Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ötən il Azərbaycanda 250 mindən çox cərrahiyyə əməliyyatının 419-u ölümlə nəticələnib

 

 

Ötən il Azərbaycanda 250 616 nəfər üzərində cərrahiyyə əməliyyatı icra olunub. 

 

Yenixeber.org: Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov bildirib ki, onların arasında ölüm halı 419 nəfərdə (0,1%) qeydə alınıb. Onun sözlərinə görə, bu göstəricilər dünya ölkələri ilə müqayisə olunsa, ilk növbədə MDB ölkələr arasında ən yaxşı göstəricilərdən biri sayıla bilər.

 

Baş cərrah qeyd edib ki, bəzi hallarda ölüm faizi şişirdilir: “Amma cərrahiyyə əməliyyatları zamanı qeydə alınan ölüm faizi həm bizim ölkədə, həm MDB və hətta inkişaf etmiş ABŞ-da eyni səviyyədədir. Son 10 ildə Azərbaycan səhiyyəsi və cərrahiyyəsi sürətlə inkişaf edib. Əgər 1990-2000-ci ildə təkcə Mərkəzi Klinik Xəstəxana və Respublika Müalicəvi Diaqnostika Mərkəzində kompüter tomoqrafiya müayinəsi həyata keçirilirdisə, bu gün Bakı ilə yanaşı bütün regionlarda tibb müəssisələri müasir texniki vəsaitlərlə təmin olunub. Son illər ərzində 600-dən çox yeni tibb müəssisə yenidən qurulub, əsaslı təmir olunub. Bu gün ölkədə fəaliyyət göstərən 3445 cərrah müasir texnologiyalar vasitəsilə 10 milyonluq əhaliyə tam xidmət göstərir. Elə bir cərrahiyyə əməliyyatı mövcud deyil ki, Azərbaycanda icra olunmasın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam