Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Lavrovun qapalı görüşləri:Rusiyanın Qətəri müdafiə etməsinin səbəbi nədir? – Təhlil

Dmitri Fyodorov

“RT” (Rusiya)

 

Yenixeber.org: Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Fars körfəzi ölkələrinə işgüzar səfəri başa çatıb. Yaxın Şərq turnesi çərçivəsində Lavrov Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərdə olub.

Dövlət başçıları və XİN rəhbərləri ilə danışıqların böyük hissəsi qapalı keçirilib. Lakin söhbətlərdə əsas müzakirə mövzusunun Suriyadakı münaqişənin həlli, terrorizmlə mübarizə və Qətər böhranı olduğu məlumdur.

 

“Heç kimlə rəqabət aparmaq istəmirik”

 

XİN rəhbərinin səfəri Qətər böhranı ilə eyni vaxta təsadüf edib.

İyunun əvvəlində dörd ərəb dövləti (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn) Doha ilə diplomatik əlaqələri kəsib və sərhədlərini bağlayıb. Cırtdan əmirlik regionda vəziyyətin qeyri-sabitləşməsində, eyni zamanda, terrorizmə dəstək verməkdə ittiham olunub. Sonradan digər dövlətlər də Qətər əleyhinə koalisiyaya qoşulub və bir sıra tələblər irəli sürüblər: ölkə ərazisində türk hərbi bazasının qapadılması, İranla diplomatik və hərbi əməkdaşlığın məhdudlaşdırılması, “Əl-Cəzirə” peyk telekanalının ləğv edilməsi.

Tələbləri qeyri-məqbul hesab edərək, Qətər ultimatumu yerinə yetirməkdən imtina edib.

Sergey Lavrovun işgüzar səfəri Küveytdən başlayıb. Bu dövlət Yaxın Şərq ölkələrinin münaqişəsində tərəf tutmayıb və öz vasitəçilik missiyasını təklif edib.

S.Lavrov bildirib ki, Küveytin mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Amma Rusiya Qətər böhranının həlli ilə bağlı heç bir təklif irəli sürməyib. Sergey Lavrovun sözlərinə görə, bu məsələ ilə bağlı bir sıra təkliflərə baxmayaraq, Rusiya Federasiyası dialoqu başlamaq üçün mövcud təklifləri yetərli sayır.

“Tərəflər razılıq verərlərsə, Rusiya Federasiyası prosesə öz tövsiyəsini və töhfəsini verə bilər”, – Lavrov deyib.

Qətər XİN-in rəhbəri Məhəmməd Əbdürrəhman əs-Sani bu mövqeyi təqdir edib.

 

Moskvanın xəbərdarlıqları

 

Rusiya Dövlət Humanitar Universitetinin dosenti, Yaxın Şərq üzrə ekspert Sergey Sеrgiçov hesab edir ki, Lavrovun səfəri çətin ki, bölgə gündəmini dəyişsin. Onun fikrincə, Rusiya XİN rəhbərinin səfərinin başqa məqsədi vardı: Rusiya belə bir şəkildə nümayiş etdirir ki, Yaxın Şərqin nəbzini tuta bilir və baş verənləri diqqətlə izləyir.

Bundan əlavə, bu səfər Səudiyyə Ərəbistanına xəbərdarlıqdır ki, düşülməmiş addımlardan çəkinsin. Həqiqətdə, ər-Riyad Qətərlə rəqabətdə artıq məğlub olur. Blokada baş tutmadı, BƏƏ və Misir isə artıq kompromisə meyl nümayiş etdirir.

Yaranmış vəziyyətdə səudilərin başqa bir seçənəyi var – hərbi müdaxilə. Lakin ər-Riyad buna cəsarət etməyəcək. Bununla belə, Yaxın Şərqin impulsiv xarakterini nəzərə alaraq, xəbərdarlıq yerinə düşəndir.

Yaxın Şərq və Mərkəzi Asiya Tədqiqat Mərkəzinin direktoru Semyon Baqdasarovun fikrincə, Sergei Lavrovun geniş coğrafi turnesi Rusiyanın regionda vəziyyəti tarazlaşdırmaq istəyinə sübutdur.

“Moskva ümid edir ki, maraqlarını qarşılıqlı fəaliyyətlə uzlaşdıra biləcək. Bu səfər kartlarımızı açır – biz Yaxın Şərqdə sabitliyə can atırıq. Küveytlə üst-üstə düşən mövqeyimiz buna bariz dəlildir”, – Baqdasarov bildirib.

Ekspertin sözlərinə görə, regional oyunçuların Moskva ilə yaxınlaşmasının səbəbləri var: “Birincisi, Suriyada Rusiyanın rolu artıb. İkincisi, ərəb ölkələri bu gün bölgədə Moskva və Vaşinqton arasında tarazlı münasibət istəyir”.

 

Suriya konteksti

 

Suriya məsələsində də Rusiya Federasiyası və Küveytin mövqeləri təxminən eynidir.

Nazir Lavrov artıq Suriyadakı hadisələrlə əlaqədar bəzi açıqlamalar verib. “Mən Rusiyanın guya Suriya müxalifətinin birləşməsinə mane olması fikri ilə razı deyiləm”.

Lavrovun sözlərinə görə, bu günlərdə İdlibdə dördüncü hərbisizləşdirilən zonaya dair müqavilə imzalanacaq. Bundan başqa, yeni Astana görüşü keçiriləcək.

Ekspert Sergiçovun fikrincə, Moskva Qətər münaqişəsinin tezliklə bitməsində maraqlıdır, çünki əmirlik Suriyadakı proseslərdə, xüsusilə müxalif qruplara təsir etmədə böyük rol oynayır.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam