Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Kim Çen In müğənniləri zenit topu ilə güllələyib, məktəbli qızları seks köləsinə çevirib

"The Independent" yazır ki, Şimali Koreyadan qaçaq düşmüş bir nəfər Kim Çen Inın 11 musiqiçini zenit topu ilə güllələdiyini və ölkə məktəblərindən seks kölələrinin toplanmasını əmr etdiyini deyib.

Yenixeber.org:26 yaşlı qaçaq qadın deyib ki, öz sülaləsinin üçüncü nəsil diktatoru olan Kim Qərb kəşfiyyatçılarının nəzərlərindən gizlənmək üçün dəbdəbəli məxfi villalara malikdir.

Qaçaq qadın bunu da bildirib ki, o Pxenyanın hərbi akademiyasında musiqiçilərin topa qoyulub atılmasına tamaşa edən 10 min nəfərdən biri olub. Bu musqiçilər pornoqrafik materialları yaymaqda ittiham edilirdilər.

Qaçaq qadın deyib ki, musiqçilər toplarla güllələndikdən sonra onların cəsədləri üzərindən tanklar sürülüb.Bu qadının əvvəlcə Çinə, oradan isə Cənubi Koreyaya qaçdığı deyilir. Qadının atası Şimali Koreya ordusunda yüksək rütbəli zabit idi və buna görə də o, Kim-in yaxın çevrəsinə kifayət qədər yaxşı bələddir.

Qadın bunu da deyib ki, Şimali Koreya diktatoru onun üçün orta məktəblərdən seks kölələrinin gətirilməsini əmr edir. "Onlar ən gözəl qızları seçirlər, ələlxüsus da onların ayaqlarının gözəl olmasına fikir verirlər"- qaçqın koreyalı bildirib.

Nottingham Trent Uniiversitetinin Asiya üzrə eksperti professor Kolin Alexander Şimali Koreyada quldarlıq elementlərinin olduğunu təsdiq edib. O bildirib ki, orada əmək düşərgələrinin və seks qullarının böyük şəbəkələri var.

Bu həftə Human Rights Watch təşkilatı BMT-ni Şimali Koreyada uşaqların cinsi təcavüzə məruz qalmasının qarşısını almağa çağırıb. Lakin bütün bu şahid ifadələrinə baxmayaraq professor Alexander deyib ki, Şimali Koreyadan olan qaçağın təbliğat aləti olduğuna inanır.

Alim düşünür ki, Şimali Koreya hakimiyyətindən kimlərsə sözü gedən qadının qaçaq düşməsinə imkan yaradıblar. Başqa sözlərlə onlar diktator haqqında həqiqətlərin ətraf aləmə çıxmasını istəyiblər. (BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam