Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Əsabil Qasımovun qardaşının əməlləri kütləvi narazılıq doğurur-VİDEO

 

Millət Vəkili millətə zülm edir-VİDEOYenixeber.org: Abşeron rayonu MK 23 qəsəbəsi, Əliağa Vahid, Aşıq Alı, Çingiz Mustafayev küçəsində yaşayan sakinlər tərəfindən "qanun-namine.info"-ya şikayət ərizəsi daxil olmuşdur. Sakinləri narahat edən problemlər barəsində ölkə başçısına və dövlətin digər aidiyyəti qurumlarına müraciət olunmuşdur. Məktubda bildirilir ki, - "Biz Abşeron rayon MK 23 qəsəbəsində 25 ildən artıqdır ki, yaşayırıq. Bizdən çox öncə burada ruslar da yaşayıblar və hal-hazırda da yaşayırlar. Xırdalana şəhər statusu verilən gündən, bu qəsəbədə "Karat MMC"-nin kiçik bir ip sexi fəaliyyətdə olmuşdur. Dövlətimizin apardığı gözəl siyasəti sayəsində biz bu illəri "cənnət məkanında" yaşanan illər kimi yaşamışıq. Lakin son 3 ayda millət vəkili Əsabil Qasımovun qardaşı Ataş Qasımov bu MMC-nin bir hissəsini bibisi oğluna dəri emalı üçün icarəyə verdikdən sonra həyatımız cəhənnəmə çevrilib. Sexdən axıdılan tullantı maddələri və çirkab sularına görə küçələrdən keçmək olmur. Qəsəbənin kanalizasiya xətti bu kimi sexlərə hesablanmadığından kanalizasiya quyuları daşır, çirkab suları biz insanların evlərinə, həyətlərinə dolur. Dəri sexinin iy və qoxusundan, orda fəaliyyət gostərən dəzgahların səs-küyündən evlərimizdə yaşaya bilmirik. Bu barədə Abşeron rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsək də bu günə kimi heç bir tədbir görülməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları adı çəkilən ünvanda olsalar da, təəssüflər olsun ki, onlar da digər müraciət etdiyimiz qurumlar kimi Ataş Qasımovla "bazarlığa" getmiş, odur ki, biz sakinləri narahat edən problemlər barəsində heç bir nəticə hasil olmamışdır". Sakinlər onu da qeyd edirlər ki, Ataş Qasımov açıq-açığına bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına 10 min manat pul vermişdir. Müraciətin sonunda sakinlər Cənab Prezidentə üz tutaraq onu da qeyd edirlər ki, biz Əsabil Qasımov və onun ətrafındakı qoçu dəstələrindən çox qorxuruq. Belələri özlərini qorumaq üçün hər bir vicdansızlığa əl atırlar. Artıq biz sakinlərə hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Çünki bu insanlar hər şeyi pulda görürlər. Belə ki, rüşvətlə işlərini "tam qaydasında" həll etdiklərinə görə fəxr edirlər. Burada dəri emalı üçün istifadə olunan kimyəvi maddələr ürəyimizi ağzımıza gətirir, iydən belə nəfəs almaq olmur. Xahiş edirik bizim təhlükəsizliyimizi və insan kimi normal yaşamağımızı təmin edəsiniz.
P.S. Redaksiyamıza daxil olan şikayət məktubu əsasında əməkdaşlarımız sözü gedən ünvanda olmuş və sakinlərin şikayətlərini dinləmişlər. Eyni zamanda sakinlərin yaşadığı ərazilərdə iy və qoxunun, o cümlədən sexdən gələn dəzgahların səs-küyünün şahidi olmuşlar. Yaşayış evlərinin həyətyanı sahələrində salınmış bağ-bostan sahələrinin quruyub məhv olduğlarını da kameranın yaddaşına köçürmüşlər.
Dəri emalı üçün fəaliyyət göstərən sexlərdə istifadə olunan kimyəvi maddələrin insan orqanizminə zərərli təsiri hamıya bəllidir. Belə olduğu halda, bizi mətbu orqan olaraq maraqlandıran sual ondan ibarətdir ki, belə bir dəri emalı sexinin 500 nəfərdən artıq sakini olan qəsəbənin mərkəzində fəaliyyət göstərməsi hansı qanunla tənzimlənib? Problemin həlli yolları varmı? 200-dən artıq evin köçürülməsi və yaxud qanunsuz fəaliyyət göstərən (əgər qanunla belə fəaliyyət göstərirsə) bir sexin bağlanması, hansı daha məqsədə uyğundur? Onu da nəzərə almalıyıq ki, bu qəsəbənin sakinlərinin yarıdan çoxu azyaşlı uşaqlardır.
P.P.S. Araşdırmalarımız davam edir. Növbəti yazımızda sözügedən sexin fəaliyyətindəki qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacağıq. Yazıda adları keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam