ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Senatın Məhkəmə Komitəsinə ifadə verib.

Yenixeber.org:  5 saat davam edən prosesdə oğul Tramp prezident seçkilərində atasına rəqib olan Hillari Klintonun sağlamlıq vəziyyəti, xarakteri və digər xüsusiyyətləri ilə bağlı məlumatlar əldə etmək üçün rusiyalı vəkillə görüşdüyünü, lakin bu addımın Klintona zərər vermək məqsədi güdmədiyini deyib. 

Kiçik Donald Tramp həmçinin bildirib ki, bu görüşdən atasının xəbəri olmayıb. 

Prosesin sonunda Tramp "Ümid edirəm, bu ifadə sizi qane edib" fikirlərini səsləndirib.

Qeyd edək ki, Tramp ailəsi prezident seçkiləri dövründə Rusiya ilə əməkdaşlıqda və bu ölkədən dəstək qəbul etməkdə ittiham edilir.

Gülşən

Qaynarinfo.Az