Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“MEQA SİTİ HOLDİNG" AZƏRBAYCANDA "AT OYNADIR" -TƏHLİL

 

Xəbərin çap versiyası

 

Şirkət rəhbərləri Aqil Qədirov və Maksim Zeynalov vətəndaşları nəinki soyur, hətta talayırlar

image here

Yeni Yasamal yaşayış massivində “Meqa Siti Holding” və onun rəhbərləri Aqil Qədirov və Maksim Zeynalov dünyanın fırıldaqçılar yarışı keçirilsə, ilk sırada yer tutarlar. 

Yenixeber.org:Bu iki “şərik” holdingin adına iki möhür düzəltdirərək, əhalini min bir kələk və fırıldaqla aldatmaq siyasətində çoxdan peşəkarlıq rütbəsinə qədər ucalıblar. Onların kələkləri və fırıldaqları haqqında adi bir araşdırma aparmaqla kim olduqlarını sübut etmək o qədər də çətin deyil. Vətəndaş Rauf Səfər oğlu Bəşirovun başına gətirilən min bir müsibətlər bütün bunları təsdiq edir. 

                                             Dörd ildir “Meqa Siti Holding” əhalini soyub-talayır

23 noyabr 2013-cü ildə “Meqa Siti MMC” olaraq Yeni Yasamal yaşayış massivində inşa etdiyi binada vətəndaş Rauf Bəşirovdan 41 min 130 manat alaraq, onunla mənzil satışı barəsində müqavilə imzalayıbdır. Bu barədə notarial qaydada sənədlər rəsmiləşdirilib. Ancaq bu günə kimi Rauf Bəşirov öz halal qazancı ilə aldığı həmin mənzilə sahib çıxa bilmir. Bunun əsas səbəbi isə, həmin mənzilin bir neçə şəxsə satılmasıdır. Uzun zaman get-gəllərə baxmayaraq, şirkət rəhbərləri Aqil Qədirov və Maksim Zeynalov hələ də Rauf Bəşirova nə mənzilini, nə də ödənilən pulu geri qaytarmaq fikrində deyillər. Təbii olaraq, Rauf Bəşirov da pozulmuş hüquqlarının bərpa ediılməsi, ədalətin öz yerini tapması üçün, hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. 
Bütün bunlar azmış kimi, “Meqa Siti MMC”-nin rəhbəri Aqil Qədirov və Maksim Zeynalov dələduzluq edərək, ilk öncə Rauf Bəşirova qanunla ona aid olan mənzilin ünvanını dəyişmiş və bununla yanaşı, guya mənzil haqqının ödənişi zamanı 22 min 850 manat vəsaitin ödənilməsi barəsində saxta sənədlər tərtib etmişlər. Pozulmuş hüquqları ilə bağlı Rauf Bəşirov “Meqa Siti MMC”-nin rəhbərləri Aqil Qədirov və Maksim Zeynalova şifahi və yazılı müraciətlərinə isə hər zaman olduğu kimi, min bir yalanlar uydurulmuşdur. Qeyd edək ki, Rauf Bəşirov uzun müddət Xüsusi Dövlət Mühafizəsi Xidmətinin yanında Xüsusi Təyinatlı “Alfa” dəstəsinin əməkdaşı olub və bu şərəfli xidmətinə görə kapitan rütbəsinə qədər ucalmışdır. Səhhəti ilə bağlı yaranmış problemlərinə görə vaxtından əvvəl öz ərizəsi ilə işdən azad olunub. Bu sahədə xidmət etdiyi dövrdə xüsusi bacarığı və qabiliyyətinə görə dəfələrlə rəhbərliyin təşəkkürünü almış və müxtəlif mükafatlarla təltif olunmuşdur. Onun üçün vətənə xidmət ən ali dəyərdir. Rauf Bəşirov adi həyata döndükdən sonra ailəsinin qayğısına qalmaqla yanaşı, həm də səhhətinin müalicəsi ilə məşğul olub. Bununla yanaşı, ailəsini sevindirmək üçün yeni mənzil almaq üçün “Meqa Siti MMC” şirkətinə müraciət etmiş və tələb olunan pul vəsaitini ödəmişdir. Ancaq ötən dörd il ərzində Aqil Qədirov və Maksim Zeynalov dələduzların ucbatından öz halal mənzilinə sahib çıxa bilmir. 

                                                          “Meqa Siti MMC” sənədləri necə saxtalaşdırır?

“MEQA SİTİ HOLDİNG" AZƏRBAYCANDA "AT OYNADIR" - TƏHLİLRauf Bəşirovun “Meqa Siti MMC” ilə imzaladığı sənədləri diqqətlə araşdırdıqda bir sıra fırıldaqlara rast gəldik. Belə ki, Rauf Bəşirov “Meqa Siti MMC”-nin tikdiyi binada mənzilin hər kvadrat metrinə görə guya 250 manat ödədiyi və ümumi olaraq mənzil üçün 22 min 850 manat vəsait köçürdüyü qeyd edilmişdir. Halbuki digər sənədlərdə qeyd olunur ki, Rauf Bəşirov gerçəkdən “Meqa Siti MMC”-yə 41 min 130 manat ödəmişdir. Bu, mənzilin hər kvadrat metri üçün 450 manat ödənilməsi deməkdir. 
Gözəlim “Meqa Siti MMC”-nin rəhbərləri Aqil Qədirov və Maksim Zeynalov cütlüyü ona bildiriblər ki, bütün müştərilərlə müqavilələri bu formada imzalayırlar. Hüquqi müstəvidə araşdırmalar aparılanda bəlli olur ki, Aqil Qədirov və Maksim Zeynalov birlikdə vergidən yayınma, əlavə ödənişləri qanunla ödəmək kimi gəlirlərini gizlədirlər. 
Rauf Bəşirov uzun müddət dirəniş göstərdikdən sonra bu iki nəfər onun qanuni mənzilindən istifadə edə bilməsi haqqında razılıq verirlər. Beləliklə, Rauf Bəşirov öz halal mənzilini təmir etmək üçün gələndə bəlli olur ki, mənzilin qapısı dəyişdirilib. Həm də tanımadığı ustalar tərəfindən burada əsaslı təmir işlərinə başlanılıb. Ustalar bildiriblər ki, mənzilin əsl sahibini tanımırlar. Rauf Bəşirov bu zaman Maksim Zeynalovla görüşüb. M.Zeynalov bildirib ki, Aqil Qədirov həmin mənzili başqasına satıb. Maksim Zeynalov öz şəriki Aqil Qədirovun yalanlarını ört-basdır etmək üçün bu dəfə Rauf Bəşirova həmin binadan başqa bir mənzil təklif edib və bunun üçün onunla yeni müqavilə imzalamağı təqdim edib. Bu zaman bəlli olub ki, “Meqa Siti MMC”-nin iki möhürü varmış. Biri Aqil Qədirovda, digəri isə onun şəriki Maksim Zeynalovda. Bu üsulla hər iki fırıldaqçı əhalini aldadaraq sənədləşdirmə işində saxtakarlıqla mənzil alğı-satqısı əməliyyatlarını aparırlar. 

                                                      Ünvanı saxta olan şirkət Yeni Yasamalda hər kəsi aldadır

“Meqa Siti MMC”-nin Yeni Yasamalda Talıblı küçəsi ünvanında yerləşən ofisi də sən demə saxtaymış. Ona görə də şirkətin rəhbərliyi ilə əlaqə saxlamaq üçün tək ümid mobil telefonadır. Son zamanlar şirkətin rəhbərləri Aqil Qədirov və Maksim Zeynalovun mobil telefonları bağlıdır. Sənədlərdən aydın göründüyü kimi, Rauf Bəşirovun 23 noyabr 2013-cü ildə “Meqa Siti Holding MMC” ilə bağladığı müqavilədə qeyd olunur ki, Yeni Yasamal yaşayış massivində şirkət tərəfindən inşa edilən 1 saylı binanın 5-ci mərtəbəsindəki 32 saylı və ərazisi 91.4 kvadrat metr olan 3 otaqlı mənzil Rauf Bəşirova satılıb. Bununla yanaşı, mənzilin dəyəri qanunla şirkətin hesabına tam şəkildə ödənllib. “Meqa Siti MMC Holding”ə Rauf Bəşirovun heç bir borcu yoxdur. 
Araşdırmalar zamanı bəlli oldu ki, “Meqa Siti Holding MMC” Yeni Yasamal yaşayış massivində tikdiyi tək bir bina ilə bağlı burada 117 nəfər pay sahibi olan mənzil sahiblərini də aldatmışdır. Yaranmış problemlə bağlı payçılar Yasamal rayon İcra Hakimiyyətinə, rayon Polis İdarəsinə, Rayon Prokurorluğuna və digər aidiyyəti orqanlara müraciət ediblər. Nə sirdirsə, “Meqa Siti Holding MMC”-nin rəhbərləri Aqil Qədirov və Maksim Zeynalov tərəfindən yaranmış problemlər öz həllini tapmır. Əhalinin Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiat İdarəsinə olan müraciətləri və yaranmış problemin həll edilməsi bu gün böyük ümidsizliyə səbəb olmuşdur. Çünki mənzil fırıldaqçılığında adları keçən Aqil Qədirov və Maksim Zeynalovun öhdəsindən kimsə gələ bilmir. Bu cinayət işinin “mülki iş” olması səbəbindən problem öz həllini tapmır. Başqa bir tərəfdən isə, hər iki şəxs tez-tez öz ünvanlarını və telefon nömrələrini dəyişməklə yayınmaq taktikası ilə hərəkət edirlər. 

                                                        Əhalidən ölkə prezidentinə müraciət

Yeni Yasamal yaşayış massivində fəaliyyət göstərən “Meqa Siti MMC”-nin rəhbərləri Aqil Qədirov və Maksim Zeynalovun dələduzluq edərək əhalini aldatmaqla pullarını qanunsuz yolla mənimsəmələri haqqında əhali məcbur olaraq ölkə prezidenti İlham Əliyevə müraciət etmək qərarına gəliblər. Onlar qeyd edirlər ki, 2003, 2008 və 2013-cü illərdə ölkədə keçirilən prezident seçkilərində məhz hörmətli İlham Əliyevə inanaraq ona səs veriblər. 
Rauf Bəşirov “Meqa Siti MMC”-nin rəhbərlərinin fırıldaqçılıq və mənzil alğı-satqısında kələkbaz kimi tanınmış Aqil Qədirov və Maksim Zeynalovu məhkəməyə vermək üçün artıq tələb olunan bütün sənədləri hazırlanmışdır. Onun nədən bu qədər gec müddətdə məhkəməyə müraciət etmək istəyini soruşduqda, belə cavab verdi: “Şirkətin sahibləri yalvarırdılar ki, heç bir narahatlığa səbəb yoxdur və mənzil problemi ilə bağlı işi yoluna qoyacaqları vədlərini verirdilər. Bir yandan, öz işlərimin çoxluğundan xeyli zaman itirdim”. 
Rauf Bəşirov öz hüquqlarının pozulması və ötən dörd il ərzində mənzil probleminin həll edilməməsi məsələsi ilə bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna, Yasamal rayon Prokurorluğuna da rəsmi məktubla müraciət edib. 
Biz “Meqa Siti MMC”-nin əsas rəhbəri Aqil Qədirova məxsus ((050) 215 09 09) mobil telefonuna problemlə bağlı nə qədər zəng etsək də, həmin nömrə bağlı idi. Araşdırma zamanı o da bəlli oldu ki, şirkətin adından ən çox maliyyə fırıldaqlarını edən Maksim Zeynalovdur. Çünki əhalini min bir fırıldaqla və aldatma yolu ilə “yola” verən məhz odur. 
Araşdırma zamanı o da bəlli oldu ki, “Meqa Siti MMC”-nin rəhbərləri Aqil Qədirov və Maksim Zeynalovun arasında münasibətlər də gərgindir. Çünki onların bir-birinə qarşı ittihamdolu problemləri var. Hər iki fırıldaqçı o qədər yalana öyrəşiblər ki, artıq bir-birirnə pul «atmaqda» qarşılıqlı ittihamlar irəli sürürlər. 
Sən demə, dünyanın ən böyük fırıldaqçısı kimi tanınan Ostap Bender-Süleyman-Beta-Mariya-Bender-Bəy ölməyibmiş. O hələ də diridir və Bakının Yeni Yasamal yaşayış massivində fəaliyyət göstərir. Hətta “Meqa Siti MMC” adlı şirkət də açıb. Həmin şirkətdə Ostap Bender rolunu oynayan Aqil Qədirov və Maksim Zeynalov adında iki nəfər şərikli şəkildə bütün fırıldaqları və kələkbazlıqları həyata keçirirlər. Bu iki fırıldaqçı əhalinin inamını qazanmaq yolu ilə bir mənzili hətta on nəfərə belə satmaqda mahir olduqlarını sübut ediblər. Sanki əhali onlar üçün “Qızıl bozuv”dur. Nə qədər istəyirsən, bir o qədər də fırıldaqları və kələkləri işlətmək olar. Bu iki kələkbaz və mənzil fırıldaqçısı unudurlar ki, istənilən avantüranın sonu faciədir. İsətnilən insanın şəxsiyyətinin puça çıxması onun zəkasının iti olması ilə deyil, dəyərləri ilə ölçülür. Bu mənada, “Meqa Siti MMC” və ona rəhbərlik edən Aqil Qədirov və Maksim Zeynalov cütlüyünün inanırıq ki, çox yaxında məhkəmə qarşısında ədalətin divanı ilə üz-üzə qalacaqları məqamda hansı hissləri keçirəcəkləri maraqlı olacaq. 
Rauf Bəşirov bütün həyatı boyu əzab-əziyyət çəkərək kimsənin toyuğuna “kiş” demədi. Öz halal zəhməti ilə qazandığı vəsaitlə ailəsi üçün sıravi vətəndaş kimi rahat bir həyat sürməyi arzu edirdi. O, yalnızdırmı? Əsla! Onun kimi halal əməyi ilə yaşayanları aldatmaq kimsəyə həyatda şərəf gətirməyib. Elə fırıldaqçılıq və kələkbazlıq yolu ilə milyonlar qazanan Aqil Qədirov və Maksim Zeynalovun da aqibəti Ostap Benderin taleyi kimidir. Ostap Benderə ironik şəkildə bu gün heykəl qoyulub. O heykəlin yanından ötən insanlar ona baxıb bütün fırıldaqçılara nifrətlərini yağdırırlar. (Tezadlar) 

Ə.Yusifoğlu

REDAKSİYADAN: Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam