Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Maşa və ayı” varsa, niyə də “Mişa və ayı” olmasın?

“Maşa və ayı” varsa, niyə də “Mişa və ayı” olmasın?

 

Yenixeber.org: Bəlkə də inanmazsınız, bir dəfə rus telekanallarından birində geopolotikaya həsr olunmuş tok – şouda “Maşa və ayı” multikini “müzakirə” edirdilər. Rusiyalı təhlilçilər hətta bu multikdə belə ABŞ xüsusi xidmət strukturlarının “iz”ini tapmışdılar.

Amma sözüm bunda deyil. Görünür, nəinki balacaların və hətta böyüklərin də diqqətlə izlədiyi və bəyəndiyi “Maşa və ayı” serialının  yeni versiyasını çəkmək lazım gələcəkdir və bu serial Gürcüstanın eks – prezidenti M.Saakaşvilinin şərəfinə nə az, nə də çox, “Mişa və ayı” adalanacaqdır...

Bəli, yekun söz demək çox tez olsa da, Gürcüstanın eks–prezidenti M.Saakaşvili Ukraynaya döndü. Özü də elə-belə dönmədi, kifayət qədər siyasi effekt yaratmaqla qayıtdı.

Ona görə “tezdir” deyirik ki, Ukraynadan müxtəlif xəbərlər gəlir. Kimi Saakaşvilinin “yoxa çıxdığını” deyir, kimi də eks – prezidentə qarşı daha bir cinayət işinin açıldığını xəbərləyir. 

Amma Saakaşvilinin sorağı Xersondan gəldi və əgər vədinə sadiq qalsa, bu gün o, Kiyevə gəlməlidir.    

Saakaşvili bir daha göstərdi ki, Ukraynada da öz vaxtını boş keçirməyibdir və özünə xeyli tərəfdaş toplaya bilibdir və bu tərəfdaşların sırasında Y.Timoşenko və Lvovun meri kimi tanınmış simalar da var.

İndi Ukraynanın hakimiyyəti yamanca vurnuxma içindədir, M.Saakaşviliyə qarşı daha hansı “ittiham”ları irəli sürməyi götür–qoy edirlər. Hətta prezident P.Poroşenko da belələrinin sırasındadır, - özü də ən ön cərgədədir, çünki Saakaşvili ilk növbədə onun üçün təhlükəlidir... 

Təbii, M.Saakaşvilinin həbs olunması və yaxud da saxlanılması, daha sonra isə ikinci bir ünvana ekstradisiya olunması istisna olunmur. Bircə onu deyək ki, hazırda Ukrayna hakimiyyətinin yadına Şərq vilayətləri və yaxud da ki, Krım düşmür, indi onların bir nömrəli problemi M. Saakaşvilidir və elə vəziyyətin gülünclüyü də bundadır. Saakaşvili olayı Ukraynanın siyasi isteblişmentinin nə qədər “qərbpərəst” və ya nə qədər “demokrat” olduğunu çox gözəlcə göstərdi... 

Bəli, neçə illərdir Ukrayna oliqarxalrın pəncəsindən qurtula bilmir və təsadüfi deyildir ki, hətta iki rəngli inqilabdan sonra belə ölkənin qazancı yalnız və yalnız böyük problemlərdir, -oliqarxlar heç vəchlə mövqelərini vermək istəmirlər...

Ukraynaya baxanda adamın ağlından keçən ilk fikir bu, olur ki, əcəba, siyasətdə doğrudanmı məsuliyyət hissi heç olmur?.. 

Bəli, Saakaşvili bəlkə də birinci siyasət adamı idi ki, korrupsiya problemini necə var, ortaya qoydu və bundan vahimələnən ukraynalı oliqarxlar dərhal əl-ayağa düşdülər və “Nə edək? Necə edək?” sualının da bircə cavabı oldu: “Onu ölkədən qovaq!”...

Qovdular da... Amma deyəsən, bir az tələsiblər. Budur, Saakaşvili yenidən Ukraynadadır... Daha bir məsələni deyim ki, digər ölkələrdə də vaxtilə “qayıdış”ı immitasiya edənlər olmuşdu. Amma M.Saakaşviliyə baxanda bir fikir gəlir adamın ağlına: bax, qayıdan belə qayıdır...

Bir daha deyirəm ki, yekun söz demək hələ tezdir. Saakaşvili də siyasətdə naşı adam deyil, əgər müəyyən vədlər və təminatlar olmasaydı o da geri dönməyə tərəddüd edərdi. Güman ki, Ukrayna hakimiyyəti də bunu nəzərə alır. Əks təqdirdə onu elə ölkənin qapısından geri qaytarar və yaxud da dərhal həbs edərdilər. Amma bunu etmədilər, deməli onları bu addımlardan çəkindirən məqamlar var...

Hakimiyyətinin imkanları hələ tamam tükənməyib, prinsipcə, M.Saakaşvilini bundan sonra da həbs edə bilərlər. Amma böyük ehtimalla özlərini biabır etmək istəmirlər. Hamı deyər ki, bu, necə Avropa ölkəsidir ki, adamı tənqidi fikirlərinə görə ölkədən də qovurlar?

Ona görə də bugün üçün demək olar ki, M.Saakaşvili Ukrayna hakimiyyəti üçün möhkəm başağrısı olacaqdır. Bunu birmənalı şəkildə demək olar...

M.Saakaşvili geriyə elə-belə dönməyibdir və böyük ehtimalla onun böyük siyasətə qayıtmaq fikri var. Bundan sonra oynanılacaq ssenarini təxminən belə fərz edirik. Bir daha deyirik ki, Ukrayna hakimiyyəti va – bank gedərək gürcü Çesini həbs etdirə də bilər. Amma bu, biabırçlıq və yaxud da böyük qalmaqal yoludur. 

Daha çox ehtimal olunanı budur ki, onun vətəndaşlığı bərpa olunmayacaq və Saakaşvili nə qədər çalışsa da böyük siyasətdən kənarda qalacaqdır. 

Hər halda, belə güman edirik və onunla da razıyıq ki, vəziyyətin durulması üçün hələ bir azacıq gözləmək və prosesləri izləmək lazımdır. Ən yaxın günlərdə Ukrayna hakimiyyətinin nə planlaşdırdığı və ya necə hərəkət etmək istədiyi bilinəcək. İstisna deyil ki, oliqarxlar ən axmaq bir ssenariyə əl atsınlar–Saakaşvilini həbs etsinlər. Bir daha deyirik ki, bunu da qətiyyən inkar etmirik...

Bir məsələ var ki, onların Rusiya ilə münasibətləri tamam korlanıb və soyuq məntiq deyir ki, bu adamlar Qərblə münasibətlərini korlanmaq və tamamilə siyasi vakuuma yuvarlanmaq istəməz. Amma kim bilir?.. Var –dövlət elə bir şeydir ki, müəyyən həddən sonra adamın gözünü tamam, büsbütün örtür...

O ki qaldı Saakaşvilinin siyasi planlarına, düşünürük ki, Ukraynada vəziyyəti yalnız bu adam düzəldə bilərdi. Düzdür, hər yerdə olduğu kimi Ukraynada da millətçilik deyilən anlayış var və bu aspektdən çıxış edənlər deyir ki, gürcü Mixeil heç bir halda Ukraynada birinci postu tuta bilməz. 

Amma Saakaşvilinin geri dönüşünü seyrək şəkildə izləmək yetər ki, bunun heç də belə olmadığını dərk edəsən. Nə isə, gəlin prosesi tələsik çözməyə çalışmayaq. 

Əvvəldən düşünürdük ki, gözləri bərəlmiş Ukrayna oliqarxaları tez və operativ hərəkət etməyə çalışacaq. Onlar ya M.Saakaşvilini dərhal həbs etməli, ya da bir az əvvəldə dediyimiz kimi, onun sadəcə, vətəndaşlığını bərpa etməməli idilər. 

İkinci ssenari daha çox ehtimallı görünür. Amma kimi bilir ki? Sərvətlərini itirməkdən qorxuya düşən və gözləri hədəqəsindən çıxan oliqarxlar son nəticədə hər şeyə əl ata bilər...

Həqiqətən də çox düzgün deyilibdir ki, qeyri– məhdud hakimiyyət məhdud düşüncəli adamların əlində əsl fəlakətə çevrilir. İndi birmənalı şəkildə demək çətindir ki, bütün bu proses necə bitəcək...  

Fəqət, bir şey tam aydındır. Ukraynadakı rəngli inqilabların oliqarx “memar”ları özlərini tamamilə biabır etdilər və bir daha göstərdilər ki, onların demokrat adlanmasına hələ çox var...

Demokrat adlanmağa iddialı çox olur. Amma elə də asan bir məsələ deyildir bu və hətta Rusiyanı söyməkdən və ona qarşı olmaqdan qat-qat çətin işdir...

Hüseynbala Səlimov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam