Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rektor birinci kurs tələbələri ilə görüşübBSU-da

Rektor birinci kurs tələbələri ilə görüşüb

 

Yenixeber.org: 21 09 2017-ci il tarixdə Bakı Slavyan Universitetində universitet rəhbərliyinin 1-ci kurs tələbələri ilə görüşü keçirilib. BSU-nun rektoru professor Nurlana Əliyeva tələbələrə müraciət edərək onların həyatında yeni bir mərhələnin başlandığını vurğulayıb. O, BSU-nun tələbələrinin universitetə öz doğma ocaqları kimi baxmalarının vacibliyini qeyd edib və deyib: “Mən istəyirəm, hər bir tələbə öz universiteti ilə fəxr etsin, bu sevgi onun qəlbinə, ruhuna hopsun”.

Rektor əvəllər M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı adlanan institutun 17 il öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universitetinə çevrildiyini, onun xeyir-duası ilə fəaliyyətə başladığını bildirib.

N.Əliyeva hazırda universitetin əksər slavyan ölkələri ilə sıx əlaqələrə malik olduğunu, universitetdə 11 tədris-mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, BSU-nun ən çox Rusiyanın ali məktəbləri ilə əməkdaşlıq etdiyini, bu ölkənin 27 universiteti ilə tələbə-müəllim mübadiləsi aparıldığını bildirib.

Rektor birinci kurs tələbələri ilə görüşüb

 Rektor daha sonra universitet daxilində yaradılmış mühitin multikulturalizmə layiqli töhfə olduğunu nəzərə çatdırıb. O, Azərbaycanın bu məsələdə demokratiya tarixi 250 il olan dövlətlərdən də irəlidə olduğunu bildirib. Bununla bərabər, rektor gənclərin milli –mənəvi dəyərlərə ehtiramla yanaşmanın da önəmli məsələ olduğunu qeyd edib. O, xatırladıb ki, bizim gənclik həm də öz vətənpərvərlik və patriotizm duyğuları ilə fərqlənir. Rektor buna misal olaraq, ötən il Aprel döyüşlərində Azərbaycan əsgərlərinin və zabitlərinin göstərdiyi qəhrəmanlığı və igidliyi yüksək qiymətləndirib.

N.Əliyeva gənclərə müraciətlə Ulu Öndərin azərbaycançılıq ideologiyası ilə irəli getməyin vacib olduğunu bir daha diqqətə çatdırıb.

Rektor birinci kurs tələbələri ilə görüşüb

 Sonda N.Əliyeva və prorektorlar gəncləri maraqlandıran suallara cavab veriblər. Tədbirin ardından universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovanın rəhbərliyi ilə Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin əməkdaşları musiqi, rəqs və bədii qiraət bacarığı olan istedadlı I kurs tələbələri arasında seçim aparıblar.

 

 

BSU-nun Mətbuat xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam