Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Amerika Əfqanıstan bataqlığında –Hər ay 6 milyard dollar xərcləyən NATO bu ölkədən nə qazanır? - ARAŞDIRMA

 

Nazanin Armanian

Publico.es (İspaniya)


Yenixeber.org:11 sentybar teraktlarından 16 il keçib. O vaxtdan bəri islam fundamentalizminə qarşı gedən müharibənin sonu görünmür. Terrorçuluq təhlükəsinin səviyyəsi artmaqdadır. Durum günbəgün ağırlaşır.

Əfqanıstan ABŞ üçün Mərkəzi Asiyada ən önəmli strateji mərkəz olub. O, bölgənin tam ortasında yerləşməklə Çin, İran, keçmiş sovet respublikaları və Hindistanla həmsərhəddir. Vaşinqton ən yeni tarixdə bölgədə artıq dörd dəfə "Pol Pot üsulları" tərəfdarlarının yardımına əl atıb.

Amerikalılar 1978-1991-ci illərdə Вeynəlxalq solçu hərəkatla mübarizədə SSRİ ilə qonşu ölkələrdə ifrat sağyönlü islamçı və xristian təşkilatlarına sponsorluq edib. Bandit dəstəsi islam pərdəsinə bürünərək terrorçuluq fəaliyyəti həyata keçitrmək üçün Pakistandan Əfqanıstana keçib. Onlar iki mindən çox təhsil müəssisəsinə hücum edib, Kabulda litseyin bütün şagirdlərini edam edib, sosialist Əfqanıstanının mühüm infrastruktur obyektlərini (elektrik stansiyaları, zavodlar, xəstəxanalar, mindən çox kəndli kooperativi və xeyli başqalarını) məhv ediblər.Səudiyyə Ərəbistanının sponsorluq etdiyi terrorçular Pakistanda MKİ bazalarında hazırlıq keçirdilər. Ronald Reyqan və Marqaret Tetçer onları “azadlıq mübarizləri” adlandırıb.

SSRİ dağıldıqdan sonra 1991-1996-cı illərdə ABŞ-ın əsas hədəfi sovet nəzarətindən çıxmış ərazilərdə öz mövqelərini gücləndirmək olub. Cihadçılar 1992-ci ildə MKİ dəstəyi ilə doktor Nəcibullanın sosialist hökumətini devirib və ailəsi ilə birlikdə edam edib. Amerikalılar bu illərdə sıradakı hədəfləri güdüblər:

– Postsovet məkanında Moskva nüfuzunun bərpasına yol verməmək;

– Çin, Rusiya, İran və Hindistan sərhədlərində hərbi bazalar yaratmaq;

– Mərkəzi Asiya və Hind okeanının energetika marşrutları üzərində nəzarəti təmin etmək;

– Keçmiş sovet respublikalarının resurslarına yiyələnmək. Amerikalılar Qazaxıstan uranı (bütün dünya ehtiyatlarının üçdə birini), Qırğızıstan qızılı, Özbəkistan pambığı, Mərkəzi Asiyada Xəzərin nəhəng su resursları və xüsusən də Türkmənistan qazını (bütün dünya ehtiyatlarının dörddə birini) əldə etmək istəyirdilər. Bu resurslara yetməyin yeganə yolu Əfqanıstan üzərində nəzarət qurmaqdır. TAPI qaz kəməri layihəsi işə salınıb (Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistan) Xəzərdən Əfqanıstan ərazisi ilə Ərəbistan dənizinə qədər getməliydi. Bu, ABŞ-a Rusiyanı təkcə keçmiş sovet respublikalarına iqtisadi nəzarətdən məhrum etmək deyil, həm də enerji resurslarının ən böyük istehlakçısı olan Hindistana basqını gücləndirmək imkanı verərdi.

– Pentaqonun milyardlarla dollar qiymət qoyduğu Əfqanıstan qazı və neftini ələ keçirmək. Dünyanın ən böyük neft şirkəti "Exxon Mobil" (şirkətin prezidenti ABŞ-ın indiki dövlət katibi Reks Tillerson idi) və Kanadanın "Terraseis" şirkəti Fəryab əyalətində neft yataqlarının aşkarlandığını elan edib. Koalisiya ölkələri NATO qoşunları  Əfqanıstana girdiyi andan bəri Amudərya hövzəsində 322 quyu qazıb. Bu sahələrdəki ehtiyatlar 500 milyondan 2 milyard barrelə qədər xam neft kimi qiymətləndirilir. "JP Morgan Chase" maliyyə şirkəti Əfqanıstanın qızıl yataqlarını işləmək üçün 2011-ci ildə Kabulla 40 milyon dollarlıq saziş bağlayıb. Almaniya prezidenti Horst Kölerin alman qoşunlarının Əfqanıstanda Almaniyanın iqtisadi maraqlarını qoruduğu haqda bəyanatı 2010-cu ildə ona kreslosu bahasına başa gəlib. Ancaq mücahidlərin daim öz aralarındakı toqquşmalarda batıb qalmış çoxsaylı dəstələrinin səhra komandirləri layihələrin gerçəkləşməsi üçün amerikalılara gərəkən təhlükəsizlik səviyyəsini təmin edə bilməyiblər.

MKİ 1996-2001-ci illərdə Əfqanıstanda öz siyasətinin yönünü dəyişdi və daha bir təməlçi hərəkat – “Taliban-əl-Qaidə”ni yaratdı. O, sıradakı hədəfləri təqib edib:

– Ölkədə hərc-mərcliyin axırına çıxmaq və üslubca Səudiyyyə monarxiyasına yaxın rejim qurmaq: intizamlı və müttəfiq, dayanıqlı barış və dövlətin vahidliyini təmin etməyə iqtidarlı. Eyni zamanda nəzarətsiz və tərs səhra komandirlərini yox etmək. Müvəffəqiyyət halında TAPI qaz kəmərinin gerçəkləşdirilməsinə girişmək olardı.

– İran, Rusiya və Hindistanın ənənəvi təsirini neytrallaşdırmaq. Taliblərin vəhhabi rejimi İran şiələri, pravoslav Rusiyası və kommunist Çinin qabağını almalıydı.

Səudiyyəli Ben Laden “islam beynəlmiləli”nin yüzlərlə keçmiş döyüşçülərini ələ almaq imkanını bu cür qazanıb. Taliblər (mədrəsə tələbələri), Pakistan yetimxanalarından oğlanlar, banditlər, avaralar və minlərlə muzdlular onlara birləşib. Onlar Əfqanıstanda Səudiyyə Ərəbistanına bənzər dövlət qurmalıydılar.

Taliblər 1996-cı ildə qəyyumları və 10 milyard dolların yardımı ilə Kabulu ələ keçiriblər. Onlar şəhəri tutub hökuməti ləğv edib və puştun əhalinin kütləvi etnik təmizləməsini aparıblar. Minlərlə əfqanıstanlı işgəncə, həqarət və edama məruz qalıb. Taliblər muzeyləri qarət edib, əhalinin televizor və radiolarını alıb, kitabxanaları yandırıb, bütün əyləncələri ləğv edib, idmanla məşğul olmağı yasaqlayıb və başqa xeyli cinayətlər həyata keçiriblər. Onların üsullarından sonralar İraq və Suriyada istifadə olunub. Qərbin kütləvi informasiya vasitələri o vaxt bu cinayətlər haqda susub.

“Taliban”ın nümayəndə heyəti 1997-ci il dekabrın 4-də TAPI qaz kəmərinin inşası xüsusunda "Unocal" şirkəti ilə danışıqlar üçün Şuqar-Ləndə (Texas) gəlib. Taliblər tranzit yığımının 100 milyon dollar təşki edəsi məbləğini artırmağı tələb ediblər. Neft nəhəngi rəhbərliyi bu tələbi yerinə yetirməkdən imtina edib, çünki taliblər götürdükləri öhdəlikləri yerinə yetirməmişdilər: ölkənin qaz kəməri keçməli olan şimal bölgələri Əfqanıstanın səhra komandiri Əhməd Şah Məsudun nəzarətində qalırdı. Sovet İttifaqı ilə müharibədə “Pancər şiri” ayaması ilə ad çıxarmış veteran İran və Fransa dəstəyindən yararlanırdı.

Həm də amerikalılar artıq öz səhvlərini dərk etməyə başlamışdıar: onlar Səuddiyyə modelinin surətini çıxarmağı bacarmayan lümpen-proletariatdan çıxanlara istinad edirdilər. Səudlar özlərinin talib dövrünü iki əsr əvvəl yaşamış və artıq zahirən nəzakət qaydalarını gözləyərək ağ əlcəkdə siyasət eləməyə alışmışdılar.

Taliblər üstəlik ABŞ üçün hərbi xərclərin mühüm maliyyə qaynağı olan xaşxaş tiryəkinin yetişdirilməsini yasaqladılar. Əfqanıstan 2006-cı ildə 6,1 min ton, 2000-ci ildəkindən 33 dəfə çox tiryək istehsal edib.

Beləcə “Taliban” hərəkatının sonu çatdı. ABŞ 1998-ci ildən başlayaraq “Taliban” və “əl-Qaidə”yə qarşı geniş informasiya kampaniyası apararaq “köhnə dostlarını” “bütün mədəni dünyanın düşmənləri” kimi təqdim edir.

Bill Klinton 1998-ci ildə Monika Levinski ilə bağlı qalmaqalı söndürmək üçün Sudan və Əfqanıstanı bombardman əmri verib, “əl-Qaidə” və talibləri Afrikada ABŞ səfirliklərinə hücumda ittiham edib. Vaşinqton 2001-ci ildə təcili tədbirlər görməli olub: Çin və Rusiya avqust ayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaradıldığını elan edib. Bu təşkilatın aşkar məqsədi Qərb dövlətlərinin Rusiya-Çin təsir zonasına çıxışını bağlamaq cəhdi idi.

Əhməd Şah Məsud

 

Qərb işğalçılaırna qarşı müqavimət təşkil etməkdə yeganə bacarıqlı səhra komandiri Əhməd Şah Məsud 2001-ci il sentyabrın 9-da qətlə yetirildi.

2001-ci ildən bəri və indiki an… ABŞ və Böyük Britaniya 11 sentyabr teraktlarından bir ay sonra 2001-ci il oktyabrın 7-də Əfqanıstana qarşı hərbi əməliyyata başlayıb. Onların sözlərinə görə, talibləri teraktların ehtimal edilən təşkilatçısı Ben Ladeni verməyə məcbur etmək istəyiblər (Hillari Klinton bu ana qədər hələ boynuna almamışdı ki, cihadçılar hərəkatını məhz ABŞ yaradıb). ABŞ-ın başçılığı ilə 34 ölkənin koalisiyası hərbi əməliyyatların birinci günündə əfqanların dağınıq qüvvələrinə 21 min aviazərbə həyata keçirib. Cinayətkar və qanunsuz kollektiv qisas nəticəsində 20 min bomba on minlərlə sadə insanı kərpic tikililərin xarabalıqları altına gömüb. İki milyondan çox qaçqın soyuq qışın oğlan çağında evini tərk etməyə məcbur olub. YUNİSEF-in məruzəsinə əsasən,  hərbi müdaxilə, qışın soyuğu, aclıq, üzülmə və xəstəlik nəticəsində 100 mindən çox uşaq ölüb. ABŞ isə BMT-nin varlığına heç bir məhəl qoymadan özünə dünyanın istənilən ölkəsində adamları oğurlamaq və işgəncə vermək hüququ verib.

ABŞ-ın növbəti addımı Əfqanlıstana NATO-nun 300 minlik hərbi kontingentini göndərmək olub. Prezident Buş bununla belə Amerikanın müttəfiqi Səudiyyə Ərəbistanı hökumətinin 3 min həmvətəninin həyatını aparmış teraktda əli olduğu faktını amerikalılardan gizlədib. “Nöqtəvi” qətllərdə Amerikanın böyük təcrübəsinə baxmayaraq, Əfqanıstana texnikanın son sözü ilə təchiz edilmiş çoxminlik qoşun göndərilib. Hərbçilərin məqsədi Ben Ladenin tapılması idi, lakin onlar qoyulmuş vəzifəni qəribə şəkildə yalnız 10 ildən sonra yerinə yetirə biliblər. Yeri gəlmişkən, Qəddafini Hillari Klintonun Liviya səfərindən cəmi bir gün sonra aşkarlayıb edam ediblər.

Ben Laden

Ben Ladeni Əfqanıstanda hansısa mağarada deyil, dövlət təhlükəsizlik xidməti MKİ-nin filialı olan Pakistanın ərazisində evdə tapıblar. Sonra birsaylı terrorçunu həbs edərək ona ictimaiyyətə göstərmək əvəzinə, öldürərək məsələni açıq qoyublar – bu, doğrudanmı, Ben Laden, yoxsa onun kabusi idi? Kabusu görmək mümkün olmadığından onun  cəsədini dənizin dibində gizlədiblər.

Bu, daha bir yalan idi. Səddam Hüseynin İraqa müdaxilənin həqiqi səbəblərini gizlədən “kütləvi qırğın silahı” ilə bağlı əhvalat kimi. Benəzir Bhutto xüsusi xidmətlərin Ben Ladenə qarşı əməliyyatını məzhəkə adlandırdıqdan düz bir ay sonra qətlə yetirildi.

Əlbəttə, rejimi devirmək bir məsələdir, ölkəni tutmaq isə tam başqa bir məsələdir Bölgə müttəfiqlərinin Amerikanın strateji maraqlarını qane etmək iqtidarında olmadığına əmin olmuş Amerika qoşunları Əfqanıstanda hələ uzun müddət qalacaq. Onun vəzifələri:

– Əfqanıstan ərazisindən qaz kəməri salmaq;

– Keçmiş sovet respublikalarının Moskva himayəsi altında birləşməsini önləmək;

– ŞƏT-in inkişafına maner olmaq;

– Çin, İran, Hindistan və keçmiş sovet respublikalarının sərhədlərində hərbi bazalar yerləşdirmək;

– Əfqanıstan Demokratik Respublikasını islam Respublikasına çevirərək bu qayda ilə (İraqdakı kimi) dünyəvi dövlətin axırına çıxmaq və durumun tənzimlənməsinə bölgə ölkələrinin siyasi, iqtisadi və sosial cəlbi. ABŞ bundan sonra yanğınsöndürən piroman kimi “bəşəriyyəti islamçılıqdan xilas” edəcək;

– ABŞ-ın Yaxın Şərq karbohidrogenlərindən asılılığını azaltmaq üçün Mərkəzi Asiya və Xəzərin resurslarına çıxış əldə etmək, neft və qaz yataqlarına Rusiya monopoliyasını dğaıtmaq və Çin iqtisadiyyatının inkişafına əngəl olmaq;

– Dünyanı “milyonlarla kameranın nəzarət etdiyi ferma”ya çevirmək, insanların əldə etdiyi azadlığı əllərindən almaq;

– Növbəti müharibə vasitəsilə ölkə iqtisadiyyatını geriləmədən xilas etmək: islamçılar Varşava müqaviləsi dağıldıqdan sonra NATO-nun mövcudluğuna bəraət qismində qırmızı təhlükəni əvəzləyiblər. Həmçinin ölkənin nəhəng HSK-i dəstəkləmək laızmdır. Hərbi sənaye tarixində 200 milyard dollarlıq (ABŞ-ın müdafiə büdcəsi 450 milyard dollar təşkil edir) ən böyük müqavilə bağlandıqdan sonra "Lockheed Martin" silah şirkətinin səhmləri birjada 15 dəfə bahalaşıb.

Əfqanıstanda 3 min əsgər itkisi və NATO-nun hər ayda 6 milyard dollarlıq xərcinə baxmayaraq, qeyd olunmuş hədəflərdən heç biri əldə olunmayıb – Çin və Rusiyanın “dal həyət”ində yerləşdirilmiş 11 hərbi bazanı saymasaq. Çin türkmən qazını 2009-cu ildə açılmış dünyada ən uzun qaz kəməri (7 min km) üzrə alır. Çin şirkətləri Amudərya hövzəsində neft hasil edir və Əfqanıstanda ilk neft emalı zavodu inşa edir.

Donald Tramp Əfqanıstandakı hərbi kontingentin 4 min nəfər artırıldığını elan edib. ABŞ Rusiyanın bölgədəki fəaliyyətinə nəzarəti gücləndirməyə səy edir və qoşunlarını İrana daha da yaxınlaşdırır. ABŞ və islam təməlçiləri 2015-ci ildən Mərkəzi Asiyanın keçmiş sovet respublikalarını sabitsizlik zonasına cəlb edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam