Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ABŞ-ın Qarabağ şərti: Tramp Bakını seçdi -Kuznetsov

 

Yenixeber.org: ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin dəyişməsi həmin postu tərk edən Riçard Hoqlandın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri barədə ətraflı çıxışı ilə müşahidə olundu. Riçard Hoqland Dağlıq Qarabağ ətrafında bütün işğal edilmiş rayonların (müvəqqəti status əldə etmiş) Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu və həmin ərazilərdə Azərbaycanın suverenliyinin bərqarar edilməsinin vacibliyini bəyan etdi. Bundan əlavə, keçmiş həmsədr Ermənistanla Dağlıq Qarabağ arasında olan və eyni zamanda Bakı tərəfindən idarə olunacaq koridorun bütövlükdə Laçın rayonunu əhatə etməməli olduğunu da bildirdi.

Axar.az bu bəyanatın mənası və onun Dağlıq Qarabağ probleminin həllində Rusiyanın mövqeyinə uyğunluğu barədə siyasi şərhçi, tarix elmləri namizədi Oleq Kuznetsovun “Vestnik Kavkaza” müsahibəsini təqdim edir:

- Oleq Yuriyeviç, sizcə, bu bəyanat Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ABŞ-ın mövqeyini necə xarakterizə edir? ABŞ münaqişənin həlli üçün faktiki addımların atılmasına təkid etməyə başlayıb? Hoqlandın bəyanatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Rusiyanın mövqeyi ilə uyğun olduğunu hesab etmək olarmı?

- Mənə elə gəlir ki, amerikalılar rəsmi şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tamamilə realist yanaşma elan ediblər (mən bunu konflikt də adlandırmazdım – bu, 25 ildən artıqdır davam edən dövlətlərarası müharibədir). Amerikalılar anlamağa başlayıb ki, hazırda vəziyyət ABŞ vətəndaşı və xüsusi xidmət orqanlarının əməkdaşı olan Monte Melkonyan əcnəbi döyüşçülərdən (Rusiya qanunveriliciliyinə görə terrorçu olan) ibarət bir neçə dəstənin başçısı olaraq, SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarına və Azərbaycan milli ordu birləşmələrinə qarşı vuruşduğu 20 il əvvəlki zamandan tamamilə fərqlidir. Nəhayət, Amerika başa düşdü ki, Qarabağdakı vəziyyət Azərbaycanın tərəfində olmağı tələb edir.

Hərçənd sonuncu bəyanatda danışıqların başlanması üçün Azərbaycanın işğal olunmuş rayonlarını azad etmək zərurəti ilə bağlı yeni bir şey olmasa da, yenə də çox vacib bir vurğu var idi: ABŞ Dövlət Departamenti danışıqların başlanması üçün işğal edilmiş rayonların geri qaytarılmasının qeyri-şərtsiz bir tələb olduğuna təkid etməyə başlayıb. Amerika əvvəl sadəcə 5 rayonun azad edilməsi ilə bağlı razılıq əldə olunmasına təkid edirdi, indi isə bu, onlar üçün sülh prosesinin sadəcə başlanğıcıdır.

- Vaşinqtonu hansı səbəblər Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət yetirməyə məcbur edə bilər?

- ABŞ üçün Dağlıq Qarabağ münaqişəsi şəxsən onlara aid olmayan periferik bir problemdir. Bundan başqa, ABŞ bu münaqişədə heç bir şəkildə birbaşa iştirak etmir, ancaq eyni zamanda, xarici siyasətdə məqsəd və maraqlarını təbliğ etmək üçün bundan istifadə edir. Münaqişənin həllində ABŞ-ın iştirakı ilə istənilən cəhd ABŞ-ın xeyrinə olacaq. ABŞ üçün yeganə qəbuledilməz variant onun münaqişə ilə bağlı bütün təşəbbüslərinin blok olunmasıdır, lakin böyük beynəlxalq fiqurlar ABŞ-ın fikirlərini nəzərə almağa hazırdır. Belə ki, ABŞ-ın mövqeyi onlarla üst-üstə düşür. Əlbəttə, Rusiya və ABŞ arasında Dağlıq Qarabağ münaqişəsinin həllinin detalları barədə fikir ayrılıqları qalacaq və Paris isə Rusiya ilə ABŞ arasında tandemin çətinləşməsi ilə öz mövqeyini onlara diqtə etməyi gözləyəcək. Bunun üçün müəyyən vaxt tələb olunur. Çox güman ki, bu, ilin sonuna qədər çəkəcək. Hazırda Rusiya, ABŞ və Fransanın əsas mövqeləri birdir: Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən işğal edilmiş rayonları dərhal azad edilməlidir və yalnız bundan sonra digər ərazilərin taleyi barədə danışıqlar prosesi başlanmalıdır. Tərəflərin mövqeləri detallarda da birləşdikdən sonra münaqişəsinin sülh yolu ilə nizamlanmasında yeni bir mərhələdən danışmaq mümkün olacaqdır.

- Belə olan halda ATƏT-in Minsk Qrupunun diplomatik fəaliyyətinin aktivləşəcəyini və effektinin artacağını gözləmək olarmı?

- ATƏT-in Minsk Qrupu hər kəs tərəfindən qəbul edilmiş danışıqlar vasitəsidir və münaqişə tərəfləri olan Azərbaycanla Ermənistan Minsk Qrupunun vasitəçiliyindən imtina etmədikcə, hətta bu və ya digər tərəfin maraqlarına cavab verməsə belə, öz mövcudluğunu davam etdirəcək. Digər tərəfdən, Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin üzərində duran üçüncü bir ölkənin dövlət xidmətində olan, başqa sözlə, öz ölkələrinin siyasi maraqlarını ifadə edən diplomatik fəaliyyətdə olan rəsmi simalardır. Əgər Minsk Qrupuna həmsədr ölkələrin mövqeləri üst-üstə düşərsə və ya əlaqələndirilərsə, Minsk Qrupu mümkün vasitə kimi daha effektiv fəaliyyət göstərəcək. Məsələ yalnız bundadır ki, həmin vasitə necə tətbiq ediləcək.

- Hoqland bundan əlavə təhlükəsizliyə beynəlxalq təminat verilməsi və sülhün qorunması tədbirlərinin təmin edilməsi barədə bəyanat verib. Bu, ABŞ-ın münaqişə zonasına sülhməramlı missiya yeritmək təklifi deməkdir?

- ABŞ sülhməramlı missiya yeridilməsini asanlıqla təklif edə bilər. Məsələ bundadır ki, bunun üçün yetərincə güc və resurs varmı? Texniki baxımdan sülhməramlı cəlb etmək, daha doğrusu, əmr vermək və əsgərləri hava və ya qurudan yeritmək üçün cəmi 1-2 gün lazımdır. Bu, olduqca sadədir, lakin son 25 ildə bu baş verməyib. Demək, bunu etmək üçün Cənubi Qafqazın sərhədlərindən kənarda heç bir dövlətin həqiqi siyasi iradəsi olmayıb və olmayacaq. Buna görə də bəli, sülhməramlı missiya tətbiq edilməsi üçün şans var. Hoqlandın açıqlaması isə bunun reallaşacağı anlamına gəlmir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam