Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

RUSİYA BELARUSU RAM EDƏ BİLƏCƏKMİ!– Kreml Minskin müstəqilliyinə anomaliya kimi baxır

 

zapad

Yenixeber.org: “Qərb-2017” hərbi təlimləri rəsmi olaraq 14 sentyabrda başlayıb və 20 senyabradək Belarus ərazisində, Rusiyanın qərbində və Baltik dənizində davam etməlidir. Verilən məlumatlara əsasən, bu təlimlərdə 12 700 əsgər iştirak edəcək (7200 nəfər Belarusdan, 5500 nəfər isə Rusiyadan). Göründüyü kimi, üstünlük Minskin tərəfindədir. Hər iki ölkənin hərbçiləri iddia edirlər ki, burada söhbət anti-terror tərkibli olmaqala yanaşı, əsasən müdafiə xarakterli təlimlərdən gedir.

- Məntiqi sullar

Senaridən belə görünür: qərbdən və şimaldan dəstəklənən təxəyyül edilmiş “Veyşnoriyanın separatçıları” (yəni, AB və NATO-nun üzvü olan Litva və Polşa arasında yerləşən şərti ölkə) Belarus ərazisində sabitliyi pozmaq və Belarusla Rusiya arasındakı münasibətləri korlamağa cəhd göstərirlər. Onu qeyd etmək lazımdır ki, uydurulmuş “Veyşnoriya” praktik olaraq, Samuel Hantinqtonun nəzərdə tutduğu Şərq və Qərb sivilizasiyalarının kəsişmə xəttinə tam uyğun gəlir.

Hər necə olsa da, rəsmi bəyanatların sakitləşdirici tərzi, məntiqi sualları və həyəcanı ortadan qaldırmır. Ən öncə düşünmək lazımdır ki, bu cür əməliyyatlar Belarusun konstitusiyasında yazılmış neytrallığa və nüvə silahından imtina olunmasına uyğun gəlirmi? Lakin bu işin yalnız formal tərəfidir.

Əsas məsələ Rusiyanın Belarusa qarşı hansı məqsəd və strategiya izləməsindən ibarətdir. Çünki Belarus Rusiya üçün çox mühüm ölkədir. Belə hesab olunur ki, bu ölkə “rus dünyası”na daxildir və Rusiya onun müstəqilliyinə anomaliya kimi baxır.

556612

Putin üçün Belarusu Rusiyanın peyki statusunda görmək çox vacibdir. Moskva, həmçinin istəyir ki, Rusiya ordusunun bu ölkə ərazisində olması adi bir işə çevrilsin. Moskva Minsk və Qərbin münasibətlərinin normallaşmasının qarşısını kəsməyə çalışır. Təbii ki, Qərblə münasibətlər yaxşılaşmdan Belarusun demokratikləşməsi və çiçəklənmsi prinsip etibarıyla mümkünsüzdür.

- Yeni ticarət imkanları

Prezident Lukaşenko rəsmi surətdə Krımın ilhaqını tanımaqdan yayındı və Ukraynanın yeni hakimiyyəti ilə əlaqəlar qurmağı bacardı. Bundan başqa Belarus Rusiyanın Avropa Birliyinə qarşı tətbiq etdiyi cavab sanksiyalarını dəstəkləmədi. Belarus əvvəlkitək AB ilə ticarət aparır.

Ukraynadakı hadisələr Belarus hakimiyyətinə nəinki beynəlxalq səviyyədə reabilitasiya olunmağa imkan yaratdı, həm də onlar üçün yeni ticarət imkanları açdı. Minsk yaranmış vəziyyətdən fayda götürməyə və Moskvadan tam müstəqil olmağa can atır. Elə buna görə də, Lukaşenko 2016-cı ildə öz ərazisində Rusiya aviabazasının yerləşdirilməsindən imtina etmişdi. Minsk qonşu ölkələr və NATO kimi beynəlxalq təşkilatların müşahidəçiləri üçün“Qərb-2017” təlimlərinin nisbi şəffaflığına nail olub.

Belarus ictimaiyyəti siyasətdən hədsiz uzaq görünür. Bütün bunların hamısı 23 illik avtoritarizm, təbliğat və daimi represiyalarla bağlıdır. İctimaiyyət arasında təlimlər yalnız çox zəif etirazla qarşılanıb və bu KİV-lər, sosial şəbəkələrlə məhdudlaşıb.

Böyük ehtimalla, hərbi təlimlərdə rəsmi bəyan ediləndən daha çox insan və texnika iştirak edir. Krımın ilhaqından sonra məşhurlaşan və nə Rusiyanın Daxili İşlər Nazirliyinə, nə Federal Təhlükəsizlik Xidmətinə və nə də ki, Milli qvardiyaya məxsus olmayan “kiçik yaşıl adamlar” da, bu təlimlər daxilində nəzərdə tutulan bir sıra taktiki anti-terror əməliyyatlarında iştirak edəcəklər. Bu haqda Rusiya müdafiə nazirinin müavini məlumat verib. Ona görə də, təlimlərdən sonra Rusiya hərbçilərinin Belarusda qalmaq təhlükəsi var.

Kremldə yaxşı bilirlər ki, sərhəddəki sakit və özünə qapanmış müstəqil ölkə (hətta, qoy formal olsun), perespektivdə avropalaşa və keçmiş imperiyadan xilas ola bilər.

(Le Monde-Fransa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam