Redaktor seçimi
“Akademik” ayrıseçkilik-
Azərbaycan Texnologiya Universitetinin rektorunun yeni oyunları:
Bədən tərbiyəsi və idmanın tədrisində “bir kabus dolanır”
Təhsil Nazirliyi saxta diploma “yaşıl işıq yandırıb”?!
Ağdam səhiyyəsində müəmma dolu maliyyə əməliyyatları
“Azərsu”ASC-də daxili çəkişmə və
“Kimdir axı bu Barzani?”
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Günün xəbəri

“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-MÜƏMMA

 

Ötən il bu təhsil ocağında verilmiş 40-dan çox diplomla bağlı ziddiyyətli məlumatlar var

 

 

 

Yenixeber.org: Saxta diplom məsələsi son illərin “məhsulu” olmaqla hələ də aktuallığını qorumaqdadır. Bu problem hətta təhsil naziri səviyyəsində də dəfələrlə vurğulanıb. Amma bu məsələni ilk gündəmə gətirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə olmuşdu. Xatırlayırsınızsa, 2012-ci ildə komissiya sədri xanım Abbaszadə 1992-2011-ci illər ərzində 22 min 332 nəfərin TQDK-nın "qara baza"sına düşdüyünü açıqlayaraq, bildirirmişdi ki, hazırda həmin şəxslər saxta diplomlarla fəaliyyət göstərir. 

Uç il əvvəl isə təhsil naziri Mikayıl Cabbarov mətbuata saxta diplomlarla bağlı şok açıqlama vermişdi: “Respublikanın rayonlarında 2000 saxta diplomlu şəxs ümumi təhsil sistemində çalışır. Biz həmin adamları adbaad tanıyırıq. Saxta müəllimlər hələ də işlərinə davam edirlər. Birincisi, qanunu pozsalar da, 2000 "saxta müəllim"in işdən qovulması eyni sayda işçinin bir anda işdən azad edilməsidir. İkincisi, 2000 müəllimin təhsil prosesindən çıxarılıb, onları dərhal əvəz edilməsi mümkün deyil. Mürəkkəb bir dilemma qarşısındayıq: belə müəllimlə işləyək, yoxsa, yox? Onların çoxu kənd məktəblərində çalışır. Həmin müəllimlərin bəziləri vakant yerlər üçün imtahanlarda iştirak edərək öz peşəkarlıqlarını göstəriblər. Ancaq sənədlərin yoxlanması nəticəsində məlum olub ki, bu diplomlar Təhsil Nazirliyi tərəfindən verilməyib. Dərhal olmasa da, təhsil sistemini belə hallardan təmizləmə prosesi olacaq. Demək olar ki, artıq bu proses başlayıb.

Təəssüf ki, ölkə təhsilinə məsul iki yüksək çinli məmurun illərdir qabartdığı “saxta diplom problemi” ilə bağlı hələ ki, arzuolunan nəticə yoxdur. Doğrudur, son illər aidiyyatı dövlət qurumlarının sayəsində saxta diplom bazarlığının qarşısı alınıb. Amma, hələ də saxta diplomlu “mütəxəssislər”dən iş başında olanlar var.

                                                       ***

Yenə də sadə və bir o qədər də vacib sual meydana çıxır: Saxta diplomları hansı təhsil müəssisələri və hansı qayda və maraqlarla pay-püş edib?

Bu istiqamətdə yenixeber.org-a yeni məlumatlar daxil olub. Adının yazılmasını uyğun bilmədiyimiz şəxs “saxta diplom dalğsı”nın Azərbaycan Universitetini də “vurması” haqqında əsaslı məlumatlar verdi. Məlumatlarda 2016-cı ildə Azərbaycan Universitetinin Humanitar Fənlər fakültəsinin “Tarix müəllimliyi” ixtisasına “yiyələnən” 40-dan çox məzunun saxta diplom almasından bəhs olunur. Təhsil Nazirliyinin 941 saylı, 07.09.2015-ci il tarixli əmriylə fəaliyyəti dayandırılmış Bakı Asiya Universitetindən köçürülmüş bu tələbələrin tədris palnını yerinə yetirilməsində də ciddi qüsurların olduğu konkret dəlillərlə göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117№-li Qərarının (Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın tətbiq edilməsi haqqında.) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarxli 348№-li Qərarının (Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında.) müvafiq maddələrinin bilərəkdən pozulması haqqında iddialar da əldə etdiyimiz məlumatlar sırasındadır. (Universitetin o zamankı rektoru Fərid Əhmədovun Təhsil Nazirliyinə ünvanlandığı və təhsil nazirinin müavini Ceyhun Bayramovun rektora cavab məktubunun surəti də redaksiyamızdadır.) 

Mənbəmiz bütün bu olayların başında fakultənin dekanının və universitetin o zamankı tədris hissə müdirinin dayandığını iddia edir. Eyni zamanda universitetin gerçək sahibinin bütün bu olub-bitənlərdən xəbərsiz olduğuna əminliyini də bildirdi.

Göründüyü kimi ölkənin ilk özəl təhsil müəssisəsi haqqında, daha doğrusu bu təhsil müəssisəsinin hansısa məsul şəxsləri ilə bağlı kifayət qədər ciddi ittihamlardır. Elə ttihamların bunca ciddiliyini nəzərə alıb da, məlumatlarla bağlı hələlik geniş yazmırıq.

Hörmətli dakanla telefon əlaqəsi saxlasaq da heç bir açıqlama vermədi(?) Özünü mətbuat katibi kimi təqdim edən xanım isə telefonda bizi adını yazmaq istəmədiyimiz bir ictimai təşkilatın adı ilə təhdid etdi. Olsun, bu nə birinci deyil və güman ki, nə də sonuncu olmayacaq. Nə təəssüf ki, hələ də "mətbuatla işləməyin" belə mənasız yolunu tutanlar da var.

 Qarşıdakı günlərdə lazımı araşdırmaları aparmaqla, mövzu ilə bağlı geniş yazı hazırlayacağıq.

 

Fərhad


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr