Whatsapp"da "Coca-cola" şirkətinin məhsulları ilə bağlı səs yazısı yayılıb.

Yenixeber.org xəbər verir ki, səs yazısında şirkətin işçilərindən birinin SPİD virusuna tutulduğu və damarından qan çəkərək coca-cola çəninə vurduğu bildirilib. Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin rəsmi nümayəndəsi Allahverdiyev Elnur saytımıza verdiyi açıqlamasında yayılan məlumatların təxribat xarakterli olduğunu və heç bir həqiqətə əsaslanmadığını bildirdi:

"Sosial şəbəkələrdə Azərbaycan Coca-cola bottles şirkətinin işçisinin məhsullara SPİD virusunu yoluxdurması ilə bağlı yayılan informasiyalar uydurmadır və heç bir əsası yoxdur. Məhsullarımız Beynəlxalq Qida Təhlükəsizliyi standartlarının bütün tələblərinə cavab verir və insan sağlamlığı üçün tam təhlükəsizdir".