Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

Robert Kennedinin qatili:“Mən onu öz ölkəmin xatirinə öldürdüm”

 

Yenixeber.org:Gerçək həyatda və gerçək tarixdə bu müəmmalı fenomenlə zaman-zaman üzləşmişik – lənətlənmiş və ya qarğanmış ailə, nəsil və ocaqlarla … Sadəcə, fərqində olmamışıq. Bir də baxırsan ki, filan nəslə dalbadal faciəli ölümlər, müsibətlər üz verir. Əziz oxucu da bu qəribə hökmün şahidi olub, sadəcə, bu anlaşılmazlığın məğzinə varmayıb. Varıbsa da, hamımız kimi nəhs hadisələrin fatal misssiyasını dərk etməyə çətinlik çəkib…

                          Sizə belə bir ailədən söz açmaq istərdik – Kennedilər ailəsindən…  

5 iyun 1968-ci il, Los-Anceles, Ambassador oteli. Gecə saat 00.15 dəqiqədir. 1963-cü il noyabrın 22-də ABŞ-ın Dallas şəhərində qətlə yetirilmiş prezident Con Kennedinin prezidentliyə namizəd qardaşı Robert Kennedi bura yığışanların arasından keçib dəhlizboyu gedir. Gözlənilmədən səkkiz atəş açılır. Altı nəfər həlak olur…

42 yaşlı, yaralı Robert Kennedini xəstəxanaya aparanda onun ölüb-qalacağını kimsə bilmirdi. Lakin aydındır ki, yaxından açılmış, ən azı, üç atəşdən sonra Kennedinin yaşayacağına ümid azdır.

Hücum barədə eşidən hər kəs eyni sualı verir: ən xarizmatik və populyar siyasətçilərdən birinə hücum etmək kimə lazımdır? Və ola bilsin, daha önəmlisi budur ki, nə üçün?

Kennedi öz siyasi karyerası ərzində saysız hesabsız pərəstişkar və tərəfdar qazanmışdı. Lakin onun xeyli siyasi düşmənləri də meydana çıxdı. Böyük qardaşı prezident Con Kennedinin dönəmində ədliyyə naziri kimi barəsində sərt tədbirlər gördüyü qanqster və reketirlər bu siyahıda  birinci yerdə dururlar.

Doktor Martin Lüter Kinq başda olmaqla vətəndaş hüquqları hərəkatına  verdiyi dəstəyə görə Amerikanın güney ştatlarındakı ekstermistlərin də ondan zəhləsi gedirdi.

Və Orta Şərqdəki sonsuz münaqişələrdə İsrailin tərəfini saxladığına görə ona nifrət edən hikkəli kişi və qadınların da qəzəbinə gəlib.

Ambassodor otelindəkin hücum zamanı 42 yaşlı Kennedi artıq üçüncü ay idi ki, prezident kampaniyasına qoşulmuşdu. O, Birləşmiş Ştatların prezidenti olmaq və bu qayda ilə böyük qardaşının kölgəsindən çıxmaq istəyir. Kennedi öz qaradşının administrasiyasında çox görkəmli sima olsa da, indi öz sözünü demək istəyir.

Con Kennedi 1961-ci ili yanvarında Ağ Evə daxil olanda onun ilk sərəncamlarından biri o zaman 36 yaşı olan kiçik qardaşının ədliyyə naziri vəzifəsinə təyin edilməsi barədə idi. Kennedinin prezidentə sərbəst çıxışı ölkə siyasətinə daha çox təsir imkanı verir. Prezident Kennedi çətin problemlə üzləşəndə ən yaxın siyasi müşavir kimi həmişə qardaşına müraciət edir. O, bir dəfə deyib: “Nəyinsə tezliklə icra edilməsini istəyirəmsə, ədliyyə nazirinə müraciət edirəm. Onda nadir hallarda kimlərdəsə müşahidə etdiyim təşkilatçılıq qabiliyyəti var”.

Robert Frensis Kennedi 1925-ci il noyabrın 20-də Bruklində (Masaçuets ştatı) siyasətçilər ailəsində anadan olub. Atası Cozef varlı və 1937-1940-cı illərdə Amerkanın Böyük Britaniyada səfiri olmuş enerjili biznesmen idi. Doqquz övladdan yeddincisi olan Robert çöx gözəl bir tərbiyə alır. 1944-cü ilin noyabrında II Dünya Savaşı Harvard universitetində onun  təhsilini dayandıranda donanmaya yollanır. Lakin Sakit okeanda gəmiyə komandirlik edən böyük qardaşından fərqli olaraq nəsə görənə qədər müharibə başa çatır. Kennedi Harvarda qayıdır. 1948-ci ildə buranı bitirib hüquqşünaslıq məktəbinə daxil olur. 3 ildən sonra Ədliyyə Nazirliyinin cinayət şöbəsində işə başlayır. 1952-ci ildə qardaşı Senata seçiləndə onun seçki kampaniyasına rəhbərlik edir.

Kennedi 1957-ci ildə Senatın reket üzrə fəhlə həmkarlarında mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə bağlı işləri araşdıran komissiyasında baş vəkildir.

Bu arada Birləşmiş Ştatların o biri başında – Kaliforniyanın Posaden şəhərində 13 yaşlı oğlan böyüyür. Onun adı Sirxan Sirxandır və günlərin birində Robert Kennedi ilə onun yolları kəsişəcək. ..

Senatın reket üzrə komissiyasını daha çox yük nəqliyyatının nəhəng  həmkarlarının lideri Cimmi Xof adlı adam maraqlandırırdı. Komissiya Xofu həmkarlar fondunun on milyon dollara yaxın vəsaitini mənimsəməkdə ittiham edirdi. Kennedi həm də əmindir ki, Xof mafiyanın məşhur üzvlərinin rəhərlik etdiyi saxta yerli həmkarlar yaratmaqla mütəşəkkil cinayətkarlıqla bağlıdır. Ən sonda Xofa bəraət verirlər, lakin o and içir ki, onu təhqir edəndən nə vaxtsa heyfini alacaq. Lakin Kennedi qəti şəkildə Xofu həbs etdirmək qərarına gəlir. Və 1961-ci ild onu ədliyyə naziri təyin edəndə Xofla yenidən ciddi şəkildə məşğul olmaq niyyətindədir. O, Ədliyə Nazirliyinnin nəzdində xüsusi şöbə yaradır. Şöbənin yeganə hədəfi Xof olduğundan onu tezliklə “Xofu ələ keçirək” dəstəsi adlandırırlar.

Xof özündən çıxıb. O qədər sudan quru çıxmışdı ki, özünü toxunulmaz saymağa başlamışdı. Şöbə 1962-ci ilin mayında Xofun öz arvadının adına sənədləşdirdiyi yük nəqliyyatı şirkəti vasitəsilə bir milyon dolları mənimsəməkdə ittiham etmək üçün kifayət qədər sübut toplaya bildi. Kennedinin təqibi Xofu o qədər qəzəbləndirir ki, öz şərikləri ilə naziri öldürmək barədə açıq şəkildə danışmağa başlayır. Xofun hədələri barədə Kennediyə danışsalar da, əlbəttə, bu onu dayandırmır. Əksinə, bu yalnız onun Xofu həbsxanaya qatmaq niyyətini möhkəmləndirir. Onların barışmaz düşmənçiliyi saysız-hesabsız televerilişlərdə müntəzəm şəkildə işıqlandırılır. Lakin yalnız 67-ci ili martında andlıları satın amaqda təqsirli bilinəndən sonra Xofu 13 illik həbs cəzasına məhkum edirlər.

Kennedi ədliyə naziri kimi FTB-nin başçısı, paranoik xarakterilə ad çıxardan Edqar Quverlə birgə işləməlidir. Əslində, onlar həmfikir olmalı olsalar da, Quver Kennedinin mütəşəkkil cinayətkarlığa qarşı ardıcıl mübarizəsinə hər vasitə ilə mane olur. Quver etiraf etmək istəmir ki, mafiya problemdir və Kennedi onu gerçəkliyin üzünə baxmağa vadar edə bilmir. Kennedi hesab edir ki, mafiya kəsilib götürülməsi lazım gələn xərçəng şişidir. O, mafiya ilə mübarizə aparmaq niyyətindədir.  Lakin 59-cu ilin yanvarında Kubada Fidel Kastro  və onun qiyamçı ordusu qalib gələndə Kennedi öz prezident qardaşı ilə birlikdə məcburən mafiya ilə ittifaqa girir. Kastro Kubadakı kazino və digər biznesləri bağlayanda mafiya onun öldürmək üçün plan hazırlamağa başlayır. Eyni zamanda Mərkəzi Kəşfiyyat İdarəsi də oxşar plan hazırlamaqla məşğul olur. Birləşmiş Ştatlar Florida sahilindən cəmi yüz əlli kilometrlikdə kommunist rejimi varlığını heç cür istəmir. Buna görə də 1961-ci il aprelin 17-də Kubadan sürgün edilmiş 1300 nəfər MKİ-nin dəstəyi ilə adanın güneyindəki Donuz körfəzində sahilə çıxardılır. Onların hədəfi Kastronu devirməkdir. Lakin müdaxilə tam fəlakətə çevrilir. Qəsbkarlar qaçmağa üz qoyurlar. Birləşmiş Ştatlar rəzalətə düşür, mafiya isə Kubada oyun biznesinin olmayacağı ilə barışmalı olur. Onlar uğursuzlqda Kennedi qardaşlarını ittiham edirlər.Münaqişə yenidən kəskinləşir. Robert Kennedi daim təhkükədə olduğunu bilir, lakin güzəştə getməkdən imtina edir. O əvvəlki kimi mütəşəkkil cinayətkarlığın kökünü kəsmək niyyətindədir. Kennedi mafiya ilə mübarizəni davam etdirməklə vətəndaş hüquqları uğrunda yüksəlməkdə olan hərəkata da yardım etməyə vaxt tapır. O, hərəkatın xarizmatik lideri Martin Lüter Kinqin qızğın tərəfdarı olur. İndi güney ştatlarda Kennedinin onları satdığını hesab edən çoxlu düşmənləri üzə çıxır. Kennedi onların kinini bilir, lakin geri çəkilmir. Onun uğurları göz qabağındadır. Lakin elə bu dövrdə onun qalan bütün ömrünə təsir edəsi hadisə baş vermək üzrədir.

22 noyabr 1963-cü il, Texas ştatı, Dallas. Prezident Kennedi şəhərboyu  açıq maşında gedərkən onu öldürürlər. Robert Kennedi qardaş itkisindən sarsılır. Yazıçı-taixçi Artur Şlezinger xatırlayır ki, o, demək olar, yaşamaq iradəsini itirimişdi: “Bu, dəhşətli idi. Çox dəhşətli idi. O, sanki həyatının başlıca dayağından məhrum olmuşdu. Öz içinə çəkilmişdi… həftələrlə… xeyli həftələr. O, suyun üzünə heç cür qalxa biməyən adamı xatırladırdı.

Aralarındakı son dərəcə ehtiyatlı münasibətə baxmayaraq yeni prezident Lindon Conson Kennedinin ədliyyə naziri kimi qalmasını təkid edir. Lakin aydındır ki, bu iki adam heç vaxt yaxın olmayacaq. Kennedinin qalmaq qərarı mafiyanı qorxudur. Robertin köhnə düşməni Cimmi Xof ruhdan düşür. Lakin Kennedi hökumətdə ancaq 9 ay qalacaq. 1964-cü ilin iyulunda nəhayət məktəblərdə və digər ictimai yerlərdə irqi ayrı-seçkiliyi qüvvədən salan vətəndaş hüquqları barədə qanun imzalanana qədər.

John F. Kennedy, Robert F. Kennedy and Lyndon B. Johnson was taken in 1960 during the Democratic national convention in Los Angeles. This photograph by Jacques Lowe, one of some 40,000 negatives valued at more than $2 million and held in the J.P. Morgan Chase & Co. vault at 5 World Trade Center, was lost in the destruction of the attacks on the United States on September 11. REUTERS/Jacques Lowe Visual Arts -Woodfin Camp/Handout FOR ONE TIME USE ONLY NO SALES NO ARK FOR USE WITH FEATURE STORY ATTACK PHOTOS[/caption]

Kennedi bir çox tərəfdarlarının sevinclə qarşıladığı qərarı elan edir: sonradan Senata seçilmək üçün hökumətdən çıxır.

Haradasa onun siyasi şərəfinə şübhələr oyansa da, Kennedi inamlı qələbə çalır. Lakin onun məsləhətçilərindən biri Çaylz Qubernhaym xatırlayır ki, “Hər şey başqa biçim ala bilərdi. O, çoxları üçün siyasi macəraçı idi. Bir çoxları üçün ədəbsiz bambılı idi. Və bu səbəblər üzündən Nyu-Yorkda çox sayda səsə ümid bəsləyə bilməzdi”.

Kennedi indi senator kimi Vyetnam müharibəsinə görə Birləşmiş Ştatları cəsarətlə tənqid edə bilər. Və o, tezliklə qoşunların oradan çıxardılmasına çağırır. Martin Lüter Kinq onun müharibə etirazlarına qoşulur.

Şöhrətpərəst gənc senatorun həmişə qıcıqlandırdığı FTB-nin direktoru Edqar Quver prezident Consona xəbər verir ki, Kennedi iğtişaşlar salmaq üçün Kinqdən istifadə edir. Bu, Consonu qəzəbləndirir. O onsuz da hesab edir ki, Kennedi mətbuata Vyetnamdakı müharibənin mənzərəsini təhrif edən məlumatlar verir. Və Conson onunla ən sərt şəkildə danımağı qət edib 1967-ci il fevralın 6-da Kennedini öz yanına çağırır.

Kennedinin köməkçilərindən biri Adam Volinstiyə inansaq, Conson sözdən ötrü məətəl qalan deyildi. Prezident açıq və birbaşa danışır: “Altı aydan sonra siz və sizin kimi düşünən insanlar məhv ediləcək. Mən əminəm ki, prezident, həm də Conson kimi hökmlü adam belə bir şey deyərkən bunu nəzərə almağınız lazımdır. Hətta siz Robert Kennedi olsanız da”.

Lakin Consonun hədələri Kennedini narahat etmir. O, qarşısına daha ali məqsəd qoyub. Növbəti il martın 6-da Consonun ikinci müddətə seçilməmək qərarının ardınca Kennedi prezident seçilmək qərarını elan edir. Qardaşının dul arvadı Ceki Kennedi təşvişə düşür: qorxur ki, Robert də qatillərin hədəfinə çevriləcək.

Bir aydan sonra Memfisə səfər zamanı vətəndaş hüquqları uğrunda mübariz Martin Lüter Kinqi öldürürlər. Kennedi sarsılır. O bilir ki, özü də güneydəki qatillərin hədəfindədir, lakin əvvəlki kimi qətiyyətlə prezident olmaq niyyətindədir. Amma Kennedinin kampaniyasınınn gedişində FTB məlumat əldə edir ki, Livezburq islah müəssisəsində yerləşən Cimmi Xof dustaqlardan  birinə mafiyanın Kennedini öldürmək niyyəti barədə danışıb. Kennedi o dövrdə hələ bunu anlamasa da, artıq hər yerdə düşməni var. Həm də düşmənlər mafiyadan, yaxud güneydəki başkəsənlərədən  daha qəddardır.

27 may 1968-ci il, Oriqon, Portlənd. Ənənəvi yəhudi papağı qoymuş Kennedi Nevehşalom mənsublarına müraciət edir. Bütün sinaqoq onun İsrailə dəstəyi davam etdirmək barədə Birləşmiş Ştatlara coşqun çağrışını eşidir. O, iddia edir ki, Vyetnamdansa demokratik İsrail dəstəyə daha çox layiqdir. O tələb edir ki, Birləşmiş Ştatlar çoxdan vəd etdiyi 50 fantom reaktiv qırıcı təyyarəni təcili İsrailin HHQ-ə versin. Kennedi deyir ki, bu, sovetlərin İsrailin düşməni qonşu ərəblərə etdiyi hərbi yardımı müvazinətləşdirər. O həmçinin Birləşmiş Ştatları elə bu ölkələrə yardm etməyi dayandırmağa çağırır və yekunda deyir ki, İsrail şəhərlərin ən müqəddəsi Yerusəlim üzərində tam nəzarət əldə etməlidir.

Növbəti gün mətbuat Kennedinin çıxışı barədə məlumat yayanda qəzəb və dəhşət ərəb dünyasını bürüyür. İsrailin düşmənləri anlayır ki, Kennedinin indi prezident olmağa əla şansı var və bu onları hədsiz dərəcədə təşvişə salır. Bu perspektiv cavan bir Fələstin mühacirini xüsusən narahat edir. O nəsə etməyin lazım olduğu qərarına gəlib öz gündəliyində yazır: “Robert Kennedini 1968-ci il iyunun beşinə qədər öldürmək lazımdır”.

23 yaşlı Sirxan Sirxan Yerusəlimdə anadan olub və 1957-cin ilin yanvarında 13 yaşına iki həftə qalmış ailəsi ilə Posedona köçüb. Sakit və dərin dindar olan yeniyetmə 63-cü ilin iyununda orta məktəbi bitirib Posedon kollecinə daxil olur.

Kennedi artıq iki il yarımdır ki, ədliyyə naziridir, indi isə o həm də, bir növ, öz qardaşı Conun vitse-prezidentidir.

1964-cü ilin mayında pis davamiyyətə görə Sirxanı kollecdən qovurlar və azmaaşlı bir işdən digərinə keçmək məcburiyyətində qalır. Laki Sirxan öz əslini unutmur, siyasət və Orta Şərqin tarixi haqda çoxlu kitablar oxuyur. Fələstindəki durum getdikcə onu daha çox rahatsız edir. Xüsusən də prezident Consonun indi antiərəb və İsrailyönlü mövqe tutduğu vaxtda. Lakin o öz qəzəbini Demokratlar Partiyasının prezidentliyə namizədi Robert Kennedi üçün saxlayır. Sirxan Kennedinin iyunun əvvəlində Los-Ancelesi ziyarət edəcəyinə xüsusi diqqət yetirməklə onun kampaniyasının marşrutunu öyrənməyə başlayır. Ölümsaçan bir plan doğulur.

5 iyun 1968-ci il, Ambassador oteli, gecə yarısından bir neçə dəqiqə sonra. Ştatın ilk iki seçkisində qalib gəldiyini öyrənən Kennedi otelin rəqs zalında şadlıq edən yüzlərlə tərəfdarına nitqlə müraciət edir. Sonra  mətbəxin yanındakı dəhlizdən keçməlidir. Onun əlini sıxmaq istəyən otel işçiləri ora toplaşıblar. Sirxan bu dəstənin içinə girib. O, səkkizpatronluq İver-Conson revolverilə silahlanıb.

Qəflətən dəhlizi həyəcanlı pıçıltılar bürüyür. Hamı özünü irəli verir. Kennedi gəlir. Sirxan ön cərgəyə soxulur. 00.15 dəqiqədir. Kennedi dəhlizin yarısını keçib və mətbəxin daha bir işçisinin əlini sıxmağa hazırlaşır. Sirxan bu anda atəş açır. O öz qurbanının cəmi bir metrliyindədir. Kennediyə üç güllə dəyir, döşəməyə yıxılır. Lakin Sirxan daha 5 nəfəri vuraraq atəşi davam etdirir. Eyni zamanda bağırır: “İmkan verin, izah edim! Mən bunu öz ölkəmin xatirinə etdim! Mən öz ölkəmi sevirəm!

Ətrafda hərc-mərclik hökm sürür. Kennedi hərəkətsiz uzanıb. Ona köməyə atılırlar. Sirxanı tuturlar. Gərgin mübarizədən sonra onu sakitləşdirmək mümkün olur. Polis gəlib çıxır. Qəzblənmniş kütlə Sirxanın üzərinə artılmağa müvəffəq olmamış onu oteldən çıxardırlar. Kennedini bir neçə dəqiqədən sonra xəstəxanaya aparırlar. O, ağır yaralanıb. Onun keçmiş katibi Frenk Menkoviç o zaman hiss etdiyi ruhi sarsıntını xatırlayır: “Biz qalmışdıq ki, Oteyə podiumdan düşməyə kömək edək. O onda hamiləydi və ora bir metrdən ucaydı. Xülasə, biz onun düşməyinə köməyə edirdk, senator isə irəli getdi. Ona çatmağa çalışırdıq ki, atəş səsləri eşitdik. Xəstəxanaya çatıb həkimlərlə söhbət etməyincə onun nə dərəcədə ciddi yaralandığını bilmirdim”.

 Həkimlərin bütün səylərinə baxmayaraq, Kennedi aldığı yaradan ölür. Onun nəşini ailə üzvlərinin müşayiəti ilə Nyu-Yorka aparırlar. Xarizmatik və populyar siyasətçinin ölümü bütün dünyanı sarsıdır. Hətta ərəb mətbuatı da nəzakətli şəkildə başsağlığı verir.

Bəzi qəzetlər yazır ki, 24 yaşlı Sirxan 12 yaşından Amerikada yaşadığından onu əsil ərəb saymaq olmaz. Hətta onların fikrincə, o, zorakılığa qərq olmuş Amerika cəmiyyətinin məhsuludur.

8 iyun 1968-ci il, Nyu-York. Edvard Kennedi müqəddəs Patrik kilsəsində matəm mərasimində çıxış edir: “Qardaşımın xidmətlərini şişirtməyə, ölümündən sonra onu ideallaşdırmağa ehtiyac yoxdur. Onu yanlışı görəndə onu düzəltməyə, iztirab görəndə onu ovutmağa, müharibəni görüb onu dayandırmağa səy edən yaxşı, vicdanlı insan kimi xatırlayacaqlar”.

17 aprel 1969-cu il, Los-Anceles. Bir ay çəkmiş prosesdən sonra Sirxan Sirxanı üçüncü dərəcəli qətldə təqsirli bilib ona ölü hökmü çıxardırlar. Hökmü ömürlük həbs cəzası ilə əvəzlənənə qədər o, üç ayı edamı gözləməkdə keçiridir. Çünki Kaliforniyanın Ali Məhkəməsi ölüm cəzasını ləğv edir.

Hazırda Sirxan Kaliforniyadakı Kurkoran həbsxanasındadır. Ona 13 dəfədən çox şərti azadlıqdan imtina ediblər. O, 2011-ci ildə bir daha azadlığa çıxmağa cəhd göstərib.

Sirxan Kennedinin qətlini tərəddüd etmədən boynuna alsa da, atəş açarkən onu aydınca görsələr də, təkbaşına hərəkət etdiyinə şübhə ilə yanaşanlar da var. Həmlənin bəzi şahidləri deyirlər ki, Sirxan Kennediyə atəş açanda onların qabağında durmuşdu. Lakin bu, Kennedinin kəlləsinə girmiş birinci güllənin sol qulağın arxasından dəyməsi ilə heç cür uyğun gəlmir. Sual yaranır: bu vaxt dəhlizdə daha bir qatil də vardımı? Və əgər belədirsə, Sirxanın çaxnaşmada aradan çıxmağa müvəffəq olan cinayət yoldaşı olubmu?

Başqa mülahizələrə görə, Kennedinin qətlini onun qatı düşməni Cimmi Xof təşkil edib. Şübhə yoxdur ki, Kennedi ədliyyə naziri vəzifəsində olduğu müddətdə onun çoxlu düşməni meydana çıxmışdı. Lakin prezident Kennedinin  qətlinin hər şey əsasən sonu olmayacaq təhqiqatından fərqli olaraq Los-Anceles polisində kiçik Kennedinin ölümü üzrə iş yalnız bir yekun hesabat meydana çıxdı. Lakin bu da ancaq qətldən 18 il sonra 1986-cı ildə ortalığa çıxdı. Bir halda ki rəsmi baxış bundan ibarətdir ki, Sirxan Sirxan tək qatildir, Birləşmiş Ştatların qətllər üzrə komissiyası Robert Kennedinin ölümünü təhqiqatı ilə daha heç vaxt məşğul olmadı. Buna görə də, ehtimal ki, Kennedi öldürülərkən və daha bir Kennedinin Ağ Ev arzusuna son qoyulduğu həmin faciəli gecədə baş verənlər barədə tam həqiqəti dünya heç zaman bilməyəcək.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr