Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Mikayıl Cabbarovun menyusuna:Gəncə şəhəri, 10 saylı məktəbdə “yığım sezonu” başlayıb

Mikayıl Cabbarovun menyusuna:

 

“Bu ölkənin təhsil naziri Mikayıl Cabbarov hara baxır? Nə vaxta kimi Arzu Əliyeva kimilərinin haqqında bir tədbir görən olmayacaq?”

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Gəncə şəhəri, 10 saylı məktəbin bir qrup müəllimi adından Əhmədova Aynur Qulaməli qızının müraciəti daxil olub. axmedova.aynur.83@mail.ru elektron ünvandan daxil olan müraciətdə Gəncə şəhərindəki 10 saylı məktəbin direktoru Arzu Əliyevanın özbaşınalığından, yol verilmiş bir sıra qanunazidd əməllərdən bəhs olunur. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

“ Bir neçə vaxtdır ki, adı kütləvi informasiya vasitələrində davamlı olaraq mənfi mənada hallandırılan Gəncə şəhərindəki 10 saylı məktəbin direktoru Arzu Əliyevanın özbaşına hərəkətlərinə son qoyan tapılmır.

Bir vaxtlar deputat Hadı Rəcəbli təklif edirdi ki, müəllimlər işdən sonra dolana bilmirsə, gedib hörgü hörsün, daş daşısın, f əhləlik etsin. Əmək məcəlləsinə görə hər bir vətəndaş həftə ərzində 42 saat işləməlidir. Bundan artıq iş günü ola bilməz. Hadı müəllim deyirdi ki, orta əsrlərdəki kimi müəllim gündə 17 saat işləsin. Dövlətin vəzifəsi hər kəsi işlədiyi sahədə kifayət qədər maaş verərək ailəsini və özünü dolandırmaq üçün şərait yaratmaqdır. Hadı müəllimin dedikləri əmək qanunvericiliyində bütün prinsipləri pozmaq və insan əməyinin istismarı demək idi.

Amma deyəsən, Gəncə şəhər Təhsil İdarəsində Hadı müəllimin təklifini bir qədər modernləşdiriblər. Belə ki,biz müəllimlər 28 avqustda işə çıxan kimi, məktəbimizin qalmaqallı direktoru Arzu Əliyeva hamıya bildirdi ki,dünən bütün direktorları Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov iclasa yığmışdı. İclasda Zakir Hüseynov bildirdi ki,Gəncə şəhərində gedən abadlıq işləri ilə bağlı

cənab başçı Elmar Vəliyev bizim də üzərimizə bəzi tapşırıqlar qoymuşdur. Gəncə şəhərində bir neçə yaşayış binasının dam örtüyünü , habelə üzlüklərini biz təmir etməliyik. Ona görə də müəllimlərdən pul yığmaq lazımdır. Daha sonra Arzu Əliyeva bildirdi ki, hər bir müəllim təcili olaraq 20 manatdan pul verməlidir.

Apardığımız araşdırmalarla öyrəndik ki, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov deyib ki, abadlıq işləri ilə bağlı hər bir məktəb direktoru, baxça müdiri və təhsillə bağlı rəhbər şəxslər 200 manat pul verməlidir. Direktor Arzu Əliyeva isə bu abadıq adı altında qazanmaq istəyir. Məktəbin hər bir müəllimindən və texniki işçilərindən məcburi qaydada 20 manatdan yığanda 1600 manatdan çox pul edir. Bunun da 200 manatı abadlıq adı altında Zakir Hüseynova verilir, yerdə qalan 1400 manatdan artıq pul isə direktor Arzu Əliyevaya qalır. Ona görə də hamıdan məcburi şəkildə , hədə qorxu ilə pul yığmaq Arzu xanım üçün sərf əlidir və bu pulun yığılması üçün xüsusi canfəşanlıq göstərir.

Bu hərəkət iqtisadi vəziyyətin belə bir çətin vaxtında, qəpik-quruşla dolanan müəllimlərin cibinə girmək deyilmi? Müəllimin vəzifəsi dərs keçməkdir, yoxsa aldığı qəpik-quruş maaşdan balalarının boğazından kəsib bina təmir etmək? Bu ölkənin təhsil naziri Mikayıl Cabbarov hara baxır? Nə vaxta kimi Arzu Əliyeva kimilərinin haqqında bir tədbir görən olmayacaq?

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam