Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

Məmmədyarov iordaniyalı həmkarı ilə Nyu Yorkda görüşdü

Məmmədyarov iordaniyalı həmkarı ilə Nyu Yorkda görüşdü

 

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər naziri Ayman Safadi ilə görüşüb.

Yenixeber.org: Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, E.Məmmədyarov iordaniyalı həmkarını bu vəzifəyə yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsinə nəzər salınıb, əlaqələrin daha da inkişaf etdirilməsi yolları və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığın digər beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin dünyada islamofobiya meyillərinin artmasından narahatlıq ifadə olunaraq İslam həmrəyliyinin gücləndirilməsinin və təşviqinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu və bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini deyib.

E.Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəlikləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsinin regional sülh üçün ciddi təhlükə olduğunu bildirib. Nazir İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupunun fəaliyyəti, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid abidələri, ibadət ocaqlarını vəhşicəsinə məhv etdiyi, beynəlxalq humanitar hüququ pozmaqda davam edərək qoşunlarının təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları qəsdən hədəfə alması barədə həmkarına məlumat verib.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr