Yenixeber.org:Türkiyə yığmasından sonra işsiz qalan Fatih Terim təklif alıb. "İmperator" İranın "İstiqlal" klubundan təklif alıb.

Bu barədə klub rəsmilərindən Rza İftikari açıqlama verib. O, bildirib ki, Əlirza Mansurianın istefasından sonra boş qalan posta namizəd Fatih Terimdi.

Klubun rəsmi saytına danışan Rza İftikari "Bizim ilk seçimimiz Türkiyfənin böyük mütəxəssislərindən Fatih Terimdi. Onunla anlaşma əldə edən kimi bu barədə azarkeşlərimzə məlumat verəcəyik" deyiö. 

Qeyd edək ki, 71 yaşlı "İstiqlal" klubu tarixi ərzində 8 dəfə İran çempionluğunu, 6 dəfə ölkə kubokunu 2 dəfə Asiya Çempionlar Liqasını qazanıb.