Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Dövlət orqanları üzrə ən yüksək nəticə və ən aşağı nəticə göstərmiş xidmətlər açıqlanıb- SİYAHI

Dövlət orqanları üzrə ən yüksək nəticə və ən aşağı nəticə göstərmiş xidmətlər açıqlanıb

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "ASAN xidmət indeksi üzrə qiymətləndirmənin nəticələri və tətbiq olunan yeniliklərə" həsr olunmuş təqdimat mərasimi keçirilib.

 

Yenixeber.org: Dövlət agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, dövlət xidmətlərinin "ASAN xidmət indeksi"ni təşkil edən parametrlər üzrə qiymətləndirilmə yekunlaşıb. O deyib ki, 2016-2017-ci illər üzrə pilot layihə çərçivəsində Daxili İşlər Nazirliyi, Vergilər NazirliyiƏdliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiDövlət Miqrasiya XidmətiƏmlak Məsələləri Dövlət KomitəsiDövlət Gömrük KomitəsiMilli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Bakının yerli icra hakimiyyəti orqanlarının 412 xidməti üzrə qiymətləndirmə aparılıb. Gələcəkdə qiymətləndirmənin bütün dövlət xidmətlərini əhatə etməsi planlaşdırılır.

 

Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin rəhbəri İlhamə Qədimova nəticələri açıqlayıb. O qeyd edib ki, qiymətləndirmə 3 mərhələdə, mərkəzi icra hakimiyyəti orqanları üzrə 178 xidmətin, yerli icra hakimiyyəti orqanları üzrə 234 xidmətin qiymətləndirilməsi aparılıb. Nəticələrə əsasən, mərkəzi icra hakimiyyəti orqanları üzrə ən yüksək nəticə göstərmiş 10 xidmət aşağıdakılardır:

 

Vergilər Nazirliyi (VN) - Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması

 

VN - Elektron Vergi Hesab Fakturasının qəbulu

 

VN - Nazirliyə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi

 

VN - “Çağrı Mərkəzi” vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin qəbulu

 

Dövlət Miqrasiya Xidməti (DMX) - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması

 

 

DMX - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin alınması

 

DMX - Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi

 

VN - Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması

 

Əmlak Məsələləri Dövlət Komitəsi – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması.

 

Ən aşağı xidmətlər isə aşağıdakı qurumlarda olub:

 

Daxili İşlər Nazirliyi (DİN) – xidməti və mülki silahın qeydiyyata alınması

 

DİN – nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi

 

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrində mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq

 

DİN - xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi

 

Milli Arxiv İdarəsi - sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi və mühafizəsi

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti – Böyük Vətən Müharibəsində və Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, əlil olmuş şəxslərə, şəhid ailələrinə müvafiq arayışın verilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - peşə seçimi ilə bağlı onlayn testləşdirmə

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti - hərbi qeydiyyatda olması barədə arayışın verilməsi

 

Yerli icra hakimiyyəti orqanları üzrə ən yüksək nəticə göstərmiş xidmətlər Binəqədi rayon İcra Hakimiyyətində olub.

 

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam