Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ 2018-ci ildə Rusiyada...–MKİ-nin planı İFŞA EDİLDİ


 

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən nəzarət edilən çox ciddi layihə ilə əlaqəsi var.

Yenixeber.org: Bunu Rusiyanın “Müstəqil qəzet” nəşrinə müsahibəsində Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burdjanadze deyib.

“Layihənin məqsədi 2018-ci ildə Rusiya üçün ciddi problemlər yaratmaqdır. Layihə Rusiya üçün əhəmiyyətli olan iki ən böyük hadisə ilə bağlıdır. Çoxları futbol üzrə dünya çempionatının Rusiyadan alınması və prezident seçkilərinə təsir göstərmək arzusu ilə alışıb yanırlar. Saakaşvili belə planın icrası üçün əla namizəddir”, - Burdjanadze bildirib.

Burdjanadzenin bəyanatını Rusiya parlamentinin hər iki palatasının nümayəndələri şərh ediblər.

Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Aleksey Çepa bildirib ki, Saakaşvili Rusiyada seçkilərə təsir etmək gücündə deyil. Onun sözlərinə görə, gözdən düşmüş siyasətçinin əsas vəzifəsi Rusiya ilə münaqişənin gərginləşməsi üçün mərkəzin yaradılması hesabına Ukraynada vəziyyətin sonrakı destabilizasiyasıdır.

Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin sədr müavini Frans Klinseviç başqa fikirə tərəfdardır. Onun sözlərinə görə, Saakaşvili Amerika xüsusi xidmət orqanlarının məhsuludur.

Eyni zamanda, o bildirib ki, Vaşinqtonda anti-Rusiya kartı oynamaq alınmayacaq.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı Rusiyada 14 iyun-15 iyul tarixlərinə ölkənin 11 şəhərində keçiriləcək.

Prezident seçkiləri isə martın 18-nə təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam