Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rəislər neftçilərin içməli suyu ilə çimir -Neft Daşlarıyla bağlı şok iddia

Rəislər neftçilərin içməli suyu ilə çimir -

 

Neft Daşlarında rəislər neftçilər üçün gəmilərlə gətirilən və içmək üçün nəzərdə tutulmuş su ilə çimir.
  
Yenixeber.org BakuPost.az-a istinadən xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. O bildirib ki, rəislərin yaşadığı korpus və otaqlarda xüsusi çənlər qoyulub, gəmi ilə gətirilən içməli su həmin çənlərə vurulur: "Neft Daşlarında yataqxanaya verilən içməli su hər gün bir rəngdə gəlir. Dadı da turşdur. Əvvəllər deyirdilər ki, içməli su gəmi ilə gətirilir. Amma indi "bu içməli su” ilə əks osmos qurğusunda təmizlənmiş dəniz suyu arasında heç bir fərq yoxdur. Rəislərin yaşadığı korpus və otaqlarda isə xüsusi çənlər qoyulub, gəmi ilə gətirilən içməli su həmin çənlərə vurulur. Rəislər öz hamamxanalarında da təmizlənmiş dəniz suyundan yox, içməli sudan istifadə edirlər. Yəni, rəislər içməli suyu ariston (su qızdırıcı qurğu) vasitəsilə qızdırıb hamamxanalarda istifadə edirlər”. 
  
M. Qəhrəmanlı qeyd edib ki, Neft Daşlarında təmizlənmiş dəniz suyunun qızdırılması üçün qazanxana var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam