Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“ABŞ Qarabağın həllində maraqlı olduğunu təsdiqlədi”

“ABŞ Qarabağın həllində maraqlı olduğunu təsdiqlədi”

 

ABŞ Prezidenti Donald Tramp seçkiqabağı platformada verdiyi sözün üzərində durmağa çalışır.

Yenixeber.org: Bu sözləri ATƏT-in Minsk Qrupunda ABŞ-ın yeni həmsədri Endryu Şoferin keçmiş həmsədr Hoqlandın Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi 6 detalın təmsil etdiyi ölkənin mövqeyi olduğu barədə açıqlamasını şərh edən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri son vaxtlara qədər ümumi mesajlar verməkdən başqa heç bir iş görmürdülər:

“Xüsusilə Rusiya regionda nüfuz sahibi olduğunu bildirmək üçün öz çıxışlarında Ermənistanın mövqeyini nəzərə alır. Madrid prinsipləri, Sankt-Peterburq danışıqları, Kazan razılaşması olmasına baxmayaraq, Rusiya çıxışlarında ümumi bəyanatlardan bir addım da irəli getmir. Bütün bu razılaşmaların fonunda əsas məsələ Azərbaycanın suverenliyini saxlamaqla, ərazi bütövlüyünü qorumaqla işğalçı qoşunların ərazidən çıxarılmasını mərhələli şəkildə təmin etməkdir. Yəni Ermənistan tərəfinin qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından sonra qaçqın və məcburi köçkünlərin qayıtmasının təmin edilməsi, Qarabağa muxtariyyətin verilməsi məsələsinin Azərbaycanın suverenliyi daxilində həll edilməsi gündəmdədir. Bu səsləndirilən prinsiplər çoxdan mövcuddur”.

Politoloq qeyd edib ki, BMT-nin Baş Assemblyasında ABŞ Prezidenti Donald Trampın çıxışından da bu məsələnin həlli üçün müəyyən addımların atıldığı hiss olundu:

“Bundan əvvəl ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın səsləndirdiyi 6 element ABŞ-ın bu məsələdə mövqeyini nümayiş etdirdi. ABŞ-ın Minsk Qrupundakı yeni həmsədri Endryu Şofer də öz çıxışında bu prinsipləri bir daha təsdiqləyərək, ABŞ-ın problemin həllində maraqlı olduğunu göstərdi. Fikrimcə, ABŞ həm nüfuzunu qorumaq, həm də problemin həlli üçün bu addımları atır. Bunun üçün isə ilk növbədə BMT-nin məsələnin həllinə dair 24 ildir icra olunmayan 4 qətnaməsinin yerinə yetirilməsi təmin edilməlidir. BMT-nin Baş Məclisinin son sessiyasından sonra bir daha hiss olunur ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində müvafiq tədbirlər görülür”.

Xatırladaq ki, avqustun 24-də, ATƏT-in Misk Qrupunun həmsədri kimi fəaliyyətinin son günündə Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 6 elementi ictimaiyyətə açıqlamışdı. Bunların sırasında rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti statusun verilməsi, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin birmənalı olaraq Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan dövlətinin süverenliyinə və ərazi bütövlüyünə mütləq hörmət edilməli olduğu haqda bəndləri xüsusi vurğulamaq lazım gəlir. ATƏT-in Minsk Qrupunda ABŞ-ın yeni həmsədri Endryu Şofer də keçmiş həmkarının səsləndirdiyi bu 6 detallı prinsiplərin ölkəsinin mövqeyi olduğunu Axar.az-a təsdiq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam