Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Vitse-prezident AMEA-nın gəlir mənbələri haqqında danışdı

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) muzeylərində və Dendralogiya Parkında (Dendralogiya İnstitutunun tərkibində) xidmətlərin qiymətlərininin tənzimlənməsi istiqamətində Rəyasət Heyətinin qəbul etdiyi qərarlar ilk növbədə bu sahədə olan qeyri-müəyyənliyi, pərakəndəliyi aradan qaldırır, vahid qiymət sistemini tətbiq etməyə imkan verir.

Yenixeber.org: Bunu  Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bu, eyni zamanda, uçot-hesabat işinin aparılması baxımından da əhəmiyyətlidir:

“Bu, həmin müəssisələrin göstərdiyi xidmətlərdən gələn gəlirlərin vahid qaydada hesablanması üçün əhəmiyyətlidir. Bu gəlirlər çox deyil, amma onlar həmin müəssisələrin əməkdaşlarının sosial müdafiəsinə, muzeylərin inkişafına sərf edilir”.

AMEA-nın yeni əldə etdiyi digər gəlirlər haqqında da danışan vitse-prezident qeyd edib ki, bu il ilk dəfə olaraq, AMEA-nın nəzdində yay düşərgələri təşkil edilib:

“Mərdəkanda yeni təmir olunan binada yay düşərgəsinin təşkilinə başlanılıb. Bu il ilk dəfə olaraq, AMEA-nın əməkdaşları məktəbyaşlı uşaqlarını yay düşərgəsinə göndərə biliblər. Orada iştirak üçün müəyyənləşdirilmiş ödəniş haqqı həm yay düşərgəsinin təşkilinə yardım etdi, həm də yay düşərgəsi keçirilən bazaya müəyyən maliyyə vəsaitinin ayrılmasına imkan yaratdı”.

İ.Həbibbəylinin sözlərinə görə, artıq AMEA-da müvəqqəti birliklər, təsərrüfat yönümlü kurslar, dərnəklər açılır ki, bunlar Akademiyada sahibkarlıq fəaliyyətinin inkişaf etdiyini göstərir.

O qeyd edib ki, AMEA-da sahibkarlıq fəaliyyətinin təşkili istiqaməti son bir necə il ərzində yüksək sürətlə inkişaf edir. “Elm haqqında” qanunun ayrı-ayrı müddəaları bu imkanın daha da genişlənməsinə şərait yaradır.

İ.Həbibbəyli bildirib ki, AMEA-nın tərkibində olan Təcrübə-Sənaye Zavodu artıq 50-yə yaxın məhsul istehsal edir: “Bu məhsulların əksəriyyəti AMEA-nın ayrı-ayrı elmi-tədqiqat müəssisələrində çalışan alimlərin elmi nəticələri, səmərəli təklifləri əsasında meydana gəlib. Təcrübə-Sənaye Zavodunun məhsulları ölkə bazarında özünə məxsus yer tutub, onlara alıcı marağı çoxdur. Bu məhsulların xarici bazarlara da çıxarılması üçün bir necə müqavilə imzalanıb”.

İ.Həbibbəyli deyib ki, artıq AMEA-nın Yüksək Texnologiyalar Parkı və Təcrübə-Sənaye Zavodu ölkənin müdafiə sənayesi üçün bir çox ciddi sifarişləri yerinə yetirir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 11 dekabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş AMEA-nın nizamnaməsi və "Elm haqqında" qanunun müvafiq maddəsinə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.

 

TREND


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam