Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Android” qurğuları virusa yoluxub

 

Milyonlarla “Android” qurğusu virusa yoluxub

 

“Check Point” şirkətinin təhlükəsizlik mütəxəssisləri tərəfindən aşkar edilmiş “ExpensiveWall” adlı yeni zərərverici proqram təminatı SMS mesajlar göndərir və fırıldaqçı saytlarda premium xidmətlərə giriş üçün istifadəçidən xəbərsiz onun hesabından pul çıxardır.

Yenixeber.org ICTnews-a istinadən xəbər verir ki, zərərverici proqram təminatı 4,2 milyon dəfə yüklənmiş “Lovely Wallpaper” və başqa proqramlarda aşkar edilib. “Google” şirkəti ümumilikdə “Google Play Store” proqramlar mağazasından 50 yoluxmuş proqram silib.

“ExpensiveWall” – ilk dəfə cari ilin əvvəlində “Google Play”də aşkar edilmiş zərərverici proqram təminatının yeni versiyasıdır. Bu müddət ərzində zərərverici proqram təminatının müxtəlif versiyaları 5,9 - 21,1 milyon dəfə yüklənib. “ExpensiveWall”ın digər versiyalardan əsas fərqi “Google Play” proqramlar mağazasının qorumasını keçməyə imkan verən təkmilləşdirilmiş texnikadan istifadə etməsidir. Bu texnikadan istifadə vaxtı zərərverici kod sıxılaraq şifrlənir ki, bu da onu aşkar etməyi çətinləşdirir.

 

Hazırda “ExpensiveWall” zərərverici proqram təminatı gəlir əldə etmək məqsədilə istifadə olunur. Ancaq o, ekran görüntüləri, səs yazıları, məxfi məlumatların ələ keçirilməsi üçün modifikasiya edilə bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, zərərverici proqram təminatı istifadəçidən xəbərsiz iş gördüyünə görə casus aləti kimi istifadə oluna bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam