruyucudur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam