Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Əlyazmalar İnstitutu ilə Fransa Milli Kitabxanası arasında əlaqələr genişlənir

 

Əlyazmalar İnstitutu ilə Fransa Milli Kitabxanası arasında əlaqələr genişlənir 

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli Fransa Milli Kitabxanası Əlyazmalar Departamentinin rəhbəri, professor Mari Jenevyeva-Quesdonun dəvəti ilə sözügedən təşkilatın iş təcrübəsini yaxından öyrənmək məqsədilə Parisdə səfərdə olub.

Ezamiyyət dövründə A.Əliyeva-Kəngərli Fransa Milli Kitabxanasının Fransua Mitteran adına əsas kompleksində, eləcə də əlyazmaların və qədim kitabların toplandığı  Rişelye binalarında mühafizə olunan qiymətli fondlarla tanış olub. Mari Jenevyeva-Quesdon A.Əliyeva-Kəngərliyə fondların tərkibi, onlardan istifadə və mühafizə məsələləri barədə məlumat vermiş, qonağı Fransa kralı V Karl Valuanın (1338-1380) hakimiyyəti illərindən indiyədək kitabxanaya daxil olmuş ən qiymətli əlyazama kolleksiyaları ilə tanış edib. A.Əliyeva-Kəngərli “Jak Mentelin əlyazma kolleksiyası”, “Genyer” toplusu, “Kolber” kitabxanası, Volter və Monetinin şəxsi kolleksiyalarına daxil olan əlyazma və qədim kitablar nümayiş  olunan salonlarda olmuş, onların bərpa və restravrasiya, həmçinin rəqəmsallaşdırma proseslərini əyani müşahidə edib. Görüş zamanı qeyd olunub ki, Fransa Milli Kitabxanasında qorunan 32 milyonluq fondun təxminən 10 faizi “Qallika” proqramı çərçivəsində elektronlaşdırılaraq İnternet üzərindən oxucuların istifadəsinə verilib. Eyni zamanda, tərəflər arasında qədim kitabların və əlyazmaların rəqəmsal formatda emal edilməsi, qorunması və mübadiləsi, Dünya Elektron Kitabxanası vasitəsilə oxuculara çatdırılması mövzusunda geniş fikir mübadiləsi aparılıb. A.Əliyeva-Kəngərli öz növbəsindəm AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun müvafiq sahədə əldə etdiyi təcrübəni həmkarının diqqətinə çatdırmış, son illərdə insitututun əldə etdiyi naliyyətlər və tətbiq etdiyi yüksək texnologiyalar (avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri, əlyazmaların multimedik informasiya köşkləri vasitəsilə virtual sərgilənməsi platformaları və s) barədə geniş məlumat verib. A.Əliyeva-Kəngərlinin kitabxanaya hədiyyə etdiyi kitablar, o cümlədən Əlyazmalar İnstitutunun fondunda qorunan müxtəlif dillərdəki əlyazmaların kataloqları fransalı departament rəhbərinin böyük marağına səbəb olub.

 

Fransa Milli Kitabxanası tərəfindən isə Əlyazmalar İnstitutuna ərəb ədəbiyyatı tarixində məşhur məqamə ustası kimi tanınan Əbu Muhamməl əl-Qasim əl-Həririnin (1054-1122) “Məqamələr toplusu” (köçürülmə tarixi 1236-37-ci illər) və məşhur isfahanlı riyaziyyatçı-astronom Əbdürrəhman əs-Sufinin “Kitab süvar əl-kəvakib” (“Sabit ulduzlar kitabı”)  əsərinin əlyazma nüsxələri (köçürülmə tarixi 1417-ci il) elektron şəkildə hədiyyə edilib.

Əlyazmalar İnstitutu ilə Fransa Milli Kitabxanası arasında əlaqələr genişlənir

 

Əlyazmalar İnstitutu ilə Fransa Milli Kitabxanası arasında əlaqələr genişlənir

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam