Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Kəpəz Məhkəməsinin sədri əlil uşağa və onun anasına qarşı “savaş” açıb -GİLEY

 

Yenixeber.org: Məhkəmə qərarına baxmayaraq, 13 ildir aliment ödəməyən atanın adına saysız-hesabsız avtomobillət, torpaq sahələri, daşınmaz əmlaklar aşkar edilib.
Gununsesi.info-ya şikayət edən Sevil Allahverdiyeva deyir ki, bunu Yasamal məhkəməsi 13 ildir əlil övladına aliment ödəməyən ata haqqında araşdırma zamanı məlum olub.
Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin Sədri isə, əlil uşağa və onun anasına qarşı etdiyi kobud və qanunsuz hərəkətlərini ört-basdır etmək və bu insidenti ictimailəşdirən, həmin məhkəmə sədrini məhkəməyə verən ana barəsində cərimə qərarı qəbul edilib. S.Allahverdiyeva deyir ki, 7 aydır həmin 50 manatlıq cərimə qərarını xitam etdirmək üçün məhkəməyə müraciət edib.
Sevil Allahverdiyevanın sözlərinə görə, əlil övladı barəsində 13 ildir qanuni qüvvədə olan 2 ədəd aliment və bir ədəd qanuni qüvvədə olan müalicə xərclərinin aparılması üçün məhkəmənin qəbul etdiyi qətnamələr icra olunmur: “İcra orqanının üzərinə inzibati məhkəmə qaydasında icra öydəliyi qoydurdum ki, 3 qətnamələrin üçü də icra olunsun, lakin o qərar da 2014-cü ildən icra olunmur. Ölkədaxili heç nəyə nail ola bilmədiyimə görə iş Avropa Məhkəməsinin icraatına getdi çıxdı.
Fiziki qüsurlu övladımla qəbullarına getdiyimiz icra orqanının rəisi Nizami Qocayev, Kəpəz rayon Məhkəməsinin Sədri Vəli Abdullayev mənə və övladıma qarşı kodub və qanunsuz hərəkətlər etdikləri üçün onların hərəkətlərini 2017-ci ilin yanvarında ictimailəşdirdim, hər iki vəzifəli şəxslərin tabe olduğu Ədliyyə Naziri və Məhkəmə Hüquq Şurasının rəhbəri kimi cənab Fikrət Məmmədova müraciət etdim ki, məni təcili qəbul etsin. Lakin cənab nazir məni qəbul etmədi”.
Şikayətçi deyir ki, 2017-cı ilin yanvarında Ədliyyə Nazirliyinə, Nazirliyin İcra Baş İdarəsinə, Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə şöbəsinə, şəxsən Nizami Qocayevə, Kəpəz məhkəməsinin sədri Vəli Abdullayevə, icra məmuru Orxan Hacıyevə, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Gündüz Şirinova qarşı 1 milyon manatlıq mənəvi , 8 min manat isə maddi zərərlə bağlı iddia qaldırıb.
S.Allahverdiyevanın Gəncə şəhər prokurorluğunda olan şikayətindən sonra məhkəmə sədri V.Abdullayev anaya cəza kəsməyə qalxıb. Belə ki, sədr Sevil Allahverdiyeva haqqında guya inzibati qaydaları pozmasını əsas tutaraq 50 manat pul cərimə kəsib: “Qanunvericiliyə görə əgər məhkəmədə inzibati qaydanı pozmuş olsaydım, hadisə günü məhkəmənin sədri özü məni hakim qarşısına çıxarıb elə həmin günü haqqımda İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi barədə qərar qəbul edərdi. Haqqımda 2 ay sonra bu məzmunda qərar qəbul etdirməsi məhkəmə sədrinin özü öz əməllərini ört-basdır etməkdən başqa bir şey deyil.
Haqqımda qəbul olunan inzibati qərarın xitam olunması üçün Kəpəz rayon məhkəməsinin özünə şikayət, eyni zamanda məhkəmə tərkibinə etiraz təqdim etdim ki, sədri ilə bağlı insidentə digər hakimləri baxa bilməz. Lakin Kəpəz rayon məhkəməsinin hakimi Y.Həşimov etirazımı təmin etməyib şikayətimə mahiyyətcə baxdı və qərarı qüvvədə saxladı. Gəncə Apellyasiya məhkəməsinə, hakim Y.Həşimovun qərarından şikayət etdim, qərarı ləğv elətdirdim, Gəncə Apellyasiya məhkəməsi qərarda qəbul etdi ki, insident olan məhkəmədə şikayətimə baxıla bilməz və şikayətimə yenidən baxılması üçün işi Gəncənin Nizami rayon məhkəməsinə göndərdi. Hazırda şikayətimə həmin məhkəmənin sədri Əli Tağıyev baxır.
“Bu ilin yanvar ayından bəri mən 12 müxtəlif məhkəmə instansiyalarında qətnamələrin icrası üçün sürünürəm, hansı məhkəmədə hansı işimə baxılacaq, bəzən çaşqınlıq vəziyyətinə düşürəm. Borclunun, uşağın atasının saysız hesabsız daşınar və daşınmaz əmlaklarına icra orqanı guya məhkəməyə təqdimatlar verib həbslər qoydurur, onları Gəncənin hakimləri həbsdən azad edən qərarlar qəbul edirlər, mən isə hələ də o qərarları yuxarı məhkəmələrdə ləğv elətdirməklə məşğulam”-şikayətdə deyilir.
S.Allahverdiyev uşağın atasına qarşı Yasamal rayon məhkəməsində açdığı yeni iddia ilə hər ay 900 manatın ödənilməsinə dair qətnamə qəbul etdirməyə nail olub: “Yasamal rayon Məhkəməsi 13 ildir aliment ödəməyən borclunun əmlaklarını araşdırdı, onun barəsində “Maliyyə Bazarlarına nəzarət palatasından” məlumat əldə etdi, aydın oldu ki, 13 il alimenti ödəməyən borclu 2012-ci ildə bankdan küllü miqdarda pul götürmüş, yəni 21 min AZN pul götürmüş, bir il ərzində həmin pulu heç bir gecikdirmə halı olmadan 36.365 min AZN-dən artıq ödəmələr etməklə banka pul keçirmişdir.
Bu cür araşdırmalar aparan Yasamal rayon məhkəməsi 22.05.2017-ci ildə 13 ildir icra orqanının icra etmədiyi qətnamələr üzrə borclunun gəlirlərini araşdırıb 900 AZN hər ay sabit məbləğdə aliment və s. kəsdi.
Mən uşağı İrana, qonşu dövlətlərə müalicəyə aparmalıyam. Amma mənə borcu ödəmirlər ki, uşağı müalicəyə apara bilim. Məni, Ədliyyə Naziri, İcra orqanı, məhkəmənini hakimlər köməksiz və ağır vəziyyətdə saxlayırlar, sağlamlığı məhdud övladımla çıxılmaz vəziyyətdəyəm. Məhkəmə sədri Vəli Abdullayev ayrıca inzibati tənbeh qərarı qəbul etməklə, məni məhkəmə instansiyalarında süründürür”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam