Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dünyanın ən toxunulmaz 5 təyyarəsi

Dünyanın ən toxunulmaz 5 təyyarəsi

 

Dünya liderlərinin istifadə etdiyi təyyarələr hər zaman diqqət mərkəzində olub. Bu təyyarələrin qiyməti, onların interyeri, həmçinin malik olduqları xüsusi özəlliklər daima insanları maraqlandırıb.

Yenixeber.org: Dünyanın ən məşhur liderlərinin yararlandığı təyyarələri və onların dəyərini təqdim edir.

1. Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi olan İl-96-300PU qiyməti 500 milyon dollar dəyərindədir. Prezident təyyarəsində yataq otağı, duş, iş kabineti, mini idman və iclas zalı mövcuddur. Putinin təyyarədəki kabineti 10 kvadrat metrdir. Salon dəyərli daşlarla bəzədilib. Standart versiyadan 4 metr qısa olan bu təyyarə xüsusi mühərrik sayəsində birbaşa 13 000 km məsafə qət edə bilir.

2. ABŞ-ın hazırki - 45-ci prezidenti Donald Trampın təyyarəsi “Boinq 747-200B”-dir. Təyyarə 1 milyard dollar dəyərindədir. 70 sərnişini və 26 ekipaj üzvünü daşıya bilən təyyarə yataq və iş otağı, idman zalı, hamamla təchiz edilib. 1000 kilometr saat sürət yığa bilən bu təyyarə dünyanın ən təhlükəsiz təyyarəsi sayılır.

3. Britaniya Baş naziri Tereza Mey Eyrbas A330 təyyarəsindən istifadə edir. Təyyarənin dəyəri 250 milyon dollardır.

4. Almaniyanın əsas təyyarəsi Konrad Adednauer Eyrbas A340-313X bundan öncə adi sərnişin təyyarəsi olub. Daha sonra Angela Merkel üçün istifadəyə verilib. Qiyməti 300 milyon dollar dəyərindədir. Təyyarədə yataq və iş otağı, 12 nəfərlik konfrans zalı var. ABŞ prezidentinin təyyarəsindən fərqli olaraq alman təyyarəsi öz göyərtəsində 147 nəfəri daşımaq qabiliyyətindədir.

5. Fransa Prezidenti Emmanuel Makron isə Eyrbas A330-200 təyyarəsinə sahibdir. Təyyarə eks-prezident Fransua Ollandın zamanında hazırlanıb. 270 milyon dəyərində olan təyyarə yüksək komforta malik olmaqla bərabər, buradan fövqəladə vəziyyət zamanı ölkəni və ordunu idarə etmək də mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam