Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Poroşenko odla su arasında:Saakaşvili ilə nə etməli – Ekspert

 

 

Saakaşvilinin Ukraynaya bu şəkildə daxil olması Poroşenkonun imicinə çox böyük zərbədir.

Yenixeber.org: Bu sözləri Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin sentyabrın 10-da Ukraynaya qayıtmasını və bundan sonra baş verə biləcək prosesləriTeleqraf.com-a şərh edən politoloq Elxan Şahinoğlu belə deyib.

O qeyd edib ki, P.Poroşenko M.Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib:

“Görünür, Poroşenko ABŞ administrasiyasının rəsmiləri ilə keçirdiyi qapalı görüşlərdə bu məsələyə dair icazə almaq istəyirdi. Əgər Hillari Klinton prezident olsaydı, Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinə, əlbəttə, imkan verməzdi. Həm Corc Buş, həm də Barak Obama administrasiyası Saakaşviliyə dəstək verirdi. Amma Donald Tramp üçün Saakaşvili siyasi fiqur deyil. Onların elə bir təmasları da olmayıb. Ona görə Poroşenko Amerikadan Saakaşvilinin məsələsini həll etməyə razılıq alandan sonra onu vətəndaşlıqdan məhrum etdi. Onu guya ölkəyə buraxmayacaqlarını açıqladılar. Amma Saakaşvili də göstərdi ki, sözündə bütöv adamdır, xarizmatik siyasətçidir. Sentyabrın 10-da gələcəyini dedi, 10-da da qatara minib gəldi. Saakaşvilinin bu şəkildə Ukraynaya daxil olması, sözünə bütöv çıxması, əslində, Poroşenkoya zərbə oldu. Çünki Poroşenko və onun müəyyən qrup tərəfdarları iddia edir ki, Saakaşvili ölkəyə daxil olmayacaq. Hətta partiya liderlərindən biri parlamentdə sərhədçilərə çağırış etmişdi ki, əgər sərhədi keçmək istəsə, onu güllə ilə vurun. Amma heç biri alınmadı, sərhədi keçdi və Ukraynaya daxil oldu. Əsas məsələ budur”.

E.Şahinoğlu qeyd edib ki, əlbəttə, bundan sonra onu həbs edə bilərlər: “Amma Saakaşvili həbs edilsə, bu, həm onun Ukraynada reytinqini qaldıracaq, həm də rəsmi Kiyevi çox çıxılmaz vəziyyətə sürükləyəcək. Onun həbsi Ukraynada müəyyən təlatümlərə yol açar. Həbsindən sonra isə Gürcüstan hakimiyyəti eks-prezidentin ekstradisiyasını tələb edə bilər. Əgər Saakaşvili Gürcüstana ekstradisiya edilərsə, bunun özü də Poroşenkoya ciddi problemlər yaradar. Bunlara baxmayaraq, biz gördük ki, Saakaşvili bütün bu riskləri göz önünə alaraq Ukraynaya gəldi. Halbuki, Polşada qalıb ordan da siyasətinə davam edə bilərdi. Amma o anlayırdı ki, mühacirətdə qalsa, bir siyasətçi kimi ortadan yox olacaq. Yəni, ya Gürcüstanda, ya da Ukraynada fəaliyyət göstərməli idi. Gürcüstanda mümkün deyil, cinayət işi açılıb, partiyası isə parlamentdə azığa malikdir, onu dəstəkləyə bilməyəcək. Yeganə alternativ Ukraynadır. Yenə Ukraynada bir hərəkatı var, parlament seçkilərinə hazırlaşır və Ukrayna hakimiyyəti ilə dirəşib. Bu da onun reytinqinin yüksəkdə qalmasına, hələ ki, imkan verir. Ona görə o riskə getdi, Ukraynaya qayıtdı”.

Bəs, Ukraynada hadisələrin sonrakı inkişafını necə proqnozlaşdırmaq olar? E.Şahinoğlu qeyd edib ki, böyük ehtimalla Saakaşvilini həbs etməyə çalışacaqlar:

“Yəqin ki, onu sərbəst buraxmayacaqlar. Adını da qoyacaqlar ki, sərhədi qeyri-qanuni keçib. Bu maddə ilə onu həbs etməyə çalışacaqlar. Amma bu həbs Poroşenkonun özünə də baha başa gələcək. Çünki Saakaşvilini artıq Poroşenkonun əsas rəqibi Yuliya Timoşenko da dəstəkləyir. Yuliya Timoşenkonun Ukrayna cəmiyyətində reytinqi getdikcə artır. Aydındır ki, o, gələcək prezident seçkilərində Poroşenkonun əsas rəqibi olacaq. Yəni, Saakaşvilinin bu cür qayıdışı hakimi partiyanın və Poroşenkonun bütün planlarını alt-üst edir”.

Bununla belə, politoloq Ukraynada üçüncü Maydan hərəkatının baş verəcəyini söyləməyin çətin olduğunu vurğulayıb:

“Əslində, Poroşenko Saakaşvilini vətəndaşlıqdan məhrum etməklə yanlışlığa yol verdi. Saakaşvilinin Ukrayna cəmiyyətində elə böyük reytinqi yox idi. Yaratdığı hərəkat da böyük reytinqli hərəkat deyildi. Yəni, boş buraxsaydılar, Saakaşvili parlament seçkilərində böyük bir nəticə də əldə etməyəcəkdi. Ancaq bu yola baş vurmaq, əslində, Saakaşvilinin və digər müxalifət partiyalarının işinə yaradı. Amma bu hadisələrin inkişafı kimi üçüncü Maydan hərəkatının başlayacağına inanmıram. Bunun üçün daha başqa səbəblər var idi. Heç onlar “Maydan”a rəvac vermir. Ona görə bu hadisənin də “Maydan”a gətirib çıxaracağını düşünmürəm”.


Səxavət Həmid

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam