Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Nazir müavini: “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi gənclərin inkişafında yeni mərhələ olacaq"

 

"Ötən gün prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Azərbaycan gənclərinin inkişafında yeni bir mərhələ olacaq".

 

Yenixeber.org: Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

 

O bildirib ki, bu proqramın təsdiq edilməsi haqqında sərəncamın imzalanması çox əlamətdar bir haldır. Nazir müavininin sözlərinə görə, bir gün öncə yeni neft kontraktının imzalanmasından sonra gənclərə yönəlmiş dövlət sənədinin qəbul edilməsi rəmzi hal daşıyır: “Hər iki sənəd Azərbaycanın gələcəyini, inkişafını nümayiş etdirir. Azərbaycanda gəncliyin inkişaf strategiyası qəbul olunub və bu strategiya çərçivəsində müəyyən dövrləri əhatə edən dövlət proqramları hazırlanır, icra edilir və 2017-2021-ci illəri əhatə edən sənəd sayca artıq 3-cü dövlət proqramıdır. 11 fəsildə 104 bənddən ibarət olan bu proqramda müasir dövrün tələblərinə cavab verən, eyni zamanda gənclərin inkişaf strategiyasından irəli gələn hədəflər öz əkisini tapıb”.

 

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam