Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakıda yeni fırıldaq- Bələdiyyə avtobusu

Bakıda yeni fırıldaq

 

Üzərində heç bir marşrut nömrəsi olmayan mikroavtobus sərnişindaşımada istifadə olunur.

Yenixeber.org: Avtobusların trafaretlərinə isə bələdiyyə avtobusları yazılıb.
Avtobuslar Sulutəpə-Binəqədi qəsəbələri arasında sərnişinlərin daşınmasına xidmət edir.
Sürücülər deyirlər ki, mikroavtobuslar Binəqədi qəsəbə bələdiyyəsinə məxsusdur və buna görə də avtobusların üzərində bu sözlər yazılıb. Sürücülər onu da bildirir ki, bu qəsəbələr arasında ictimai nəqliyyat vasitəsi işləmir, bu avtobuslar isə elə sakinlərin öz istəyi ilə xidmət göstərir.
Binəqədi qəsəbə bələdiyyəsi isə sürücülərin dediklərinin yalan olduğunu dedi.
Bələdiyyədən bildirildi ki, həmin avtobuslar onlara aid deyil və başqa bir şəxsə məxsusdur. O ki qaldı ''bələdiyyə avtobusu'' sözünün yazılmasına, bildirdilər ki, bu, vaxtilə bələdiyyənin öz razılığı ilə olub. Ancaq indi həmin yazıların sahibkardan çıxarılması istənilib.

Avtobusların sahibi Şahbaz Yaqubov isə bildirdi ki, avtobuslar ona məxsusdur.

Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, həmin nəqliyyat vasitəsi ilə sərnişin daşınması qaydalara ziddir və onların fəaliyəti tamamilə qanunsuzdur. Bələdiyyə avtobusu adı altında bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Agentlik dəfələrlə rayon İcra Hakimiyyətinə, qəsəbə bələdiyyəsinə və digər müvafiq qurumlara müraciət edib. Lakin bu günə qədər həmin avtobusların qanunsuz fəaliyyətinin qarşısı alınmayıb.

(Xezerxeber)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam