Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bərzani Bağdadı hədələdi:“Referendumu tanımasalar bu Kürdüstan dövləti ilə nəticələnə bilər”

 

“Müstəqillik referendumunun nəticəsi Bağdad tərəfindən tanınmasa bu gələcək Kürdüstan dövlətinin sərhədinin çəkilməsi ilə nəticələnə bilər”.

Yenixeber.org BBC radiosuna istinadən bildirir ki, bu sözləri İraq Kürdüstan regionunun prezidenti Məsud Bərzani bildirib. Kürdüstanın müstəqilliyinə dair referendum bu ayın sonunda keçirilməlidir. Məsud Bərzani BBC-ə deyib ki, əgər kürdlər İraqdan ayrılmaq barədə qərar qəbul etsələr, o, mərkəzi hökümətlə sövdələşmə yolu ilə bu məsələni həll etmək istəyərdi. İraqın Baş naziri referendumu qeyri-konstitusiya hərəkəti kimi rədd edib.

Barzani eləcədə xəbərdarlıq edib ki, kürdlər Kərkükdə "reallığı" dəyişmək istəyən istənilən qrupla döyüşməyə hazırdırlar: "Referendumdan sonra  sərhəd, su və neftə dair razılıq əldə etmək üçün Bağdadla danışıqlar başlayacaq.  Biz bu addımları attacağıq, lakin onlar bunu qəbul etməsə, vəziyyət tamam başqa olacaq".- deyə Bərzani BBC-ə bildirib.

Neftlə zəngin olan Kərkük şəhərinə hazırda Kürd peşmergə qüvvələri nəzarət edir. Bu şəhərdə böyük ərəb və türkman icmaları yaşayırlar. Şiə silahlıları Kərkükün müstəqil Kürdüstanın bir hissəsinə çevrilməsinə imkan verməyəcəklərini bildiriblər. Kürdlər Yaxın Şərqdə sayca dördüncü ən böyük etnik qrup sayılır. Lakin onların dövləti heç zaman olmayıb.

Onlar 37 milyonluq İraqda əhalinin 15-20 faizini təşkil edirlər. Onilliklər ərzində onlar ərəblərin üstünlük etdiyi hökümətlər tərəfindən təqiblərə məruz qalıb. 1991-ci ilin Körfəz müharibəsindən sonra onlara muxtariyyət verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam