Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sarkisyan nə prezident, nə də baş nazir olacaq

Sarkisyan nə prezident, nə də baş nazir olacaq

Ermənistanın daxili və xarici siyasətini müəyyən edən şəxslər 2018-ci ilin aprel ayında Serj Sarkisyanın prezident səlahiyyətlərinin müddəti bitdikdən sonra ölkənin baş naziri vəzifəsində kimin çalışacağı ilə bağlı yekun qərar qəbul edib.

Yenixeber.org: Bu barədə “Past” nəşrinə hökümətdəki mənbə bildirib. Mənbə qeyd edib qəbul edilən qərar ölkədə fövqəladə hal baş verməzsə, dəyişməyəcək.

“Qərara alınıb ki, baş nazir Karen Karapetyan öz postunda qalacaq və dövlətin iqtisadiyyatı ilə əsaslı şəkildə məşğul olacaq. Serj Sarkisyan isə Təhlükəsizlik Şurasını idarə edəcək. O, öz tabeliyində güc strukturları - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Milli Təhlükəsizlik Şurasını əlində saxlayacaq”.

Mənbə bildirib ki, yanlız polis baş nazirə tabe olacaq: “Belə qərarın qəbul olunmasında səbəb vəzifəli şəxslərin qeyri-müəyyənlikdən çıxması və müvafiq qərar qəbul etməsidir. Lakin mühüm məsələ var. Əgər birdən müharibə başlayarsa, o zaman Ali Baş Komandan və baş nazir vəzifəsini Serj Sarkisyan tutacaq. Bu da qəti qəraradır”. 

İlkin Nəcəfzadə
AzVision.az 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam